Bollivud ulduzlarının evinə hücum: Məşhur aktyor altı bıçaq yarası aldı
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Məşhur hindistanlı aktyor Saif Əli Xan Mumbaydakı mənzilinə soxulan bir cinayətkar tərəfindən altı bıçaq yarası alıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Hindistanın hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilir ki, cinayətkar oğurluq məqsədilə səhər erkən saatlarda Mumbayın prestijli rayonu Bandrada yerləşən Xanın mənzilinə daxil olub. Həmin vaxt mənzildə aktyorun həyat yoldaşı - Bollivud aktrisası Karina Kapur, onların dörd və səkkiz yaşlı iki uşağı və xidmətçi olub.
Aktyor xəstəxanadadır, həyatı üçün təhlükə yoxdur, lakin bıçaq yaralarından biri onurğa sütununun yaxınlığından keçib. Həkimlər artıq bir neçə saatdır davam edən əməliyyat aparırlar.
Cinayətkar qaçmağa müvəffəq olub, polis onu axtarır. Hadisə ilə bağlı araşdırma başlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 16 Yanvar 2025 12:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















