Icma.az
close
up
RU
Borca görə ölkədən çıxa bilməyənlər... Milli Məclisdə TƏKLİF

Borca görə ölkədən çıxa bilməyənlər... Milli Məclisdə TƏKLİF

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Borclu fiziki şəxsin, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadı qəbul edildikdən sonra dərhal qüvvəyə minir və qərardaddan şikayətin verilməsi onun icrasını dayandırmır. Qənaətimə görə, burada borclu fiziki və ya hüquqi şəxsin ölkədən getməsinin müvəqqəti məhdudlaşdırılması qanunun tətbiqi baxımından dəqiq əsaslar və prosedurlar tələb edir.

Ölkə az xəbər verir ki, bunu deputat Elçin Mirzəbəyli parlamentdə çıxışı zamanı deyib.

"Belə ki, Mülki Prossesual Məcəllənin 231.3-1-ci maddəsində qeyd olunur ki, “Məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır.

Hesab edək ki, borclu şəxsin məhkəmə qərarından 1 gün sonra ailə üzvlərindən biri ölkədən xaricdə vəfat edib və o doğmasının dəfnində iştirak etmək, yaxud cənazəsini ölkəyə gərimək üçün ölkə xaricinə getməlidir. Bu halda, yəni istisna hal kimi hansı hüquqi prosedurlar və necə həyata keçirilməlidir?

Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsində qanunvericiliyin istisna halları nəzərə alması son dərəcə vacibdir", - o qeyd edib.

Deputat bildirib ki, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsində qanunvericilik istisna halları nəzərə almalı və insanların hüquqlarını, humanitar prinsipləri qorumaq məqsədilə xüsusi hallarda operativ məhkəmə qərarı ilə şəxsin ölkəni tərk etməsinə icazə verilməlidir:

"Bu yanaşma cənab Prezidentin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Sərəncamının mahiyyətinə də tamamilə uyğun gəlir. 

Təqdim etdiyim yanaşmanın qarşılığında 22 aprel 2013-cü il tarixdə Ədliyyə Nazirliyi Kollegiya qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”a istinad oluna bilər. Öncədən qeyd edim ki, bu təlimatda da daha öncə sadaladığım hallar nəzərdə tutulmayıb. Hətta nəzərdə tutulsa da belə,  “İcra haqqında” qanunun 231.4-cü maddəsinə təkif edilən dəyişikliyi olduğu kimi qəbul edəcəyimiz təqdirdə sözügedən təlimatın hüquqi qüvvəsi qalmayacaq".

Mürtəza
Ölkə.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://olke.az
archiveBu xəbər 01 May 2025 19:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri