Icma.az
close
up
RU
Boliviya parlamentində qalmaqal: Vitseprezident pomidor atəşinə tutuldu

Boliviya parlamentində qalmaqal: Vitseprezident pomidor atəşinə tutuldu

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Boliviyanın keçmiş prezidenti Evo Morales və hazırkı Prezident Luis Arse arasında gərginliyin artması fonunda ölkə parlamentində qalmaqal yaşanıb.

Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, ölkənin vitse-prezidenti David Çokeuanka parlament kürsüsündə "pomidor atəşi"nə tutulub.

Evo Moralesi dəstəkləyən Sosializmə Doğru Hərəkat Partiyasından bir qrup millət vəkili vitse-prezidentə pomidor ataraq onun parlament tribunasında çıxışının qarşısını almağa çalışıb. Bu səbəbdən David Çokeuanka çıxış edə bilməyib və parlamenti tərk etməli olub. Bu zaman Moralesin tərəfdarları ilə hakim partiyanın deputatları arasında dava düşüb.

Boliviya Prezidenti Luis Arse bunu vandalizm aktı kimi dəyərləndirib.

"Evismo (Moralesə işarə edərək) bu hərəkətləri ilə dialoqa iradəsinin olmadığını bir daha ölkəmizə nümayiş etdirdi. Bu gün baş verənlər Boliviya xalqının hisslərini əks etdirmir", - deyə o bildirib.

Morales isə sosial şəbəkə hesabında verdiyi açıqlamada Arseni vətənə xəyanətdə günahlandırıb.

"İqtisadiyyatı yaxşılaşdıracağına söz vermişdi, amma pisləşdirdi, institusionalizmə hörmət edəcəyini vəd etmişdi, ancaq məhv olmasına səbəb oldu, şəffaflıq vəd etmişdi, amma korrupsiyaya yol verdi", - deyə o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:104
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Noyabr 2024 15:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevilyadan Berlində: Avropanın ən musiqili şəhərləri (SİYAHI)

09 İyun 2025 14:24see178

Toğrul Allahverdiyev hekayəsi Sadıqlının “video əməliyyatı” başqa mətləbləri üzə çıxardı

10 İyun 2025 12:42see157

Rostov vilayətində miqrantlar rus təqaüdçüyə hücum edib..?

09 İyun 2025 19:07see137

Yadplanetlilərə meydan oxuyan media əhlimiz…

10 İyun 2025 00:13see126

Qyokereşdən 35 milyon maaşa imtina

10 İyun 2025 00:37see122

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see122

Bütün günahları bayquşda görənlər...

10 İyun 2025 10:02see122

Bakı şəhəri üzrə HƏFTƏNİN İDMAN AFİŞASI

09 İyun 2025 15:24see122

Gəncədə ictimai nəqliyyatda çalışmaq istəyən sürücülərin qiymətləndirilməsi aparılır FOTOLAR

09 İyun 2025 14:20see120

Çində ana xətti ilə qurulmuş cəmiyyət aşkarlandı 250 il davam edib

09 İyun 2025 23:15see119

Sərvəti 1 milyardı ötdü

09 İyun 2025 17:12see119

Salyanda qızı qaçıranlar onun atasının başını yardılar

09 İyun 2025 14:58see118

Skandinaviya erməni diasporu Nikol Paşinyana qarşı

09 İyun 2025 21:00see117

Rusiya aprel ayında Türkiyədən balıq idxalını artırıb...

09 İyun 2025 21:46see117

Ekspertlər təhsil sistemindəki boşluqları tənqid etdilər: O kadrlara baxanda utandım

09 İyun 2025 18:14see117

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi qanunlarda əsaslı dəyişiklər edib. KONKRET

10 İyun 2025 20:21see116

Artıq bu hərəkət cinayət sayılacaq İranda ŞOK qadağa

09 İyun 2025 21:51see116

Küçədə it gəzdirmək qadağan edilir cinayət sayılacaq

09 İyun 2025 22:30see116

Putinin köməkçisi: Moskva nəhəng Qarabağ ın yaranmasını istəmir

09 İyun 2025 22:01see115

Salyanda ot sahəsi və maşın yanıb

09 İyun 2025 19:13see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri