Icma.az
close
up
RU
“Bolt”da daha bir sürücü özbaşınalığı ŞİKAYƏT

“Bolt”da daha bir sürücü özbaşınalığı ŞİKAYƏT

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda fəaliyyət göstərən taksi xidmətlərində sərnişinlərin sürücülər tərəfindən əsassız tələblər və kobudluqla üzləşməsi halları səngimək bilmir. Analoji hadisələrdən biri bu yaxınlarda məşhur "Bolt" taksi şirkətinin fəaliyyətində qeydə alınıb.

Modern.az-a müraciət edən vətəndaş "Bolt" şirkətinin sürücüsü tərəfindən ciddi kobudluğa və haqsızlığa məruz qaldığını bildirib.

Şikayətçinin sözlərinə görə, sifariş zamanı tətbiqdə gediş haqqı 7.90 manat göstərilsə də, Samir adlı sürücü ondan israrla 15 manat tələb edib. Sürücü bu məbləği ödəməyəcəyi təqdirdə ünvana gəlməyəcəyini qətiyyətlə bəyan edib. Vətəndaş tələb olunan məbləğin tətbiqdəki qiymətdən iki qat artıq olduğunu bildirdikdə isə sürücü bəhanə gətirərək öz telefonunda gediş haqqının 11 manat göründüyünü iddia edib və yalnız 15 manat veriləcəyi təqdirdə sifarişi icra edəcəyini əlavə edib.

Məsələ ilə bağlı Modern.az-ın "Bolt" şirkətinə ünvanladığı rəsmi sorğuya cavab olaraq şirkətin PR meneceri Nigar Kazımova bu növ halların tamamilə qanunsuz olduğunu bildirib:

"Tətbiqdə hansı qiymət qeyd olunubsa, sərnişin tərəfindən yalnız o məbləğ də ödənilməlidir. Sürücülərin sərnişinlərdən hər hansı bir bəhanə ilə əlavə ödəniş tələb etməyə heç bir haqları yoxdur. Belə hallar və sürücülərin bu cür özbaşınalıqları şirkətimiz tərəfindən qəbulolunmazdır".

Şirkət rəsmisi vurğulayıb ki, qeyd olunan şikayətlə bağlı dərhal daxili araşdırmalara start veriləcək. Nigar Kazımova oxşar problemlərlə qarşılaşan bütün vətəndaşları diqqətli olmağa və dərhal rəsmi şəkildə müraciət etməyə çağırıb:

"Vətəndaşlardan xahiş edirik ki, bu qəbildən olan xoşagəlməz hallarla üzləşdikdə mütləq proqram daxilindən dəstək xidmətinə şikayət etsinlər. Araşdırmanın daha sürətli və effektiv aparılması üçün müraciətə sürücü ilə yazışmanın və ya tətbiqdəki qiymətin ekran görüntülərini əlavə etməyi tövsiyə edirik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://modern.az
archiveBu xəbər 01 İyul 2026 15:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna Putinin təklifinə çox ehtiyatla yanaşacaq

30 İyun 2026 09:19see488

Paris Fransadakı istilərə görə ABŞ ı ittiham etdi

30 İyun 2026 09:51see324

Nəriman Həsənzadə süni tənəffüs aparatına qoşuldu

30 İyun 2026 11:30see317

Fatimə Hüseynova Rusiyanın raket hücumunda öldü Foto

29 İyun 2026 23:41see284

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

30 İyun 2026 09:20see255

“Qarabağ” Macarıstan klubunun oyunçusunu transfer edir

30 İyun 2026 01:04see238

Almaniya əlavə vaxtda oynamaq üzrə mundialların rekorduna imza atıb

30 İyun 2026 05:22see210

50 illik seriya bitdi Almaniya penaltilərdə uduzdu

30 İyun 2026 03:36see201

Azərbaycanda Milli Sevgililər Günüdür

30 İyun 2026 00:49see188

Aviakompaniyalar Aİ rəhbərliyindən sərhəd yoxlamalarının yumşaldılmasını istəyir

01 İyul 2026 09:43see182

Türkiyə Aİ dən obyektiv yanaşma gözləyir Fidan

01 İyul 2026 05:00see177

Fransa Özbəkistan əməkdaşlığı müzakirə edilib

30 İyun 2026 14:25see176

Fərid Qayıbov idmançılarla görüşüb

01 İyul 2026 02:04see174

“Vudi”nin missiyası dəyişdi Uşaqları ekrandan ayıracaq

01 İyul 2026 06:21see173

Almaniyanın Rheinmetall şirkəti Ukraynaya 155 millimetrlik mərmilər tədarük edəcək

01 İyul 2026 05:24see168

Paolo Maldiniyə İtaliya millisində vəzifə təklif olunub

01 İyul 2026 05:12see159

Sumqayıtda benzin daşıyan yük avtomobili teplovozla toqquşub, xəsarət alan var FOTO

01 İyul 2026 01:04see154

Mbappe Messiyə yaxınlaşdı Dünya çempionatlarında 18 ci qol

01 İyul 2026 03:08see149

Meksika Ekvadora qarşı

01 İyul 2026 05:00see148

Yaddaşlara həkk olunan “Məzun günü”

01 İyul 2026 16:51see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri