Icma.az
close
up
RU
“Bolt” və rəhbərliyi ilə bağlı sensasion iddialar: Vasif Talıbovla əlaqələr, sertifikatsız sürücülər, AYNA nın adından istifadə...

“Bolt” və rəhbərliyi ilə bağlı sensasion iddialar: Vasif Talıbovla əlaqələr, sertifikatsız sürücülər, AYNA nın adından istifadə...

Pravda.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Gələcək Azərbaycan Partiyasının (GAP) sədri Ağasif Şakiroğlu “Bolt” taksi şirkəti barədə Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə şikayət ünvanlayıb.

Pravda.az xəbər verir ki, GAP sədri şikayətində “Bolt” şəbəkəsini qeyri-qanuni işlərlə məşğul olmaqda ittiham edib.

“Naim və Erol Əzizov qardaşları ofşorlara milyonlarla dolları necə və hansı yollarla daşıyır? Ölkə ictimaiyyətinin, KİV nümayəndələrinin və “Bolt”un dünya üzrə rəhbəri Markus Villiqin xüsusi diqqətinə! Bu gün Azərbaycanda “Bolt” adlı şəbəkə faktiki qeyri-qanuni işlərlə məşğuldur. Vətəndaşlarımızın, sahibkarlarımızın konstitutsion hüquqlarını pozur. Bu azmış kimi, vətəndaşlarımızın konstitutsion mülkiyyət hüquqlarını pozur. Sanki uçan “Bolt” avtomobili yox, ölkə qanunvericiliyidir… Şəxsi həyatda tanıdığım sahibkarların, eyni zamanda öz şəxsi mülkiyyətimdə olan bir neçə avtomobil “Bolt Servis” MMC tərəfindən bloklanıb, fəaliyyətinə məhdudiyyət qoyulub. Səbəb kimi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən bloklandığı göstərilib. Sözün açığı, əvvəl mənə “Bolt”dan, lap dəqiq desək, Naim Əzizovun əməkdaşları tərəfindən çatan informasiyalar fonunda AYNA rəhbərliyi haqqında mənfi düşüncələrə qapıldım. Sonra AYNA rəhbərliyi və “qaynar xətt”i ilə əlaqə saxladım. Məlum oldu ki, AYNA tərəfindən heç bir taksi sürücüsü, həmçinin dostlarıma və mənə məxsus heç bir avtomobil bloklanmayıb. Bir qədər dəqiqləşdirmədən sonra məlum oldu ki, “Bolt”un əməkdaşları dostlarıma və mənə məxsus avtomobilləri bloklayaraq başqa, lap dəqiq desək, özlərinin himayələrində olan parklara avtomobilləri köçürdükləri məlum oldu. Burada ortaya suallar çıxır. Tabeliyimdə olan yoldaşlara bir qədər dəqiqləşdirmə etmələrini tapşırdım.

Məlum oldu ki, Azərbaycanda fəaliyyət göstərən “Bolt Servis AZ” MMC-nin “CEO”su Əzizov Naim İlqar oğlunun qardaşı Əzizov Erol İlqar oğlu “Bolt”un nəzdində fəaliyyət göstərən “Bolt Point” adlı parkda 2-ci şəxs olaraq çalışmaqdadır. Daha doğrusu, bu parkda yaradılan süni şəraitlər fonunda həmin parkdan mədəni rüşvət toplamaq üçün ezam edilmiş şəxsdir. “Otkat” toplayır, qardaşı Naim Əzizovla bölüşür…. Eyni zamanda, Əzizov Naim İlqar oğlunun “Bolt” beynəlxalq taksi şirkətinin investisiya proqramı daxilində “116Park” adlı digər qoluna Estoniyadan ayrılan yüksək dotasiyaların mənimsənilməsi prosesində də iştirak edib. Buna bizim xalq dilində “beynəlxalq korrupsiya” deyilir. Elə şeylər var, əlimdə sənədləri, detallı yazışmaları və səs yazıları ilə paylaşa bilərdim. Bunu, sadəcə, doğru hesab etmirəm. Buradan Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə, həmçinin Korrupsiya qarşı Mübarizə Baş İdərəsinə, həmçinin Rəşad Nəbiyev cənablarına müraciət edirəm: “Bolt” adlı bu şəbəkəyə kimlərin himayədarlıq etməsi haqqında ictimaiyyətə məlumat verməklə yanaşı, qanuna müvafiq tədbirlər görülməsi üçün ciddi və qarşısı alınmaz tədbirlər görəsiniz. Onların etdikləri açıq sabotajdır! Məgər ölkə qanunvericiliyində bir qohumun digər yaxın qohumun tabeliyində işlənməsinə icazə verilir? Xeyr, əsla! Bəs niyə “CEO” vəzifəsində olanın qardaşı “Bolt”un nəznində fəaliyyət göstərən “Bolt Point Fleet”də qeyri-rəsmi işləyir? Danmağa çalışmasınlar. “Bolt Point”in ofisindən fotolarını paylaşsam, heç kimə xoş olmayacaq. Bu səbəbdən heç kim nağıl danışmağa cəhd etməsin. Hansısa sahibkarın şəxsi avtomobilinin qeyri-real olaraq qarajda (təmirdə) ola-ola formal olaraq kiməsə proqram üzərində təhkim edilməsi qanunsuzluq deyil, bəs nədir? Məhz bu səbəbdən (Əzizov Naim İlqar oğlunun qardaşı) Əzizov Erol İlqar oğlunun himayəsi altında olmağın nəticəsidir ki, “Bolt Point”in sertifikatsız, həm də qanunsuz taksi fəaliyyəti göstərən avtomobilləri Bakı şəhərində “uçur”. Məhz bu himayədarlığın və qanunsuz fəaliyyətin nəticəsi fonunda Əzizov Erol İlqar oğlunun himayədarlığı altında fəaliyyət göstərən və Vasif Talıbovlara yaxınlığı ilə seçilən park qanunsuz fəaliyyət göstərir. Mümkündür ki, Talıbovların uzanan əli Bakı taksi bazarına Əzizov Naim İlqar oğlunun qardaşı Əzizov Erol İlqar oğlu vasitəsilə hələ də çatmaqdadır. Aidiyyatı dövlət qurumlarına səslənirəm: Bütün bu iqtisadi qanunsuzluqlara qarşı real addımlar atılmazsa, ölkə rəhbərliyinə müraciət etmək məcburiyyətində qalacağam. Fikrimcə, hər xırda məsələ ilə bağlı ali rəhbərliyi rahatız etmək doğru deyil. Zəruri dövlət qurumlarının məsələyə ciddi yanaşması xahiş və tələb olunur. Hörmətli Əzivovlar, bütün bu maxinasiyanın başında şəxsən siz durmursunuzsa, bu maxinasyaları törədən əməkdaşlarınızı cəzalandırın. Əks halda, susqunluğunuzla və hərəkətsizliyinizlə bütün bu maxinasiyaların arxasında durduğunuzu etiraf etmiş olacaqsınız! AYNA-nın adından az sui-istifadə edin! Əks halda, dövlət qurumunun adından istidafə edib, vətəndaşları dövlət qurumunun üzərinə qaldırmaqda məqsədiniz nədirsə, onu açıq deyin!”

Pravda.az-ın əməkdaşı iddialarla bağlı N.Əzizovla əlaqə saxlasa da, zənglərə cavab verməyib. “Bolt”a ünvanladığımız sorğuya cavab olaraq isə bildirilib ki, məsələ ilə məşğuldurlar.

Aytəkin Qardaşova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:50
embedMənbə:https://pravda.az
archiveBu xəbər 20 İyun 2025 14:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaponiyada güclü zəlzələ baş verib

19 İyun 2025 06:21see130

Osmanlı dövründə baş verən ürpədici Vampir hadisəsi FOTOLAR

19 İyun 2025 01:37see128

Rusiya XİN ABŞ yə xəbərdarlıq edir

19 İyun 2025 15:23see126

Putin Ərdoğana təşəkkür edib

19 İyun 2025 02:51see125

Tramp: İran təslim olmalı və müqaviməti dayandırmalıdır KONKRET

18 İyun 2025 20:29see124

Yenidən B seriyasında işləyəcək

19 İyun 2025 05:48see124

Mariya Zaxarova Rusiya Ermənistan münasibətlərinə dair sualı cavablandırdı

19 İyun 2025 18:50see123

Arxeoloqlar dinozavr dövrünə aid “qoblin” qalıqlarını tapıblar...

19 İyun 2025 22:15see121

Yeni komissiya yaradıldı SƏRƏNCAM KONKRET

19 İyun 2025 09:48see120

Yamal Messinin bu yaşda olduğundan daha güclüdür

18 İyun 2025 21:56see119

Müharibəyə görə 12 mindən çox iranlı zəvvar geri dönə bilmir

20 İyun 2025 01:59see117

Nə vaxt dayanacaqlarını bilmirlər və...donuz olurlar...

18 İyun 2025 21:35see117

Damla tanınmış müğənninin əri ilə sevgili olub; Afaq SİRLƏRİ AÇDI (VİDEO)

20 İyun 2025 05:15see115

Fernando Muslera Argentina klubu ilə anlaşdı

20 İyun 2025 12:37see115

İpək mövsümü davam edir

19 İyun 2025 01:53see115

İranın yeraltı zavodları var, onlara heç nə olmayıb

19 İyun 2025 07:04see114

DİN in mətbuat xidmətinin məlumatı

19 İyun 2025 11:42see114

Abşeronda qadını vəhşicəsinə döyüb, qarət etdilər

19 İyun 2025 11:02see113

Avtomobilin mühərrikinin xarab olduğunu göstərən beş əlamət

19 İyun 2025 04:48see112

İyulun 1 də quru sərhədlər açılacaq?

18 İyun 2025 21:27see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri