İsa Həbbibəylinin oğlundan Talıbovla bağlı DƏHŞƏTLİ faktlar 38 milyon...
Bakivaxti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Naxçıvan Muxtar Respublikası (MR) Dövlət Gömrük Komitəsinin keçmiş sədri Səhət Həbibbəylinin istintaqa ifadələri oxuyan hər kəsdə heyrət doğurub.
Bakıvaxtı.az Globalinfo.az-a istinadla xəbər verir ki, o, Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovla bağlı bütün faktları üzə çıxarıb.
Belə ki, onun ifadəsinə görə, S.Həbibbəyli hər il Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova 30 milyon dollar rüşvət verib. Bu ifadə Vasif Talıbovun həbsi və istintaqa cəlb edilməsi üçün ciddi əsasdır.
Keçmiş sədrin sözlərinə görə, toplanan məbləğlər get-gedə artdıqdan sonra rəhbərliyə çatdırdığı pulun miqdarı 34 milyon dollar idisə, növbəti il artıq 38 milyon 400 min dollar olub.
Qeyd edək ki, bu, Talıbovla bağlı rüşvət iddialarının qaldırılmasına lüzum yaradan ilk fakt deyil. Belə ki, MR-nin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi polkovnik Mirzə Cəlilov məhkəmədə ifadə verərək aldığı rüşvəti yuxarı instansiyalara ötürdüyünü "yerli-yataqlı" bildirib.
Baxış sayı:89
Bu xəbər 10 Yanvar 2025 11:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















