Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sabah Bolqarıstanda prezident və vitse-prezident seçkiləri üzrə səsvermə keçiriləcək.
Teleqraf xəbər verir ki, prezident və vitse-prezident vəzifələri uğrunda 27 namizəd cütlüyü mübarizə aparacaq. Ölkədə təxminən 6,6 milyon qeydə alınmış seçici var.
Mərkəzi Seçki Komissiyasının (MSK) məlumatına görə, xaricdə 60 ölkədə ümumilikdə 613 seçki məntəqəsi yaradılacaq. Bolqarıstan vətəndaşlarının çoxluq təşkil etdiyi Türkiyənin 18 vilayətində 78 seçki məntəqəsi fəaliyyət göstərəcək.
Bolqarıstan diasporunun çoxsaylı olduğu Böyük Britaniyada 82, Almaniyada 70, İspaniyada 67, ABŞ-da isə 44 seçki məntəqəsi yaradılacaq.
Analitiklər 27 namizəddən heç birinin ilk turda qalib gəlməyəcəyini proqnozlaşdırırlar.
Seçkilərin ilk turunda qalib gəlmək üçün namizədlərdən biri səslərin mütləq əksəriyyətini qazanmalıdır. Bununla yanaşı, səsvermənin etibarlı sayılması üçün qeydə alınmış seçicilərin 50 faizindən çoxu seçkilərdə iştirak etməlidir.
Seçici fəallığının 40 faizdən aşağı olacağı gözlənilir. Bu halda prezident seçkilərinin ikinci turu noyabrın 1-də keçiriləcək.
İctimai rəy sorğularına əsasən, hazırkı prezident İliyana Yotova və keçmiş baş nazir Andrey Gyurov prezidentliyə əsas namizədlər sırasındadır.
Bolqarıstanın baş naziri Rumen Radev vətəndaşları seçkilərdə iştirak etməyə çağırıb.
Qeyd edək ki, Bolqarıstanda sonuncu prezident seçkiləri 2021-ci il noyabrın 14-də keçirilib. Həmin seçkilərin ikinci turu isə noyabrın 21-də baş tutub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 24 Oktyabr 2026 13:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















