Icma.az
close
up
RU
Borc pul verənlərin nəzərinə Mühüm xəbərdarlıq

Borc pul verənlərin nəzərinə Mühüm xəbərdarlıq

Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İnsanlar tez-tez bir-birinə borc pul verirlər. Bu münasibətlər çox vaxt qarşılıqlı etibar əsasında qurulur və əksər hallarda yazılı şəkildə rəsmiləşdirilmir. Lakin sonradan tərəflər arasında mübahisə yarandıqda borc münasibətlərinin düzgün sənədləşdirilməməsi tərəflərin hüquqlarının qorunmasını xeyli çətinləşdirir.

Axar.az xəbər verir ki, bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, praktikada borc münasibətləri ilə bağlı məhkəmə mübahisələrinin əhəmiyyətli hissəsi məhz müqavilənin yazılı şəkildə bağlanmaması və ya borcun verilməsi və qaytarılması ilə bağlı yazılı sübutların olmaması səbəbindən yaranır.

Borc müqaviləsi nə vaxt yazılı formada bağlanmalıdır?

Qanunvericiliyə əsasən, borcun məbləği 3 000 manatdan artıq olduqda, həmçinin borcun məbləğindən asılı olmayaraq müqavilə tərəflərindən biri hüquqi şəxs olduqda borc müqaviləsi mütləq yazılı formada bağlanmalıdır.

Yazılı forma niyə vacibdir?

Yazılı müqavilə tərəflərin iradəsinin aydın ifadə olunmasına imkan verir. Bu zaman borcun məbləği, qaytarılma müddəti, qaytarılma üsulu (birdəfəlik və ya hissə-hissə), eləcə də digər şərtlər dəqiq müəyyən edilir. Bu isə gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınmasına kömək edir, eyni zamanda, tərəfləri gələcəkdə yarana biləcək mübahisələr zamanı ağır sübutetmə yükündən də qoruyur.

Əgər qanunda tələb olunduğu halda müqavilə yazılı formada bağlanmazsa, tərəflər arasındakı münasibət borc münasibəti kimi deyil, əsassız varlanma qaydaları çərçivəsində qiymətləndirilə bilər. Bu isə tərəflər üçün hüquqi baxımdan daha əlverişsiz nəticələrə səbəb ola bilər. Belə ki, əsassız varlanma ilə bağlı tələblər üzrə iddia müddəti iki il təşkil edir. Halbuki borc müqaviləsindən irəli gələn tələblər üzrə üç illik iddia müddəti tətbiq olunur.

Borc müqaviləsi ilə yanaşı, tərəflərin müqavilədən irəli gələn öhdəliklərinin icrasının da müəyyən formada sənədləşdirilməsi vacibdir. Yəni borcverənin pul vəsaitini verməsi və borcalanın borcu qaytarması ilə bağlı hərəkətlər də mümkün qədər yazılı şəkildə təsdiq edilməlidir. Məsələn, bank köçürmələri, qəbzlər, tərəflər arasında aparılmış yazışmalar və digər vasitələrlə.

Əks halda, yəni borc münasibətinin şifahi şəkildə qurulması və pul vəsaitinin heç bir yazılı təsdiq olmadan əlbəəl verilməsi və qaytarılması hallarında tərəflərin bu faktları sübut etməsi çətinləşir və iddia etdikləri halları kifayət qədər mötəbər sübutlarla təsdiq edə bilmədikləri üçün məhkəmələr tərəfindən iddiaları rədd edilir və ya irəli sürülən etirazları qəbul olunmur.

Tövsiyələr

Borc münasibətlərinə daxil olarkən gələcəkdə yarana biləcək hüquqi risklərin qarşısını almaq üçün aşağıdakı məqamlara diqqət yetirilməsi tövsiyə olunur:

- borcun məbləği 3 000 manatdan artıq olduqda mütləq yazılı müqavilə bağlamaq;

- müqavilədə borcun məbləğini, qaytarılma müddətini və ödəniş qaydasını dəqiq göstərmək;

- mümkün olduqda pul vəsaitini bank köçürməsi vasitəsilə vermək;

- borcun verilməsi və qaytarılması zamanı qəbz və ya yazılı təsdiq almaq;

- tərəflər arasında aparılan mesajlaşmaları və digər yazışmaları saxlamaq;

- zəruri hallarda müqavilənin tərtibi üçün peşəkar hüquqi məsləhət almaq.

Borc müqaviləsinin düzgün tərtib olunması və münasibətlərin şəffaf şəkildə rəsmiləşdirilməsi tərəflərin hüquqlarının qorunmasına, gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınmasına və mülki dövriyyədə hüquqi müəyyənliyin təmin olunmasına xidmət edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://axar.az
archiveBu xəbər 01 Aprel 2026 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see356

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see325

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see316

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see316

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see301

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see287

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see283

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see266

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see257

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see248

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see247

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see238

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see228

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see221

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see211

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see198

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see192

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see191

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see183

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri