Icma.az
close
up
RU
Borc verənlərin nəzərinə BUNLARI ETMƏSƏNİZ...

Borc verənlərin nəzərinə BUNLARI ETMƏSƏNİZ...

Azxeber.com portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ali Məhkəmə borc müqaviləsi ilə bağlı məsələyə aydınlıq gətirib.

Məhkəmədən APA-ya verilən məlumata görə, borc münasibətlərinə daxil olarkən nələrə diqqət edilməli olduğu açıqlanıb:

"Gündəlik həyatda insanlar tez-tez bir-birinə borc pul verir. Bu münasibətlər çox vaxt qarşılıqlı etibar əsasında qurulur və əksər hallarda yazılı şəkildə rəsmiləşdirilmir. Lakin sonradan tərəflər arasında mübahisə yarandıqda borc münasibətlərinin düzgün sənədləşdirilməməsi tərəflərin hüquqlarının qorunmasını xeyli çətinləşdirir. Praktikada borc münasibətləri ilə bağlı məhkəmə mübahisələrinin əhəmiyyətli hissəsi məhz müqavilənin yazılı şəkildə bağlanmaması və ya borcun verilməsi və qaytarılması ilə bağlı yazılı sübutların olmaması səbəbindən yaranır".

Bildirilib ki, qanunvericiliyə əsasən, borcun məbləği 3000 manatdan artıq olduqda, həmçinin borcun məbləğindən asılı olmayaraq müqavilə tərəflərindən biri hüquqi şəxs olduqda, borc müqaviləsi mütləq yazılı formada bağlanmalıdır: "Yazılı müqavilə tərəflərin iradəsinin aydın ifadə olunmasına imkan verir. Bu zaman borcun məbləği, qaytarılma müddəti, qaytarılma üsulu (birdəfəlik və ya hissə-hissə), eləcə də digər şərtlər dəqiq müəyyən edilir. Bu isə gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınmasına kömək edir, eyni zamanda tərəfləri gələcəkdə yarana biləcək mübahisələr zamanı ağır sübutetmə yükündən də qoruyur.

Əgər qanunda tələb olunduğu halda müqavilə yazılı formada bağlanmazsa, tərəflər arasındakı münasibət borc münasibəti kimi deyil, əsassız varlanma qaydaları çərçivəsində qiymətləndirilə bilər. Bu isə tərəflər üçün hüquqi baxımdan daha əlverişsiz nəticələrə səbəb ola bilər. Belə ki, əsassız varlanma ilə bağlı tələblər üzrə iddia müddəti iki il təşkil edir. Halbuki borc müqaviləsindən irəli gələn tələblər üzrə üç illik iddia müddəti tətbiq olunur".

Bildirilib ki, borc müqaviləsi ilə yanaşı, tərəflərin müqavilədən irəli gələn öhdəliklərinin icrasının da müəyyən formada sənədləşdirilməsi vacibdir: "Yəni borcverənin pul vəsaitini verməsi və borcalanın borcu qaytarması ilə bağlı hərəkətlər də mümkün qədər yazılı şəkildə təsdiq edilməlidir. Məsələn, bank köçürmələri, qəbzlər, tərəflər arasında aparılmış yazışmalar və digər vasitələrlə.

Əks halda, yəni borc münasibətinin şifahi şəkildə qurulması və pul vəsaitinin heç bir yazılı təsdiq olmadan əlbəəl verilməsi və qaytarılması hallarında tərəflərin bu faktları sübut etməsi çətinləşir və iddia etdikləri halları kifayət qədər mötəbər sübutlarla təsdiq edə bilmədikləri üçün məhkəmələr tərəfindən iddiaları rədd edilir və ya irəli sürülən etirazları qəbul olunmur".

Məhkəmə borc münasibətlərinə daxil olarkən gələcəkdə yarana biləcək hüquqi risklərin qarşısını almaq üçün aşağıdakı məqamlara diqqət yetirilməsi tövsiyə edir:

borcun məbləği 3000 manatdan artıq olduqda mütləq yazılı müqavilə bağlamaq;

müqavilədə borcun məbləğini, qaytarılma müddətini və ödəniş qaydasını dəqiq göstərmək;

mümkün olduqda pul vəsaitini bank köçürməsi vasitəsilə vermək;

borcun verilməsi və qaytarılması zamanı qəbz və ya yazılı təsdiq almaq;

tərəflər arasında aparılan mesajlaşmaları və digər yazışmaları saxlamaq;

zəruri hallarda müqavilənin tərtibi üçün peşəkar hüquqi məsləhət almaq.

"Borc müqaviləsinin düzgün tərtib olunması və münasibətlərin şəffaf şəkildə rəsmiləşdirilməsi tərəflərin hüquqlarının qorunmasına, gələcəkdə yarana biləcək mübahisələrin qarşısının alınmasına və mülki dövriyyədə hüquqi müəyyənliyin təmin olunmasına xidmət edir", məlumatda deyilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 01 Aprel 2026 10:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see273

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see241

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see240

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see234

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see232

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see224

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see223

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see222

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see205

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see202

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see202

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see201

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see201

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see198

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see197

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see196

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see190

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see185

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see178

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri