Icma.az
close
up
RU
Boks Federasiyasından növbəti şikayət: Məktəbli uşaqları döyüblər, saçlarını keçəl qırxıblar

Boks Federasiyasından növbəti şikayət: Məktəbli uşaqları döyüblər, saçlarını keçəl qırxıblar

Fanat saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xırdalan şəhər sakini Əli Rəşad övladı Məhəmməd Əlinin Azərbaycan Boks Federasiyası tərəfindən haqsızlığa məruz qaldığını iddia edib.

Gənc boksçunun valideyni bununla bağlı Fanat.Az-a şikayət məktubu göndərib.

O, narazılığına səbəb olan məqamları belə çatdırıb:   

"Övladım Məhəmməd Əliyə qarşı olunan haqsızlığa görə sizə müraciət edirəm. Oğluma bu adı təsadüfən verməmişəm. Boks tarixində dahi əfsanənin adını daşıyır. Tək rinqdə deyil, həyatının hər addımında səbr və zəhmətlə öz yolunu qurmağa çalışan bir gəncdir. Amma övladım da adaşı kimi erkən yaşlarında böyük haqsızlıqla üzləşib. 
Məhəmməd Əli 2024-cü ildən etibarən Xırdalan şəhərində yerləşən Abşeron Boks Klubunda Nazim Mehdiyevin rəhbərliyi altında boks məşqlərinə başlayıb. Övladımın naliyyətlərini sadalayaraq bildirirəm ki, 2024-cü ildə noyabr ayında ilk dəfə Rusiya Federasiyasının Moskva şəhərində keçirilən Beynəlxalq turnirdə bürünc medala layiq görülüb. 2025-ci ildə Kadetlər arasında boks üzrə zona birinciliklərinin final mərhələsinin 52 kq  kateqoriyasında qalibi olandan sonra yığma komanda ilə birlikdə Rusiya Federasiyasının Ufa şəhərində keçirilən beynəlxalq turnirdə fəal iştirak edərək 1-ci yerə yiyələnib. Elə həmin ilin iyun ayında Serbiyanın Zlatibor şəhərində keçirilən Avropa Birinciliyi zamanı rus boksçu ilə yarımfinal döyüşündə edilən haqsızlığa rəğmən, övladım bürünc medal əldə edib. Başqa bir haqsızlığı isə öz həmvətənlimiz, Boks Federasiyasının İdarə Heyətinin üzvü, Kadetlərdən ibarət yığma komandanın baş məşqçisi Rövşən Hüseynov etdi. Onunla bağlı şikayətimin bir neçə əsası var. Övladımın iştirak etdiyi bütün yarışlarda nəticə verdiyinə baxmayaraq Rövşən Hüseynov öz vəzifəsindən sui-istifadə edərək 2025-ci il avqust ayının 22-24 tarixlərində saxta yoldaşlıq görüşü təşkil etdi. Bu yoldaşlıq görüşündə oğlumun növbəti dəfə qalib gəlməsinə baxmayaraq, Rövşən Hüseynov oğlumun Avropa Birinciliyinə aparılmayacağını bildirib. 
Həmçinin nəzərinizə çatdırıram ki, təlim-məşq toplanışları zamanı məşqçı heyəti bir sıra özbaşınalıqlar edib, məktəbli uşaqlarla sanki əsir götürülmüş düşmən kimi rəftar edirlər. Sadaladıqlarım azmış kimi uşaqların döyülməsi və təhqir olunması faktları vardır. Konkret, Bakıda keçirilən təlim-məşq toplanışı zamanı İçərişəhərdə yerləşən oteldə guya “nizam-intizam” yaratmaq məqsədi ilə məktəbli uşaqları döyüblər. Özbəkistanda isə icazəsiz olaraq, məcburən uşaqların saçlarını keçəl qırxıblar, telefonları əllərindən alınaraq valideynləriylə danışmağa məhdudiyyət qoyublar. Azərbaycanın gələcək əsgərləri olacaq övladlarımızla belə davranış ixtiyarını bunlara kim verib?"

Boksçunun atası ədalət axtarışında olduğunu və neqativ hallarla bağlı artıq yuxarı instansiyalara müraciət etdiyini də əlavə edib: "Biz sadəcə, ədalət axtarışındayıq. Əməyimizlə, əziyyətimizlə əldə etdiyimiz haqqın bizə qaytarılmağını, bir daha bu kimi halların baş verməməyini istəyirik. Əgər hər dəfə kimsə başqasının yerinə, tanınmış şəxsin övladı və yaxud hər hansı imkanlı şəxsin uşağı olduğu üçün seçiləcəksə, biz necə övladlarımızı necə həvəsləndirək, onlara necə inam verək? Belə də ölkədən necə çempionlar çıxsın? Baş verən hadisələrin oğlumu necə sarsıtdığını görürəm və onun üçün əlimdən gələni etmək istəyirəm. Bunu hüquqi yolla əldə etmək məqsəilə yuxarı instansiyalara müraciət ünvanlamışam. Konkret, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya şikayət məktubu göndərərək xahiş etmişəm ki, haqqımızın tapdalanmasına icazə verməsin. Bizim dövlətimizdən başqa ümid yerimiz olmamalıdır. Bu tək bizə qarşı deyil, Azərbaycanın idman siyasətinə vurulmuş zərərdir. Bu kimi addımlara görə gənclərimiz idmandan uzaqlaşır, olan inamı ölür. Biz ədalətə, dövlətimizə inanırıq və edilən haqsızlığın cazasız qalmayacağından əminik".

Qarşı tərəfin ittihamla bağlı mövqeyini işıqlandırmaq üçün Boks Federasiyasına müraciət etdik. Müraciətimizi cavablandıracaqlarını söyləsələr də, 24 saat ərzində ortaya mövqe qoymadılar.

Fanat.Az

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://fanat.az
archiveBu xəbər 19 Sentyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see245

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see235

Ukraynanın NATO ya üzvlüyünə bu üç ölkə icazə vermir SİYAHI

18 Dekabr 2025 19:25see218

Qadın avtomobili ilə həmcinsini VURDU

18 Dekabr 2025 17:10see217

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see212

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see200

ABŞ ın Tayvan üçün ən böyük silah paketi təsdiqləndi

19 Dekabr 2025 00:36see196

“O vaxtlar ikimiz də evli idik, bu, ona sərhəd deyildi” İddialar böyüyür

17 Dekabr 2025 23:18see187

Tərəflər kompromisə gedəcəkmi? ŞƏRH

18 Dekabr 2025 16:32see180

İlin yekunları: Azərbaycan 2025 ci ildə TikTok da kimlərdən və nədən ilham aldı

18 Dekabr 2025 11:12see169

Elm və musiqi eyni səhnədə: NDU nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

19 Dekabr 2025 11:28see168

QADAĞA, YOXSA SİFARİŞ? Elektron siqaret bazarının süqutu və görünməyən maraqlar

17 Dekabr 2025 22:03see154

Melaniya Tramp haqqında filmin treyleri yayıldı VİDEO

17 Dekabr 2025 23:11see150

Kasko və əmlak sığortası niyə geri qalır? AÇIQLAMA

17 Dekabr 2025 22:07see148

“Sumqayıt”ın qış planı bilindi

18 Dekabr 2025 00:08see147

Böyük Britaniya MN: İstəklilər Koalisiyası Ukrayna ordusunu NATO standartlarına uyğunlaşdırmaq istəyir

19 Dekabr 2025 02:17see147

Bel ağrısı xərçəngin bu növünə işarə edə BİLƏR

18 Dekabr 2025 01:04see147

bp yə yeni baş icraçı direktor təyin edildi

18 Dekabr 2025 10:11see146

Telefon qablarından istifadəni dayandırın Mütəxəssis açıqladı

18 Dekabr 2025 03:05see146

PSJ tarix yazdı: Paris klubu Qitələrarası Kuboku qazandı

18 Dekabr 2025 01:08see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri