Icma.az
close
up
RU
“Bolt” nalayiq yer adları olan xəritəni niyə istifadə edir? FAKTLAR

“Bolt” nalayiq yer adları olan xəritəni niyə istifadə edir? FAKTLAR

Icma.az bildirir, Mia.az portalına istinadən.

“Bolt” xidmətinin tətbiqində sifariş verilən yer və məkan adları müştərilərdə çoxsaylı narazılıqlar yaradıb.

Mia.az xəbər verir ki, bəzi yerlərin, müəssisələrin adları xoşagəlməz və hətta nalayiq ifadələrlə qeyd olunub. 

Məsələn, Bakı Beynəlxalq Avtovağzal Kompleksinə gediş sifarişini verəndə açılan xəritədəki yer və məkan adlarının arasında “Əlinin .....xanası” kimi adlar qarşıya çıxır.

Əməkdaşımız adıçəkilən şirkətin ölkə nümayəndəliyi ilə elektron yazışmalarda müştərilərin narazılığını çatdırsa da, yazışmada iştirak edən tərəf bu problemin "Google Xəritə" ilə bağlı olduğunu deyir və bununla bağlı heç bir məsuluyyət daşımadığını vurğulayır. 

Maraqlıdı ki, digər taksi xidmətləri, məsələn, Yango, Uber və digərlərinin istifadə etdiyi google xəritələrdə məhz həmin ərazi üzrə sifarişlərdə normal adlar əks olunur. Bəs niyə nalayiq adlar olan xəritə yalnız “Bolt”da mövcuddur?

Ümumiyyətlə, son illərdə müxtəlif şirkət və müəssisələr, fiziki və hüquqi şəxslər məkan və yer adlarının, ünvanların quql xəritəyə daxil edilməsini özləri həyata keçirir. Bunun üçün istifadə olunan təlimata hətta internet resurslarında rast gəlmək olar. Bu üsuldan yeni işini tanıtmaq istəyənlər daha çox istifadə edir. Google xəritə ilə daha yaxşı tanınmaq və yadda qalmaq olar. İş adamlarına lazım olan əsas məqam quql xəritəyə məkan əlavə edib hər kəslə yerini bölüşməkdi. 

Amma hətta bir iş sahibi olmasa da, insanlar quql xəritəyə yer əlavə etməyi çox faydalı hesab edir. Məsələn, əgər sevdiyiniz restoran varsa, o restoran quql xəritədə yoxdursa və siz orada kiminləsə görüşmək üçün həmin restoranın adını özünüz xəritəyə daxil edə bilərsiniz.

Qeyd edək ki, bu proses çox da zəhmət tələb etmir. Sadəcə, quql xəritəyə daxil olursunuz, tətbiqin sol üç küncündəki xətlərə toxunursunuz, menyudan parametrləri seçib, artırmaq istədiyiniz məkanın adını əlavə edirsiniz.

Göründüyü kimi, proses qəliz deyil. Quql (google) xəritəyə istənilən şəxs girib, oraya ağlına gələni yaza bilər.
Amma kütləvi xidməti özündə əks etdirən şirkətlər, müəssisələr öz nüfuzunu qorumaq, iş əxlaqına zərər gəlməsinin qarşısının alınması üçün belə xəritələrlə işlədikdə xüsusilə diqqətli olmalıdı. Kimlərinsə çirkin məqsədlə istifadə etdiyi ifadələrin müştəriləri narahat etməməsi üçün mütəmadi monitorinq aparmalıdı. 
Güman etmək olar ki, “Bolt” bu istıqamətdə lazım olan addımları atacaq.

Zülfiyyə Mustafayeva
Mia.az

 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://mia.az
archiveBu xəbər 03 Noyabr 2025 00:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see650

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see284

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see251

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see227

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see207

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see206

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see180

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see172

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see149

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see148

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see142

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see142

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri