Icma.az
close
up
RU
Borcluları Qabil Məmmədovla şantaj edən qadının evindən tapılan pullar kimə məxsusdur?

Borcluları Qabil Məmmədovla şantaj edən qadının evindən tapılan pullar kimə məxsusdur?

Moderator.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Almaniyada yaşayan və özünü bloqer kimi təqdim edən Qabil Məmmədov vasitəsilə zərərçəkmişlərə hədə-qorxu gələrək onların pulunu ələ keçirməkdə ittiham olunan Qönçə Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesinin növbəti iclası keçirilib.

Moderator.az Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmir Rüstəmovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin vəkili onun mənzilində aparılan axtarış zamanı müsadirə edilən 15 min manatın müttəhimin qardaşına məxsus olduğunu bildirib.

Buna görə də vəkil Qönçə Məmmədovanın qardaşının da məhkəmədə əlavə şahid kimi ifadə verməsi ilə bağlı vəsatət verib. Məhkəmə vəsatəti təmin edib.

Müttəhimin qardaşı Məmməd Məmmədov şahid kimi ifadəsində vurğulayib ki, bu işdən indiyədək məlumatsız olub.

"Bacım məndən pul istədi ki, ev alacaq, kömək lazımdır. Mən də ona 15 000 manat verdim. Pulu qaytarmadı. Bacım tutulandan sonra bildim ki, pulu evdən götürüblər. Bura da ona görə gəldim ki, bəs mənim pulumu nə vaxt verəcək?"

Məhkəmənin növbəti iclası yanvarın 21-nə təyin edilib.

Xatırladaq ki, 55 yaşlı Qönçə Məmmədova qanunsuz olaraq vətəndaşlara sələm verərək göstərdiyi xidmət qarşılığında müştərilərindən faiz alıb.

Q.Məmmədovanın 13 nəfərə 92 760 min manat pulu sələmə verdiyi məlum olub. O da məlum olub ki, qadın hesabladığı faizlərlə birlikdə borclulardan əlavə 51 675 manat pul alıb. Qadının bu və digər əməllərinin üstü, onun müştərilərindən ikisini şantaj etdikdən sonra açılıb.

İstintaq materiallarında qeyd edilib ki, Q.Məmmədova ondan pul götürən Gülayə Quliyeva və Fəridə Fərzəliyevaya borclarından əlavə pul hesablayıb. Zərərçəkmiş şəxslər sələmçinin tələbləri ilə razılaşmadıqda isə şantaj olunublar.

Təqsirləndirilən şəxs həmcinslərini şantaj etmək üçün maraqlı yola əl atıb. O, zərərçəkmişləri üçüncü şəxs vasitəsilə tanıdığı, hazırda Almaniyada yaşayan bloqer Qabil Məmmədovla hədələyib.

Zərərçəkmiş qadınlar şikayətlərində yazıblar ki, Qönçə Məmmədova onlara "YouTube" və digər sosial şəbəkələrdə Qabil Məmmədov vasitəsilə rüsvay edəcəyini, şərəf və ləyaqətlərini alçaldacağını deyib. Onlar razılaşmadıqda isə özlərinin və qohumlarının sosial şəbəkə hesablarından toplanmış şəkil və videolar Qabilə göndərilib.

Bundan sonra sövdələşməyə əsasən, Qabil özünün sosial şəbəkə üzərindən fəaliyyət göstərən kanalında G.Quliyevanın və xalası qızının şəkillərini paylaşıb, guya onların müxtəlif cinayətlərdə iştirak etdiklərini deyib, onlar haqda rüsvayedici ifadələr işlədib.

Sələmçi qadın digər zərərçəkmişi də eyni cür şantaj edib. Digər zərərçəkmiş F.Fərzəliyevanın şikayətinə görə, Qönçə Qabili xalası oğlu kimi təqdim edib. Deyib ki, əvvəl G.Quliyeva adlı müştəri də onun dediklərinə əməl etməyib, bu səbəbdən Qabil vasitəsilə onu rüsvay edib. F.Fərzəliyeva Qabilin nalayiq sözlərindən qorxduğu üçün sələmçi qadınla razılaşmağa çalışıb. Lakin sonradan qanunsuz tələblərindən bezərək prokurorluğa şikayət etmək qərarına gəlib.

Cinayət işinin istintaqı Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılıb. İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qönçə Məmmədova özünü qismən təqsirli hesab edib. O, ilkin ifadəsində zərərçəkmişlərin ona olan borcunu qaytarmadıqlarını deyib. G.Quliyeva haqda məlumatları da Qabilə göndərib ki, bu yolla onlara təsir etsin. Dediyinə görə, daha əvvəl G.Quliyeva barədə polisə şikayət edib. O, Qabil Məmmədovun xalası oğlu olmadığını, onunla digər şəxs vasitəsilə tanış olduğunu bildirib.

Bu işlə bağlı Qönçə Məmmədova ilə birgə Qabil Məmmədov da cinayət məsuliyyətinə cəlb edilib. Lakin o, ölkə hüdudlarından kənarda olduğu üçün ona ittiham elan edilməyib.

Bloqerin Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə başlanmış cinayət işi ayrıca icraata götürülüb.

Qönçə Məmmədovaya isə 182-ci maddə ilə yanaşı 192-ci (qanunsuz sahibkarlıq) maddəsi ilə də ittiham elan edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:263
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Yanvar 2026 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri