Icma.az
close
up
RU
“Bavariya” və “Borussiya” “Der Klassiker” ərəfəsində büdrəmədi

“Bavariya” və “Borussiya” “Der Klassiker” ərəfəsində büdrəmədi

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Turun açılış oyununda “Maynts-05” Dortmunda səfər etmişdi. Urs Fişerin təyinatından sonra inanılmaz yüksəlişə keçən, 8 oyunun yalnız birində uduzan “karnavalçılar” gözlənilmədən “Borussiya” önündə pərən-pərən düşdü. Əla formada olan, bundesliqada qələbə seriyası 6, məğlubiyyətsiz seriyası 15 oyuna yüksələn “Borussiya”nın növbəti tur “Der Klassiker”dəki performansını səbirsizliklə gözləməyə dəyər.

"Football-plus.az" xəbər verir ki, favoritlər ümidləri doğrultdu. “Bavariya”, gözlənildiyi kimi, Bremendə ciddi müqavimətlə üzləşməyərək artıq fasiləyə qədər bütün suallara aydınlıq gətirdi. Münhen nəhəngi bundesliqada ardıcıl 2-ci, mövsümdə isə 14-cü böyükhesablı qələbəsini qazandı.
Məhsuldarlıq baxımından az qala hər tur yeni rekord müəyyənləşdirən “rekordmayster” 22-ci turu 82 qolla tamamalamaqla yenə adını tarixə yazdırdı. “Sankt Pauli” iki həftə öncə kubok matçında olduğu kimi yenə Leverkuzen səfərində böyük hesabla uduzdu. Yeganə fərq ondadı ki, hamburqlular həmin vaxt 3 cavabsız top buraxmışdılarsa, bu dəfə 4 cavabsız qol buraxdılar. “Bayer-04”ün heyətində iki mərkəz müdafiəçisinin – Kuansa ilə Tapsobanın qol vurması diqqəti çəkdi. Əla mövsüm keçirən və qarşısına ÇL-ə vəsiqə qazanmaq hədəfi qoyan “Hoffenhaym” növbəti parlaq qələbəsini qazandı. Zədədən qayıdandan sonra yavaş-yavaş əvvəlki formasını bərpa edən və mövsümdə 3-cü qolunu vuran türkiyəli mərkəz müdafiəçisi Ozan Kabakın artıq martda yığmaya dönəcəyi gözlənilir. Debütant “Hamburq” “Union”u evə əliboş yola salmaqla ardıcıl 2-ci qələbəsini qazandı. “Dinozavrlar”ın, ümumiyyətlə, son 5 turda məğlubiyyəti yoxdu.
Albert Rieranın “Ayntraxt”a gəlişi hələ ki özünü doğruldur. Ötən tur 4 oyunluq məğlubiyyət seriyasına son qoyan Frankfurt klubu bu dəfə evdə Münhenqladbax “Borussiya”sını darmadağın etməklə, nəhayət, fanatlarını sevindirdi. Bu, “Ayntraxt”ın son iki ayda ilk qələbəsidi! Komanda son qələbəsini dekabrın 13-də evdə “Auqsburq”la oyunda əldə etmişdi (1:0). “Ştutqart” “Köln”ün müqavimətini son 10 dəqiqədə vurduğu qollarla qırdı. “Keçilər”in oktyabrın əvvəllərindən bəri səfərdə qələbəsi yoxdu.
Bazar günü “Haydenhaym”ı yenən “Auqsburq”un evdəki məğlubiyyətsiz seriyası 7 oyuna yüksəldi. Tura Leyptsiqdə yekun vuruldu. Ötən həftə kubokda “Bavariya”ya uduzmaqla mübarizəni dayandıran “Leyptsiq” “Volfsburq”la ev oyununda 1 xala şükür etməli oldu. “Öküzlər”in son vaxtlar evdə nəticələri ürəkaçan deyil. Komanda bundesliqada son 5 ev oyununun yalnız birində qalib gəlib.
22-ci tur
Verder – Bavariya 0:3

Keyn, 22-p.; 25. Qoretska, 70. (42100)
Bavariya: Noyer (Urbiq, 46), Laymer, Kim Min Ce, Ta, Stanişiç (Devis, 69), Qoretska, Kimmix (Bişof, 76), Karl, Qnabri (Musiala, 69), Dias, Keyn (Cekson, 86).
Borussiya D – Maynts-05 4:0
Girassi, 10; 42. Bayer, 15. Bensebayni, 84. (81365)
Borussiya: Kobel, Ryuyerson, Zyule (Reccyani, 46), Anton, Bensebayni, Svensson, Bellingem, Nmeça (Zabitser, 74), Bayer (Fabio Silva, 61), Brandt (Çukvuemeka, 61), Girassi (Adeyemi, 74).
Bayer-04 – Sankt Pauli 4:0
Kuansa, 13. Şik, 14. Tapsoba, 52. Poku, 78. (30210)
Bayer-04: Blasvix, Vaskes (Artur, 59), Kuansa, Andrix, Tapsoba, Qrimaldo (Hofmann, 72), A.Qarsiya, Palasios (Terrye, 80), Maza (Tillman, 46), Poku, Şik (Kofane, 59).
Ayntraxt F – Borussiya M 3:0
Braun, 24. Amaimuni, 34. Knauff, 75. (59500)
Ayntraxt: Santos, Doan, Kristensen (Kollins, 46), Amenda, Kox, Braun, Larsson (Skiri, 79), Götse (Knauff, 70), Amaimuni (Arrhov, 79), Bahoya, Kalimuendo (Mahmu Dahud, 17).
Leyptsiq – Volfsburq 2:2
Diomande, 70. Qruda, 89 – Amura, 52. Svanberq, 78. (35787)
Leyptsiq: Qulaçi (Vandervoordt, 29), Henrixs (Baku, 63), Orban, Zayvald (Likeba, 82), Finkqrafe, Şlager, Baumqartner, Qruda, Diomande, Nusa (Bakayoko, 82), Harder (Romulo, 63).
Ştutqart – Köln 3:1
Demiroviç, 15; 84. Dəniz Undav, 90+2 – Axe, 79. (60000)
Ştutqart: Nübel, Assinyon (Vaqnoman, 77), Yeltş, Şabo, Mittelştadt (Hendriks, 77), A.Karazor, Andres (Ştiller, 83), Levelinq (Tomas, 84), Dəniz Undav, Fürix (Əl-Xannus, 70), Demiroviç.
Hoffеnhaym – Frayburq 3:0
Asllani, 46. Ozan Kabak, 51. Jandre, 90+5. (22679)
Hamburq – Union 3:2
Keniqsdorffer, 35; 82. Kapaldo, 45+2 – Kverfeld, 28-p. İliç, 89. (57000)
Auqsburq – Haydenhaym 1:0
Klod-Moris, 80. (30107)
1. Bavariya 22 18 3 1 82-19 63
2. Borussiya D 22 15 6 1 47-20 51
3. Hoffenhaym 22 14 3 5 47-28 45
4. Ştutqart 22 13 3 6 41-29 42
5. Leyptsiq 22 12 4 6 42-30 40
6. Bayer-04 21 12 3 6 43-27 39
7. Ayntraxt F 22 8 7 7 44-46 31
8. Frayburq 22 8 6 8 32-36 30
9. Hamburq 21 6 7 8 24-31 25
10. Union 22 6 7 9 28-37 25
11. Auqsburq 22 7 4 11 25-39 25
12. Köln 22 6 5 11 31-37 23
13. Borussiya M 22 5 7 10 25-37 22
14. Maynts-05 22 5 6 11 25-37 21
15. Volfsburq 22 5 5 12 31-46 20
16. Verder 22 4 7 11 22-42 19
17. Sankt Pauli 22 4 5 13 20-39 17
18. Haydenhaym 22 3 4 15 19-48 13
Bombardirlər: Keyn (Bavariya) – 26, Dias (Bavariya) – 13, Dəniz Undav (Ştutqart) – 12, Girassi (Borussiya D) – 11.
Növbəti turun oyunları fevralın 20-22-si aralığında keçiriləcək: Frayburq – Borussiya M, Union – Bayеr-04, Volfsburq – Auqsburq, Bavariya – Ayntraxt F, Haydenhaym – Ştutqart, Leyptsiq – Borussiya D, Sankt Pauli – Verder, Maynts-05 – Hamburq, Köln – Hoffеnhaym.
Turun rəqəmi
500 – qoldan doymayan Harri Keyn Bremendə dubl etməklə karyerasında daha bir mühüm uğura nail oldu. Belə ki, ünlü forvard peşəkar karyerasında vurduğu qolların sayını 500-ə çatdırdı! Maraqlıdı ki, Keyn bunlardan 100-nü penaltidən vurub.
Turun ulduzu
Yulian Ryuyerson (Borussiya D) – “Maynts-05”lə oyun norveçli cinah müdafiəçisinin benefisinə çevrildi. Ryuyerson bütün qollarda yaxından iştirak edərək hesabına 4 məhsuldar ötürmə yazdı. Son 20 ildə bundesliqada bunu yalnız dörd futbolçu bacarmışdı. Bu müddətdə “Borussiya”nın heyətində isə bunu yalnız bir futbolçu – ötən il Paskal Qross bacarmışdı. Özü də Ryuyerson ilk 3 məhsuldar ötürməni birinci hissəyə sığışdırdı ki, XXI əsrdə “arılar”ın heç bir futbolçusu belə performans sərgiləməmişdi! Ryuyerson özü isə buna qədər bundesliqada bir oyunda maksimum bir qolun vurulmasında yaxından iştirak etmişdi.
Turun sitatı
Vensan Kompani, “Bavariya”nın baş məşqçisi:

“Bu gün ideala yaxın futbol oynadıq. “Bavariya” həmişə məhz belə oynamalıdı. Belə oynasaq, bir çox şey qazana bilərik. Keyn Levandovskinin 41 qolluq rekordunu qıra bilərmi? Düşünürəm ki, onun üçün çempionluq bu rekorddan daha önəmlidi. Hərçənd ola bilər ki, yanılıram. Çünki mən müdafiəçi olmuşam, o isə forvarddı. Hər halda o, Harri Keyndi və həmişə qol vurmağa davam edəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 20 Fevral 2026 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri