Icma.az
close
up
RU
Borc üstündə dava: İşlədiyi kafenin sahibinin oğlunu bıçaqladı

Borc üstündə dava: İşlədiyi kafenin sahibinin oğlunu bıçaqladı

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının Xətai rayonunda 21 yaşlı oğlan işlədiyi kafenin sahibinin oğluna xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin iyulun 28-də rayonun Sarayevo küçəsində baş verib. Göyçay rayon sakini, 2004-cü il təvəllüdlü Tural Valeh adlı şəxs tərəfindən icarəyə götürülmüş “Ləzzət” kafesində işləyərkən yaşadığı rayona getmək üçün onun
oğlu Emindən qısa müddət üçün, yəni 2024-cü ilin iyul ayının əvvəllərində 50 manat əvvəlcədən əmək haqqı olaraq alıb. 
Lakin verdiyi sözə əməl etməyərək işə gəlməməsi səbəbindən Emin ilə telefonla danışarkən aralarında mübahisə yaranıb. Buna aydınlıq gətirilməsi üçün vədləşiblər və iyulun 28-də, saat 23:45-də Sarayevo  küçəsi, 12 saylı binanın arxasında görüşüblər. 
Həmin mövzuda mübahisələrini davam etdirilən zaman Emin Turalın hadisə yerinə gəlmiş əmisi oğlunun qulaq nahiyəsindən yumruqla vurub. Bu zaman Tural özündə olan bıçaqla Eminin dörd dəfə qarın-döş nahiyələrinə zərbə yetirib. 
Hadisəni törədən Turalın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Emingilin kafesində günü 15 manata ofisiant işləyib: “Lakin yaşadığım evin kirayə pulunu verə bilmədiyim üçün iş yerimdən 50 manat borc aldım. Növbəti gün rayonda tanışlarımdan vəfat edən oldu. Mən də icazə alaraq rayona getdim. Rayonda olarkən əlimdə stəkanla yıxıldım və əlim kəsildi. Həkim bir müddət işləməməli olduğumu bildirdi. Bu barədə Eminə və orada işləyən inzibatçıya zəng edərək məlumat verdim. Onlara olan borcumu qaytaracağını bildirdim”.
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxtdan 2 gün keçdikdən sonra orada işləyən dostu Türkel zəng vuraraq Emingilin pullarını istədiklərini bildirib: “Mən də Türkelə dedim ki, onlarla özüm danışacam. Daha sonra Eminin əmisi oğlu zəng etdi və pulu tələb etdi. Mən də pulu Emindən aldığımı və ancaq onunla danışacağımı söylədim. Sonra Eminə zəng edərək pulu göndərmək üçün kartını atmasını istədim. Emin məndən nə vaxt işə gələcəyimi soruşdu. Mən daha onlarla işləmək istəmədiyimi bildirdim. Bunu dedikdən sonra Emin məni təhqir etdi və aramızda mübahisə yarandı. Emin məni görüşə çağırdı. Lakin razılaşmadım. Bu zaman telefonu yanında olan kimsə götürərək, mənə qarşı söyüş söydü. Daha sonra təkrar telefonu Emin götürdü və daha ağır söyüş söydü. Bundan sonra görüşməyə razılaşdım. Eminə görüşə tək gəlməsini bildirdim. Lakin həmin vaxt aramızdakı danışıqdan onun tək gəlməyəcəyini hiss etdim. Buna görə görüşə gedərkən özümü qorumaq üçün bıçaq götürdüm. Görüş yerinə çatdıqda Eminin tək olmadığını, ətrafında daha 3 nəfərin olduğunu gördüm. Söhbət etmək üçün kənara çəkilərkən öz əmim oğlu Fariz də oraya gəldi. Orada Eminin əmisi oğlu Tural mənim əmim oğlunu söyərək getməsini istədi. Bu vaxt Emin məni buraxdı və əmim oğlunu vurdu. Mənə də baş verən hadisələrə görə həyəcanlandım və cibimdə olan bıçaqla Emini vurdum. Sonra bloka tərəf qaçdım. Orada olan bir nəfər əlində olan armaturla mənə tərəf gəldi. Həmin şəxs məndə bıçaq olduğunu gördü və dayandı”.
Təqsirləndirilən şəxs bildirdi ki, hadisə onun yaşadığı evin yaxınlığında baş verib: “Əmim oğlu Fariz həmin vaxt evdə olub. Həyətə çıxarkən səs-küy gəldiyini eşidib və hadisə yerinə gəlib. Emin məni tutaraq orada olan qaranlıq yerə apardı. Mən də onun əlindən çıxmağa çalışdım. Lakin Emin məndən həm canlı olduğundan, həm də onlar 4 nəfər olduqlarından bu mümkün olmadı. Əmim oğlu Farizə də şillə və təpik vurublar. Eminə neçə bıçaq vurduğumu tutulduqdan sonra bilmişəm. Emini bıçaqla vurduqdan sonra həyəcanlı olduğum üçün qaçmışam. Emini bıçaqladıqdan sonra onun yanında olan şəxslər üzərimə gəlib. Lakin məndə bıçaq olduğunu gördükdən sonra dayanıblar”. 
İş üzrə zərərçəkmiş Eminin sözlərinə görə, atası ilə birlikdə kafe işlədir: “Günlərin birində tanışım məndən  bir nəfəri işə götürməyimizi xahiş etdi. Həmin vaxt işçiyə ehtiyacımız olduğu üçün razılaşdım. Tural gələrək bir müddət işlədi. Daha sonra bir gün Tural məndən borc pul istədi. Biz də insanlıq naminə ona borc verdik. Bundan sonra Tural yoxa çıxdı. Sonradan onun rayonda olduğunu, orada da əmisinin rəhmətə getdiyini öyrəndim. Onun özüm yox, əmim oğlu Tural ilə əlaqə saxladı. Tural əmim oğluna mənim zəng etməli olduğumu bildirdi. Özüm Turala zəng etdim. O, xəstəxanada olduğunu, axşam gələrək danışacağını bildirdi. Axşam Turala zəng vurdum və əgər gələcəksə onu gözləyəcəyimi dedim. Həmin vaxt mübahisə yarandı. Telefonda Tural mənə “siz elə oğlansınız ki, mən ora gəlim söhbət edim?” deyə söylədi və söyüş söydü. Mən də Turala qarşılıq verərək söyüş söydüm və telefonu söndürdüm”. 
Emin qeyd edib ki, həmin vaxt Tural “votsap” vasitəsilə səs atıb və ”siz belə oğlansınız ki, üzümə otboy verdiniz?” deyib: “Turalın nömrəsini bloka atmaq istədim. Sonradan fikrimi dəyişərək ondan yerini bildirməsini istədim. Tural hazırda Göyçayda olduğunu, lakin şəhərə gələcəyini bildirdi. Bibim oğlu mənimlə danışan zaman bildirdi ki, Tural tək olmayacaq. O, mənə də tək getməməyi məsləhət bildi. Bu zaman niyyətim yalnız gedərək söhbət etmək olub. Bibim oğlu məndən olduğum yeri ona atamağımı xahiş etdi və ayrı maşınla arxamca gələcəyini bildirdi. Mən maşınını saxlayanda bibim oğlunun gəldiyini və maşını harada saxladığını görmədim. Sonra Turalı gördüm. Adamların yuxarıdan baxdıqlarını bildirərək kənarda söhbət etməyi təklif etdim. Tural gözləməyimi, bir azdan gələcəyini söylədi. Bu zaman Turalın mənim  bibim oğlunu gördüyünü düşündüm. Tural öz əmisi oğlunun yanına getdi. Onun əmisi oğlu söyüş söydü, mən də onu itələdim. Həmin vaxt Tural arxamdan sinəmə  bıçaqla vurdu. Daha sonra bədənimdən qan fışqırdığını gördüm, özümü itirdim. Maşına tərəf gedəndə yıxıldım, dizimi yerə qoyanda bibimoğlugil məni maşına mindirdilər və apardılar. Gözlərimi reanimasiyada açdım”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Turalın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 2 il sınaq müddəti olmaqla 3 il 6 ay şərti cəza verilib. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:320
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Sentyabr 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri