“RUSİYA HEÇ BİR ÖHDƏLİYİ YERİNƏ YETİRİLMƏYİB” “Bakı Moskvanın tam və məsuliyyətli davranmasını gözləyir”
Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Rəsmi izah Prezidentin sıx iş qrafiki olsa da, məsələnin arxa planında daha ciddi səbəblər dayanır
“Prezident İlham Əliyevin MDB-nin qeyri-rəsmi sammitində iştirak etməməsini Azərbaycan–Rusiya münasibətlərində yaşanan və hələ də həllini tapmayan AZAL təyyarəsi böhranı ilə əlaqəlidir”.
“AzPolitika” bildirir ki, bunu politoloq Fərhad Məmmədov Prezident Administrasiyasından verilən açıqlamanı şərh edərkən bildirib.
Xatırladaq ki, Prezidenti İlham Əliyevin dekabrın 21-də Sankt-Peterburq şəhərində keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının iclasında və MDB dövlət başçılarının bu gün keçiriləcək qeyri-rəsmi Zirvə görüşündə iştirak etməkdən imtina edib.
Prezident Administrasiyasından verilən açıqlamaya görə, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olmadığına görə Prezident İlham Əliyev bu görüşə qatılmayıb. Dövlət başçısı MDB dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə isə iş qrafikinin sıxlığına görə iştirak edə bilməyəcək.

Ekspert bildirib ki, rəsmi izah Prezidentin sıx iş qrafiki olsa da, məsələnin arxa planında daha ciddi səbəblər dayanır. Onun sözlərinə görə, ötən il AZAL-a məxsus mülki təyyarənin qəzaya uğraması məhz Prezident İlham Əliyevin MDB-nin qeyri-rəsmi sammitinə getdiyi vaxt baş verib və həmin vaxt dövlət başçısı təyyarəni havada geri döndərərək Bakıya qayıdıb.
Politoloq xatırladıb ki, faciənin ilk saatlarında yalnız Qazaxıstan ərazisində qəzaya uğramış Bakı–Qroznı reysinə aid dəhşətli görüntülər yayılmışdı. Səbəblər araşdırılmazdan, ilk versiyalar ortaya çıxmazdan və hökumət nümayəndə heyəti hadisə yerinə yollanmazdan əvvəl Prezident Bakıya dönərək birbaşa hava limanında müşavirə keçirib.
Fərhad Məmmədov qeyd edib ki, Azərbaycan–Rusiya münasibətlərində dönüş nöqtəsi bu ilin 9 oktyabrında Düşənbədə keçirilən MDB sammitində iki ölkə prezidentinin görüşü olub. Onun sözlərinə görə, həmin görüşdə Rusiya Prezidenti Vladimir Putin AZAL-a məxsus təyyarənin Rusiya Silahlı Qüvvələrinin hava hücumundan müdafiə sisteminin fəaliyyəti nəticəsində qəzaya uğradığını etiraf edib və üzr istəyib.

Politoloq vurğulayıb ki, belə hallarda beynəlxalq praktikaya görə atılmalı olan addımlar açıqdır: günahın tanınması, rəsmi üzrxahlıq, kompensasiyaların ödənilməsi və məsul şəxslərin cəzalandırılması. Lakin onun fikrincə, Rusiyanın davranışı mərhum Viktor Çernomırdinin “biz A-dan B-yə qədər etdik” ifadəsini xatırladır – yəni yarımçıq bəyanatlar var, amma real addımlar yoxdur.
F.Məmmədov bildirib ki, oktyabrın əvvəlindən bu yana təxminən iki ay yarım vaxt keçməsinə baxmayaraq, Rusiya heç bir öhdəliyi yerinə yetirilməyib. Onun sözlərinə görə, istintaq tədbirləri tamamlanmayıb, kompensasiyalar ödənilməyib, günahkarlar cəzalandırılmayıb.
Politoloq əlavə edib ki, bu şəraitdə Prezident İlham Əliyevin MDB-nin qeyri-rəsmi sammitində iştirak etməsi real görünmür. Onun fikrincə, Moskva anlayırdı ki, təyyarə ilə bağlı məsələ həll olunmadan Azərbaycan rəhbərliyi Rusiyaya səfər etməyəcək.
Fərhad Məmmədov vurğulayıb ki, problemin MDB ilə deyil, məhz Rusiya ilə bağlı olduğu artıq aydındır. O qeyd edib ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldırıb, Ermənistanla ikitərəfli formatda proses irəliləyir, Belarusla da əlaqələr normaldır.
Politoloqun fikrincə, Prezident İlham Əliyev bu qərarı ilə AZAL təyyarəsinin qəzaya uğraması məsələsində ardıcıl və prinsipial mövqeyini bir daha nümayiş etdirib. O bildirib ki, Azərbaycan konstruktiv mövqe tutur, lakin Rusiyanın “A-dan B-yə qədər” yox, “A-dan Z-yə qədər” – yəni tam və məsuliyyətli davranmasını gözləyir.
Fərhad Məmmədov sonda qeyd edib ki, Rusiya tərəfi üzərinə düşən öhdəlikləri yerinə yetirməzsə, Azərbaycan bu mövzuda mövqeyini beynəlxalq mexanizmlər vasitəsilə də müdafiə etməyə hazırdır.
Rasim
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 22 Dekabr 2025 21:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















