Boksçularımız Olimpiya ümidləri turnirinə yollanıblar
Icma.az, Idman.biz saytına istinadən bildirir.
İyunun 18-də Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda Olimpiya ümidləri turniri start götürəcək.
İdman.biz xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.
Bildirilir ki, üç gün davam edəcək yarışda Azərbaycan millisi iki yaş kateqoriyasında mübarizə aparacaq.
U-19-lar arasında rinqə Əli Əliyev (50 kq), Nihat Qasımov (55 kq), Əli Baxışov (60 kq), Şahin Aslanov (65 kq), Rza Rzayev (70 kq), Səftər Məmmədzadə (+90 kq) və Gülər Hüseynova (51 kq) çıxacaqlar. U-17-lərin yarışında isə Aysel Fərəcova (46 kq), Aydan İsmayıllı (48 kq), Fatimə Məmmədli (50 kq), Cəmilə Muradlı (57 kq), Səma Abbasova (66 kq) və Xumar Cəfərli (80 kq) qüvvələrini sınayacaqlar.
Oğlan boksçuları beynəlxalq turnirdə baş məşqçi Elbrus Rzayevin, qızlar baş məşqçi İlkin Ağayevin rəhbərliyi yollanıb.
Qeyd edək ki, bu gün Sarayevoya yollanan komanda iyunun 21-də Bakıya qayıdacaq. Milliyə rəhbərliyi Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 17 İyun 2026 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















