Icma.az
close
up
RU
Zaqatalada özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara və Şəki Reabilitasiya Mərkəzinə baxış olub

Zaqatalada özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara və Şəki Reabilitasiya Mərkəzinə baxış olub

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 20 iyun, AZƏRTAC

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə özünüməşğulluq proqramı çərçivəsində Zaqatala şəhər sakinləri Samir Kərim oğlu Abdullayev və Maisə Afər qızı Qafarova üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, özünüməşğulluq proqramının dəstəyi ilə aktivlər verilməklə S.Abdullayev üçün telefon təmiri, M.Qafarova üçün isə kişi bərbərxanası istiqaməti üzrə kiçik təsərrüfatlar qurulub. Onlar kiçik biznesə çıxış imkanlarına malik olmaq üçün göstərilən dəstəyə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.

Bildirlib ki, ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində Zaqatala rayonunda 1923 şəxs üçün kiçik təsərrüfatlar qurulub.

Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sifarişi ilə icra olunan layihə əsasında Zaqatala rayonunda bu il mayın 1-dən fəaliyyət göstərən günərzi qayğı mərkəzində uşaqlara göstərilən xidmətlər nəzərdən keçirilib. Vurğulanıb ki, mərkəzdə əhalinin həssas qruplara aid olan, həmçinin əlilliyi olan 30 uşağa xidmət göstərilir. Psixoloq, sosial işçi, pedaqoq və digər mütəxəssislər tərəfindən onların qavrayış, emosional və fiziki inkişafına, sosial uyğunlaşmasına, ilkin yazı və oxuma bacarıqlarına yiyələnmələrinə və s. dəstək işləri aparılır. Agentliyin sifarişi ilə icra olunan layihə üzrə hazırda ölkəmizin 30 şəhər və rayonunda günərzi qayğı mərkəzləri fəaliyyət göstərir.

Nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Şəki Reabilitasiya Mərkəzinə də baxış keçirilib.

Qeyd olunub ki, son illər Şəki Reabilitasiya Mərkəzində də əsaslı təmir işləri aparılaraq, müəssisə müasir tibbi-reabilitasiya avadanlıqları ilə təchiz edilib. Mərkəzdə bu ilin 5 ayında əlilliyi olan daha 2 minədək şəxsə effektiv fizioterapevtik üsullarla kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstərilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 İyun 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərxoş halda qadının evinə hücum çəkdi, şişlə ona ağır xəsarətlər yetirdi

26 Sentyabr 2025 22:31see206

“2020 ci ildə başladığımız Vətən müharibəsi tarixi zərurət idi”

27 Sentyabr 2025 10:27see172

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

27 Sentyabr 2025 14:12see153

Keyndən 100 cü qol XXI əsrdə TOP 5 liqalarda ən sürətli göstərici

27 Sentyabr 2025 00:09see152

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

27 Sentyabr 2025 10:28see150

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

27 Sentyabr 2025 09:17see149

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

27 Sentyabr 2025 03:35see146

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

27 Sentyabr 2025 10:27see146

Təranə Qumralın 18 yaşlı qızına canlı efirdə elçi düşdülər FOTO

26 Sentyabr 2025 23:14see141

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see140

28 sentyabr bu BÜRCLƏR DİQQƏTLİ olsun KONKRET

27 Sentyabr 2025 00:57see139

12 ölkə Fələstinə maliyyə dəstəyi üçün koalisiya yaratdı

27 Sentyabr 2025 01:48see137

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

27 Sentyabr 2025 13:24see135

DSX Komandanı II Fəxri xiyabanda

27 Sentyabr 2025 09:26see134

Türkiyə Superliqası: Qalatasaray səfərdən üç xalla qayıdır

26 Sentyabr 2025 23:14see129

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see125

Dini konfessiyaların rəhbərləri Zəfər parkını ziyarət ediblər

27 Sentyabr 2025 10:28see125

AFB Bank bayrağımızı təhrif edib FOTO

27 Sentyabr 2025 22:49see123

Qubada ağır qəza: sürücü öldü, sərnişin xəsarət aldı

27 Sentyabr 2025 01:21see119

İspaniya La Liqası: Madrid derbisində darmadağın

28 Sentyabr 2025 01:41see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri