Bolton: “Qrenlandiyanı almaq ideyasını Trampa Lauder aşılayıb”
Azvision portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
AzVision.az xəbər verir ki, Donald Trampın ilk prezidentliyi dövründə onun Milli Təhlükəsizlik üzrə müşaviri olmuş Con Bolton “The Guardian” nəşrinə müsahibəsində belə deyib.
Sabiq müşavirin sözlərinə görə, ilk prezidentlik müddətinin əvvəlində Ağ Ev rəhbəri tanınmış iş adamının Qrenlandiyanı almağı nəzərdən keçirmək təşəbbüsünü irəli sürdüyünü söyləyib. Bolton, söhbətin Amerika liderinin çoxdan tanıdığı Lauderdən getdiyini dəqiqləşdirib.
“Bunun ardınca ABŞ administrasiyası Amerikanın Arktikada, o cümlədən Danimarka ərazilərində iştirakını genişləndirmək variantlarını müzakirə etməyə başladı. 2019-cu ildə Vaşinqtonun Qrenlandiyaya marağı ictimailəşdi və Danimarka hakimiyyətinin sərt reaksiyasına səbəb oldu”, - Con Bolton vurğulayıb.
Qəzetin iddiasına görə, sahibkar Ronald Lauderin marağı onun adadakı biznes layihələri ilə üst-üstə düşür: amerikalı investorlar, o cümlədən Lauder özü də içməli suyun ixracı və hidroenergetikanın inkişafı layihələrinə sərmayə qoyublar.
Təxminən 57 min əhalisi olan Qrenlandiya 1979-cu ilə qədər Danimarkanın müstəmləkəsi idi. 2009-cu ildə isə ada krallığın tərkibində özünüidarəetmə və muxtar status qazanıb. ABŞ-nin Qrenalnadiyadakı “Pituffik” aviabazasında 100-dən çox hərbçi yerləşdirilib.
Paris Vaşinqtona xəbərdarlıq edib
Bu il yanvarın əvvəlində Venesueladakı hərbi əməliyyatlar fonunda Donald Tramp Qrenlandiyanın ABŞ-nin nəzarətinə keçməsinin vacibliyini bir daha bəyan edib. O, adanın nəinki ABŞ-nin, hətta qlobal təhlükəsizliyin təminatı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Yanvarın 14-də Danimarka və Qrenlandiyanın Xarici İşlər nazirləri Lars Lökke Rasmussen və Vivian Motsfeldt ada ətrafındakı vəziyyəti müzakirə etmək üçün Vaşinqtonda ABŞ-nin vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio ilə görüşüblər. Görüşdən sonra müsahibə verən xanım Vivian Mosfeldt göz yaşlarını saxlaya bilməyib.
“The New York Times (NYT)” qəzetinin yazdığına görə, bu danışıqlardan sonra Danimarka ABŞ ilə fikir ayrılıqlarının qaldığını açıqlayıb.
Xatırladaq ki, yanvarın 12-də respublikaçı konqresmen Rend Fayn Qrenlandiyanın ilhaqı və ona ştat statusu verilməsi haqqında Konqresə qanun layihəsi təqdim edib.
Fransa, öz növbəsində, Qrenlandiyanın ABŞ tərəfindən ilhaqının qırmızı xəttin keçilməsi kimi qiymətləndiriləcəyi barədə Vaşinqtona xəbərdarlıq ünvanlayıb.
Sahil İsgəndərov
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Sabiq müşavirin sözlərinə görə, ilk prezidentlik müddətinin əvvəlində Ağ Ev rəhbəri tanınmış iş adamının Qrenlandiyanı almağı nəzərdən keçirmək təşəbbüsünü irəli sürdüyünü söyləyib. Bolton, söhbətin Amerika liderinin çoxdan tanıdığı Lauderdən getdiyini dəqiqləşdirib.
“Bunun ardınca ABŞ administrasiyası Amerikanın Arktikada, o cümlədən Danimarka ərazilərində iştirakını genişləndirmək variantlarını müzakirə etməyə başladı. 2019-cu ildə Vaşinqtonun Qrenlandiyaya marağı ictimailəşdi və Danimarka hakimiyyətinin sərt reaksiyasına səbəb oldu”, - Con Bolton vurğulayıb.
Qəzetin iddiasına görə, sahibkar Ronald Lauderin marağı onun adadakı biznes layihələri ilə üst-üstə düşür: amerikalı investorlar, o cümlədən Lauder özü də içməli suyun ixracı və hidroenergetikanın inkişafı layihələrinə sərmayə qoyublar.
Təxminən 57 min əhalisi olan Qrenlandiya 1979-cu ilə qədər Danimarkanın müstəmləkəsi idi. 2009-cu ildə isə ada krallığın tərkibində özünüidarəetmə və muxtar status qazanıb. ABŞ-nin Qrenalnadiyadakı “Pituffik” aviabazasında 100-dən çox hərbçi yerləşdirilib.
Paris Vaşinqtona xəbərdarlıq edib
Bu il yanvarın əvvəlində Venesueladakı hərbi əməliyyatlar fonunda Donald Tramp Qrenlandiyanın ABŞ-nin nəzarətinə keçməsinin vacibliyini bir daha bəyan edib. O, adanın nəinki ABŞ-nin, hətta qlobal təhlükəsizliyin təminatı üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. Yanvarın 14-də Danimarka və Qrenlandiyanın Xarici İşlər nazirləri Lars Lökke Rasmussen və Vivian Motsfeldt ada ətrafındakı vəziyyəti müzakirə etmək üçün Vaşinqtonda ABŞ-nin vitse-prezidenti Cey Di Vens və dövlət katibi Marko Rubio ilə görüşüblər. Görüşdən sonra müsahibə verən xanım Vivian Mosfeldt göz yaşlarını saxlaya bilməyib.
“The New York Times (NYT)” qəzetinin yazdığına görə, bu danışıqlardan sonra Danimarka ABŞ ilə fikir ayrılıqlarının qaldığını açıqlayıb.
Xatırladaq ki, yanvarın 12-də respublikaçı konqresmen Rend Fayn Qrenlandiyanın ilhaqı və ona ştat statusu verilməsi haqqında Konqresə qanun layihəsi təqdim edib.
Fransa, öz növbəsində, Qrenlandiyanın ABŞ tərəfindən ilhaqının qırmızı xəttin keçilməsi kimi qiymətləndiriləcəyi barədə Vaşinqtona xəbərdarlıq ünvanlayıb.
Sahil İsgəndərov
AzVision.az
Bu mövzuda digər xəbərlər:Trampa Qrenlandiyanı satın almaq səlahiyyəti verilir
14 Yanvar 2025 12:09
NATO Qrenlandiyanı müdafiə edəcək Almaniyadan Trampa CAVAB
05 Yanvar 2026 15:49
AB bu şərtlə Qrenlandiyanı Trampa verə bilər
08 Yanvar 2026 12:17
Danimarkadan Trampa cavab: Qrenlandiyanı satın alma, qoşun göndər
13 Yanvar 2025 12:18
Tramp Qrenlandiyanı da almaq istəyir
27 Dekabr 2024 09:48
Baxış sayı:111
Bu xəbər 16 Yanvar 2026 14:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















