Bolsonaro: “Braziliyada solçu dövrü bitdi”
Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.
"İndi İşçi Partiyası dövrünün sonu və ölkəmizdə dəyişikliklərin başlanğıcıdır”
Braziliyada Sağçı Liberal Partiyasının prezidentliyə namizədi, senator Flavio Bolsonaro prezident seçkilərinin ikinci turunda qələbəsinə tam əminliyini ifadə edib və ölkədə solçu qüvvələrin uzun müddətdir davam edən dominantlığına son qoyduğunu bildirib.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Bolsonaro qeyd edib: "İndi İşçi Partiyası dövrünün sonu və ölkəmizdə dəyişikliklərin başlanğıcıdır. Mən inanılmaz dərəcədə xoşbəxtəm ki, cəmi üç həftə ərzində Braziliya öz gələcəyi ilə bağlı qəti qərar verəcək", - deyə siyasətçi vurğulayıb.
Keçmiş Prezident Jair Bolsonaronun oğlu "təmiz seçki kampaniyası" aparacağına söz verib və xatırladıb ki, prezidentlik yarışında dövlət başçısı vəzifəsinə yenidən seçilmək institutunu rəsmi olaraq ləğv etməyi öhdəsinə götürən yeganə iştirakçıdır.
Qeyd edək ki, 4 oktyabrda keçirilən seçkilərin birinci turunda Flavio Bolsonaro səslərin 47%-dən çoxunu toplayaraq, hazırkı Prezident Luis İnasio Lula da Silvanı təxminən 2 faiz fərqlə məğlub edib. Həlledici ikinci tur 25 oktyabrda keçiriləcək. Birinci turun nəticələri açıqlandıqdan sonra dövlət başçısı ikinci turda qələbə qazanmaq üçün kampaniyaya yenidən başlayacağını vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 05 Oktyabr 2026 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















