Icma.az
close
up
RU
Bolnisidə akademik Zahid Xəlilovun xatirəsi anılıb

Bolnisidə akademik Zahid Xəlilovun xatirəsi anılıb

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Bolnisidə fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzində görkəmli riyaziyyatçı, Əməkdar elm xadimi, akademik Zahid Xəlilovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Azərbaycan və Gürcüstanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də akademik Zahid Xəlilovun əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilib.

Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin direktoru Rezo Həsənov bildirib ki, görkəmli alim 14 yanvar 1911-ci ildə Borçalı mahalının Saraçlı kəndində (indiki Bolnisi rayonu) anadan olub, uşaqlıq və ilk təhsil illərini doğma kəndində keçirib. Tiflisdə Nəriman Nərimanov adına Pedaqoji Texnikumu, 1932-ci ildə  Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini uğurla bitirib. 1937–1940-cı illərdə isə Tbilisidə aspirantura təhsili alıb.

Vurğulanıb ki, Zahid Xəlilov funksional analiz, diferensial tənliklər, elastiklik nəzəriyyəsi və tətbiqi riyaziyyat sahələrində mühüm elmi nailiyyətlər əldə edib, Azərbaycanda funksional analiz məktəbinin banilərindən biri və riyaziyyat üzrə ilk azərbaycanlı elmlər doktoru kimi elm tarixində mühüm yer tutub. O, 1955-ci ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilib, 1957–1959-cu illərdə akademiyanın vitse-prezidenti, 1962–1967-ci illərdə isə prezidenti vəzifəsində çalışıb. Elmi xidmətlərinə görə “Qırmızı Əmək Bayrağı”, “Şərəf Nişanı” ordenləri, “Əməkdar elm xadimi” fəxri adı və digər yüksək dövlət təltiflərinə layiq görülüb.

Akademik 4 fevral 1974-cü ildə Bakıda vəfat edib və Fəxri Xiyabanda dəfn olunub.  

Rezo Həsənov deyib ki, Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi gələcəkdə akademik Zahid Xəlilovun irsinin təbliği istiqamətində müxtəlif layihələrin həyata keçirilməsini planlaşdırır. Bolnisidə onun adına ənənəvi riyaziyyat olimpiadasının keçirilməsi, məktəblilər arasında elmi biliklərin təşviqinə xidmət edən müsabiqələrin təşkili, akademikin həyat və fəaliyyətinə həsr olunmuş maarifləndirici tədbirlərin davamlı keçirilməsi nəzərdə tutulur.

Gürcüstan Parlamentinin sabiq deputatı, tarixçi alim Ramiz Bəkirov, Faxralı 2 saylı ictimai məktəbinin sabiq direktoru, “Şərəf ordenli Bayram Abbasov, Dəllər və Abdallı ictimai məktəbinin əməkdaşı Natavan Mehdiyeva, Zöhrab Aslanov, Qoçulu ictimai məktəbinin müəllimi Zina Bayramova, eləcə də digər qonaqlar və gənclər çıxış edərək akademik Zahid Xəlilovun zəngin elmi irsindən, Azərbaycan və dünya elminə verdiyi töhfələrdən bəhs ediblər.

Hüquq və İnteqrasiya Mərkəzinin bir qrup könüllüsü tədbirin təşkilində fəal iştirakına görə xüsusi sertifikatlarla təltif olunubb.

Paşa ƏMİRCANOV
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 02 İyul 2026 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see413

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see406

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see314

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see304

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see271

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see270

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see263

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see258

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see255

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see247

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see246

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see230

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see215

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see212

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see208

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see205

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see204

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see200

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see198

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri