Icma.az
close
up
RU
“Bölgələrdə həkim çatışmazlığı var” Parlamentdə hökumətə müraciət edildi

“Bölgələrdə həkim çatışmazlığı var” Parlamentdə hökumətə müraciət edildi

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Milli Məclisin dörd komitəsinin birgə iclasında gələn ilin büdcəsi müzakirə edilib: nazirlərdən maliyyə vəsaitinin artırılması istənilib

Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclası keçirilib. İclasda “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edilib. İclasda maliyyə naziri Samir Şərifov, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iştirak ediblər.                  

Nazir: “Minimum pensiyanın artımı üçün büdcədə vəsait nəzərdə tutulub”

Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədov birgə iclasda deyib ki, 2025-ci ilin dövlət büdcəsində əsasən insanların rifahının daha da yaxşılaşdırılması öz əksini tapıb: “Hər bir büdcənin uğurları ilə yanaşı, onun vacib göstərişlərindən biri də odur ki, hökümətin başlıca prioritetlərini özündə ehtiva etsin. Növbəti ildə Azərbaycan hökümətinin əsas prioritetləri dövlət təhlükəsizliyinin, iqtisadiyyatın daha da möhkəmləndirilməsi, vətəndaşların rifahının daha da yaxşılaşdırılması ilə əlaqədardır. Hər bir büdcənin başlıca xüsusiyyətləri onun böyüməsi ilə əlaqədar deyil, insanlara nə vəd etməsi ilə səciyyələnir. Gələn ilin dövlət büdcəsinin gəlirlərinin 5.3% artması, xərclərin 4%-dən çox artması nəzərdə tutulub”.

Maliyyə naziri Samir Şərifov çıxışında bildirib ki, minimum əməkhaqqı, minimum pensiya və digər sosial ödənişlərin artımı üçün 2025-ci il üçün dövlət büdcəsində vəsait nəzərdə tutulub. Onun sözlərinə görə, sosial xərclərə cari illə müqayisədə 8,8 % çox vəsait ayrılacaq: "Növbəti ildə Dövlət Sosial Müdafiə Fondunun balanslaşdırılması məqsədilə də dövlət büdcəsindən vəsait ayrılacaq. Keçmiş məcburi köçkünlərin sosial müdafiəsinin təmini üçün dövlət büdcəsindən 310 milyon manat vəsait proqnozlaşdırılır”.

Əmək pensiyalarının orta aylıq məbləğini 531 manat, yaşa görə əmək pensiyalarının orta aylığ məbləğini isə 569 manat proqnozlaşdırılır

“Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasətin ana xəttini xalqımızın rifahının yaxşılaşdırılması təşkil edir. Növbəti ilin büdcəsində sosialyönümlü xərclər cari illə müqayisədə 2025-ci ildə 1,4 milyard manat artıqdır. Sosial müdafiə və sosial təminat xərclərini, məcburi köçkünlər üçün xərcləri nəzərə aldıqda bu istiqamətə 4,8 milyard manat vəsait ayrılması planlaşdırılır ki, bu da cari illə müqayisədə 10 faiz artıqdır. DSMF-nin büdcəsinin balanslaşdırılmasına cari ildən 368 milyon manat çox vəsait ayrılması nəzərdə tutulur”. Bu sözləri isə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev səsləndirib.

Nazir bildirib ki, gələn ildə əmək pensiyalarının orta aylıq məbləğini 531 manat, yaşa görə əmək pensiyalarının orta aylığ məbləğini isə 569 manat, və ya cari ilin sonu ilə müqayisədə 8% çox planlaşdırırlar: “Bu ilin sonu gözləntimiz odur ki, yaşa görə əmək pensiyasının orta aylıq məbləği növbəti ildə 527 manat, əmək pensiyasının orta aylıq məbləği isə 494 manat olacaq ".

Gələn il ünvanlı dövlət sosial yardım proqramına 457 milyon manat ayrılacaq

Nazir onu da qeyd edib ki, əhalinin rifahının yaxşılaşdırılması, yoxsulluğun azaldılması, aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi və bu qəbildən olan sosial tədbirlərə 2,6 milyard manat vəsait ayrılıb: “Bu məbləğin 1,9 milyard manatı müavinət, təqaüd və kompensasiyalara yönəldilən vəsaitdir. Bu da cari ilin büdcəsindən 3 faiz artıqdır. Ünvanlı dövlət sosial yardım proqramına 457 milyon manat, haqqı ödənilən ictimai işlərə 200 milyon manat olaraq ayrılıb. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılmasına, yəni dövlət öhdəliklərinin qarşılanmasına isə cari ildən 368 milyon manat çox olaraq, 1,6 milyard manat vəsait ayrılıb. Bu xərcin Sosial Müdafiə Fondunun ümumi büdcəsində payı təqribən 20,8 faizdir”.

Komitə sədri: “Onkoloji xəstələrin icbari tibbi sığortaya cəlb olunmaması qəbuledilməzdir”

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib ki, onkoloji xəstələrin icbari tibbi sığortaya cəlb olunmaması qəbuledilməzdir. Komitə sədri qeyd edib ki, insanlar arasında ürək damar patologiyasından sonra ən çox tələfat onkoloji xəstəliklər sırasındadır: "Onkoloji xəstəliklərin icbari tibbi sığortaya cəlb olunmamasını anlamaq olmur. Onkoloji xidmətə ayrılan vəsait 50 milyon civarında qalıb. Hər gün bu xəstələlə qarşılaşan bir insan kimi deyim ki, bu xəstələrin böyük qrupunu adekvat müalicə etməkdən məhrumuq. Razıyam ki, onkoloji xəstələrin müalicəsinə çox vəsait tələb olunur. Amma ilk olaraq, bu xəstələrin müalicəsində istifadə olunan dərmanları icbari tibbi sığorta öz öhdəsinə götürməlidir. Hesab edirəm ki, bu ilk addım olmalıdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 5 ildir yaranıb, amma onkoloji xəstələrin icbari tibbi sığortaya cəlbi üçün addımlar atılmayıb. Məncə, bu məsələ çox uzanır".

"Bölgələrdəki tibb müəsssələrinin tibbi kadr təminatı məsələsi çox ağır vəziyyətdədir"

"Bölgələrdəki tibb müəsssələrinin tibbi kadr təminatı məsələsi çox ağır vəziyyətdədir", - deyən Əmraslanov vurğulayıb ki, elə rayonlar var, orada 100-dən artıq həkim və orta tibb işçisi çatışmır: “Bu istiqamətdə həm Səhiyyə Nazirliyi, həm Azərbaycan Tibb Universiteti, həm də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birlikdə məsləhətlər aparılmalıdır ki, problemlər həll olunsun. Problemi daha da dərinləşdirən məsələ odur ki, 65 yaşı tamam olan həkimləri həmin gün çağırıb təqaüdə göndərirlər. Əgər regionlarda həkim çatışmazlığı varsa, onları təqaüdə göndərməyin nə mənası var? Çox vaxt həmin həkimlərin işləmə vaxtını bir il uzadırlar. Bu da böyük problemə çevrilir. Aidiyyəti üzrə dəfələrlə danışıqlar aparılır və bildirirlər ki, Bakıda təqaüdə çıxmış həkimləri bölgələrə göndərək. Təbii ki, bu absurd məsələdir. Çünki Bakıda həmin yaşda olan hansı həkim gedib bölgədə fəaliyyət göstərəcək?".

“Bu büdcə o siyasətlərə cavab verməyə imkan yaradır”

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə çıxışında bildirib ki, uzun müddət beynəlxalq münasibətlər çərçivəsində konsulluqda, səfirlikdə işləyən əməkdaşlarımız ciddi maliyyə problemləri ilə rastlaşıb: “Amma indi yeni sistem tətbiq edilir. Maliyyələşmə problemlərinin böyük əksəriyyəti öz həllini tapıb. Yeni sistem maliyyələşmənin ildən-ilə artmasına hədəflənib. Beynəlxalq əlaqələrlə bağlı büdcədə artım görürük, bu, sevindirici haldır. Biz Milli Məclisdə "Diplomatik xidmət haqqında" qanunu yenidən müzakirə edib, qəbul edəcəyik. Bu maliyyələşmədə tətbiq edilən yeni sistemi də özündə əks etdirir. Diplomatik nümayəndəliklərin və səfirliklərin təhlükəsizliyini yüksək səviyyədə təmin etməyə, Azərbaycan reallıqlarını beynəlxalq dünyaya çatdırmağa ayrılan vəsait kifayət edir. Bizə qarşı hiyləgər, ikili siyasət yürüdülür. Bu büdcə o siyasətlərə cavab verməyə imkan yaradır. Ümumiyyətlə, Azərbaycanın xarici siyasətinin yüksək səviyyədə təşkil olunması Azərbaycan iqtisadiyyatının yüksəlişi ilə əlaqədardır".

Nazirdən komitə sədrinə cavab: “Bu, hamımızı narahat edən məsələdir”

Maliyyə naziri Samir Şərifov Ə.Əmiraslanovun onkoloji xəstələrin problemi barədə qaldırdığı məsələyə reaksiya verib. Nazir deyib ki, onkoloji xəstələrə maliyyə ayrılması hamımızı narahat edən məsələdir: “Əhliman müəllimin fikirləri tibb sahəsindəki problemlərə fokuslanmışdı. Problemlərin olmasını heç kəs inkar etmir. Bu sahədə təkmilləşdirmələr aparılmalıdır. Bunun üçün dövlət proqramı qəbul edilir, 60 milyon manat ayrılıb. Büdcə ili ərzində də ehtiyat fondundan yardımlar edilir. Səhiyyə Nazirliyi ilə birlikdə bu istiqamətdə daha çox vəsait ayırmaq barədə düşünməliyik. Yaxın vaxtlarda müəyyən təkliflər hazırlanıb hökumətə təqdim edəcəyik”.

Qeyd edək ki, gələn ilin büdcə layihəsi ilə bağlı Milli Məclisin komitələrində müzakirələr keçirildikdən sonra layihə plenar iclasa tövsiyə olunacaq. 2025-ci ilin dövlət büdcəsi ilə bağlı Milli Məclisin bir neçə plenar iclasının keçiriləcəyi gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://ayna.az
archiveBu xəbər 19 Noyabr 2024 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see212

Bakının bir çox yollarında nəqliyyatın sıxlığı müşahidə olunur SİYAHI

20 Oktyabr 2025 08:25see201

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see172

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see165

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see152

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see150

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see142

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see141

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see134

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see132

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see131

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see129

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see128

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see128

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see127

Qara zirə yağı: Hər dərdin dərmanı

20 Oktyabr 2025 05:06see126

Zəngilan son beş ildə müasir və böyük əhəmiyyətə malik bölgəyə çevrilib

20 Oktyabr 2025 09:17see124

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see121

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see119

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri