Yol kənarında hinduşka adı ilə şişirdilmiş toyuq satılır FOTO
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Yol kənarında şişirdilmiş toyuqları "hinduşka" və "qaz" adı ilə təqdim edirlər.
Milli.Az xəbər verir ki, tanınmış naşir Şahbaz Xuduoğlu başına gələn hadisə ilə bağlı özü məlumat verib.
Onun sözlərinə görə, yol kənarında Biləsuvar körpüsünü keçdikdən sonra Salyan istiqamətində yolun kənarında "hinduşka" və "qaz" adı ilə quşlar satılır.
Bildirib ki, alış zamanı quşların görünüşündə müəyyən şübhələri yaransa da, "aldatmazlar" düşüncəsi ilə məhsulları götürüb:
"Evdə məlum oldu ki, qaz və hinduşka adı ilə təqdim olunanlar sadəcə şişirdilmiş toyuqlardır. Yəni mən aldandım. Heç olmasa siz aldanmayın".
Məsələ ilə bağlı paylaşım edildikdən sonra Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) araşdırmaya başlayıb. Agentlik əməkdaşları hadisə yerində baxış keçirib və təqdim olunan faktın doğru olduğunu təsdiqləyib.
Şahbaz Xuduoğlu, bir daha vətəndaşlara, xüsusilə də sürücülərə xəbərdarlıq edib ki, yol kənarlarında satılan quşlara qarşı diqqətli olsunlar:
"Tələskənlikdən və insanlara dəstək niyyətindən istifadə edərək adamı aldadırlar. Maşını saxlayıb oradan quş almağınız məsləhət deyil. Məni qınadılar ki, niyə quşu toyuqdan ayıra bilmədim. Doğrusu, heç zaman inana bilməzdim ki, insanlarımız zəhərli qida satmaq həddində ola bilərlər. Qida Təhlükəsizlik Agentliyi yeməməyi məsləhət gördü. Mən də heyvanlar üçün zooparka göndərdim".
Mina Mikayılova
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:47
Bu xəbər 03 Fevral 2026 15:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















