Icma.az
close
up
RU
Çempionluq intriqası “Der Klassiker”də məhv oldu

Çempionluq intriqası “Der Klassiker”də məhv oldu

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Tur “Auqsburq”un “Köln”ü iki cavabsız qolla yenməsi ilə start götürdü. Bavariyalılar son 6-cı turda 5-ci qələbəni bayram etdi.

"Football-plus.az" xəbər verir ki, növbəti oyun gününün ilk qarşılaşmaları məhsuldar keçmədi.
Günün və turun əsas sürprizi Zinshaymda qeydə alındı. 3-cü pillədə qərarlaşan “Hoffenhaym” elitada qalmaq uğrunda çarpışan “Sankt Pauli” ilə ev matçında həm qola, həm də xala həsrət qaldı. Halbuki “kəndçilər” oktyabrın əvvəllərindən bəri evdə uduzmamışdılar. Hamburqlular isə buna qədər mövsümdə yeganə səfər qələbəsini avqustun sonlarında qazanmışdı. Evdə “Union”un müqavimətini son saniyələrdə penaltidən vurduğu qolla qıran Münhenqladbax “Borussiya”sı 7 turluq qələbəsiz seriyaya son qoydu.
“Verder” də, nəhayət, fanatlarını sevindirdi. “Haydenhaym”ı 2 cavabsız qolla yenən “musiqiçilər” noyabrın əvvəllərindən bəri ilk dəfə qalib gəldilər. Qələbəsiz seriya 14-cü oyunda qırıldı. “Bayer-04” ÇL-də 1/8 finala yüksəlməsinə baxmayaraq, bundesliqada xalları sağa-sola paylamaqda davam edir. Bu dəfə Leverkuzen klubu “Maynts-05”lə qarşılaşmada son anlarda məğlubiyyətdən qurtuldu. “Aspirinlər” “ÇL zonası”ndan 6 xal geridə olsalar da, komandanın ehtiyatda bir oyunu var.
Bu tur Almaniyada bütün diqqətlər “Der Klassiker”ə yönəlmişdi. Oyunun Dortmundda keçirilməsinə baxmayaraq, bukmekerlər “Bavariya”nı aşkar favorit sayırdılar. Münhen nəhəngi böyük çətinliklə də olsa, bu statusu doğrulda bildi. Hətta fasiləyə öndə yollanmaq da “Borussiya”ya xal qazanmağa yardım etmədi. 2-ci hissədə Keynin dubluna Svensson cavab versə də, yekun nəticəni Kimmix müəyyənləşdirdi. “Arılar”ın bundesliqada evdə “rekordmayster”ə qarşı qələbəsiz seriyası 7 oyuna çatdı (2 heç-heçə, 5 məğlubiyyət). Komanda çempionatda əzəli rəqibini “sarı divar” önündə sonuncu dəfə 2018-də məğlub edib. Mövsümdə ikinci dəfə uduzan “Borussiya”nın bundesliqada 16 oyunluq məğlubiyyətsiz seriyası qırıldı. “Sarı-qaralar” ilk məğlubiyyəti də “Der Klassiker”də yaşamışdı. Bu nəticə ilə zirvədə xal fərqi 11-ə yüksəldi və çempionluq intriqası birdəfəlik məhv oldu.
Qalan həftələr üçün maraq doğuran məqamlar “Bavariya”nın yeniləyəcəyi rekordlar və çempionluğun hansı turda rəsmiləşəcəyidi.
Bazar günü keçirilən oyunlar favoritlər üçün uğurlu alındı. “Ştutqart” “Volfsburq”u “kötəkləməklə” xal hesabında “Hoffenhaym”a çatdı. Albert Riera “Ayntraxt”ı yavaş-yavaş dirçəldir. Komanda evdə ardıcıl 2-ci oyunda qol buraxmadan qalib gəldi. Evdə “Leyptsiq”ə uduzan debütant “Hamburq”un isə 6 oyunluq məğlubiyyətsiz seriyası qırıldı.
24-cü tur
Borussiya D – Bavariya 2:3

Şlotterbek, 26. Svensson, 83 – Keyn, 54; 70-p. Kimmix, 87. (81365)
Borussiya: Kobel, Kouto, Əmrə Can (Bensebayni, 45+5), Anton, Şlotterbek, Svensson, Zabitser, Nmeça (Bellingem, 75), Adeyemi (Brandt, 75), Bayer (İnasio, 75), F.Silva (Girassi, 67).
Bavariya: Urbiq, Stanişiç, Upamekano, Ta, Laymer (Bişof, 90), Kimmix (Qoretska, 90+2), Pavloviç, Olise (Kim Min Ce, 90+2), Qnabri (Musiala, 62), Dias, Keyn.
Bayer-04 – Maynts-05 1:1
Kuansa, 88 – Bekker, 67. (30210)
Bayer-04: Blasvix, Artur (Tape, 46), Kuansa, Andrix, Tapsoba, Qrimaldo, Palasios (A.Qarsiya, 82), Fernandes (Kofane, 72), Hofmann (Maza, 59), Poku (Terrye, 59), Şik.
Ayntraxt F – Frayburq 2:0
Çaibi, 64. Bahoya, 81. (59500)
Ayntraxt: K.Santos (Setterer, 5), Kollinz, Amenda, Kox, Braun, Larsson (Skiri, 77), Höylunn (Çaibi, 64), Götse (Doan, 63), Kalimuendo, Bahoya, Burkardt (Amaimuni, 77).
Ştutqart – Volfsburq 4:0
Dəniz Undav, 21. Levelinq, 30; 42. Narti, 90+5. (60000)
Ştutqart: Nübel, Levelinq (Assinyon, 77), Yeltş, Jak (Əl-Daxil, 68), Hendriks, Fürix (Tomas, 88), Ştiller, A.Karazor, Əl-Xannus (Arevalo, 88), Demiroviç, Dəniz Undav (Narti, 77).
Hamburq – Leyptsiq 1:2
Vieyra, 22 – Romulo, 36. Diomande, 50-p. (57000)
Leyptsiq: Vandervoordt, Baku, Orban, Lukeba, Raum, Zayvald, Baumqartner, Qruda (Qomis, 72), Diomande (Henrixs, 90+1), Nusa (Banzuzi, 72), Romulo (Harder, 90+5).
Hoffenhaym – Sankt Pauli 0:1
Pereyra Laje, 45+4. (27786)
Borussiya M – Union 1:0
Diks, 90+4-p. (52488)
Verder – Haydenhaym 2:0
Miloşeviç, 57. Berens, 90+7-öz qapısına. (40000)
Auqsburq – Köln 2:0
Ribeyro, 55. Klod-Moris, 90+5. (30660)
1. Bavariya 24 20 3 1 88-23 63
2. Borussiya D 24 15 7 2 51-25 52
3. Hoffenhaym 24 14 4 6 49-31 46
4. Ştutqart 24 14 4 6 48-32 46
5. Leyptsiq 24 13 5 6 46-33 44
6. Bayer-04 23 12 4 7 44-29 40
7. Ayntraxt F 24 9 7 8 48-49 34
8. Frayburq 24 9 6 9 34-39 33
9. Auqsburq 24 9 4 11 30-41 31
10. Union 24 7 7 10 29-38 28
11. Hamburq 23 6 8 9 26-34 26
12. Borussiya M 24 6 7 11 27-39 25
13. Köln 24 6 6 12 33-41 24
14. Maynts-05 24 5 8 11 27-39 23
15. Sankt Pauli 24 6 5 13 23-40 23
16. Verder 24 5 7 12 25-44 22
17. Volfsburq 24 5 5 14 33-53 20
18. Haydenhaym 24 3 5 16 22-53 14
Bombardirlər: Keyn (Bavariya) – 30, Dəniz Undav (Ştutqart) – 14, Dias (Bavariya) – 13, Girassi (Borussiya D), Tabakoviç (Borussiya M) – 11.
Turun rəqəmi
4 – “Bavariya”nın qol maşını Keyn dayanmaq bilmir. “Der Klassiker”də biri penaltidən olmaqla iki qol vuran İngiltərə yığmasının kapitanı ardıcıl 4-cü turda dubl etdi. O, turnirin tarixində ardıcıl 4 oyunda ən azı iki qol vuran 3-cü futbolçuya çevrildi. Maraqlıdı ki, belə göstərici heç Herd Müllər ilə Robert Levandovski kimi bundesliqanın “əjdahalarında” da olmayıb. Daha öncə bunu yalnız 1967-də Dortmund “Borussiya”sının üzvü Lotar Emmerix və 2001-də “Volfsburq”lu Tomislav Mariç bacarıb. Keyn cari “futbol ili”ndə “Bavariya”da 37 rəsmi oyuna 45 qol vurub və Almaniya karyerasında ən məhsuldar mövsümünü keçirir!
Turun ulduzu
Ceymi Levelinq (Ştutqart) – 25 yaşlı futbolçu komandasının bu tur “Volfsburq” üzərində qazandığı parlaq qələbəyə iki qolla töhfə verdi. Levelinq ilk 15 turda cəmi bir dəfə fərqlənmişdisə, bu təqvim ilində onun ayağı açılıb. Ümumiyyətlə, şvabiyalılarla bağlı bir məqam diqqəti cəlb edir. Həm Dəniz Undav, həm də Levelinq 2026-cı ildə bundesliqada hərəyə ən azı 6 qol vurub. Hazırda “böyük beşlik”də bu təqvim ilində çempionatda iki fərqi futbolçusu 6 qol həddinə çatan başqa klub yoxdu!
Turun sitatı
Niko Kovaç, Dortmund “Borussiya”sının baş məşqçisi:

“Berqamoda yaşananlardan sonra bu gün komandam xarakter nümayiş etdirdi və ən xoş sözlərə layiqdi. “Bavariya”lı futbolçuların ustalıq səviyyəsinin yüksək olması, yekun nəticəni müəyyənləşdirdi. Onların birinci qoldakı hücumuna nəzər salmaq kifayətdi. Həmin hücumda inanılmaz səviyyə nümayiş etdirdilər. Bəlkə də bəxt bir balaca üzümüzə gülsəydi, xal qazana bilərdik. Hər şeyə rəğmən bu cür rəqibə ciddi problemlər yaradan “Borussiya” da alqışalayiq futbol sərgilədi”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 07 Mart 2026 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see460

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see345

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see291

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see287

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see258

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see243

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see240

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see236

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see230

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see230

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see223

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see221

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see220

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see218

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see211

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see202

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see199

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see186

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see185

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri