“Qarabağ” Əmrə Candan imtina edib Borussiya onu Koxalski ilə dəyişmək istəyir
Icma.az, Sportal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dortmund “Borussiya”sı Mateuş Koxalskini transfer etmək istəyində israrlıdır. Almanlar polşalı qolkiperi “Qarabağ”dan qoparmaq üçün müxtəlif variantlara əl atır.
Sportal.az "Futbolinfo.az"a istinadən xəbər verir ki, Bundesliqa klubu “Qarabağ”a qış fasiləsində rəsmi təklif göndərmək niyyətindədir. Amma dortmundluların alternativ variantı da var. Onlar Koxalskinn əvəzinə başqa bir futbolçunu qarşı tərəfə göndərmək istəyir. Belə ki, “Borussiya”nın əsas heyətində yerini itirən Əmrə Can Ağdam klubuna təklif olunub.
Almaniya millisinin sabiq kapitanının müqaviləsi cari mövsümün sonunda başa çatır. 31 yaşlı dayaq yarımmüdafiəçisi ilə “Qalatasaray” və “Başakşəhər” də maraqlanır. Oyunçu özü də Türkiyəyə yollanmaq istəyir, lakin “Borussiya” onu qışda “Qarabağ”a göndərmək niyyətindədir.
Amma ağdamlılar “Bayern”, “Bayer”, “Liverpul” və “Yuventus”da oynamış, 2020-ci ilin yanvarından “arılar”ın şərəfini qoruyan təcrübəli oyunçunun xdmətində maraqlı deyil. İmtinanın səbəbi oyunçunun yaşı və yüksək maaş tələbidir. “Qarabağ” illik 1,5-2 milyon avro istəyən oyunçudansa daha gənc legioner gətirməyə üstünlük verəcək.
Ən əsası “Qarabağ” Koxalski ilə vidalaşmaq istəmir. Klub rəhbərliyi yalnız yüksək transfer haqqı ödəniləcəyi təqdirdə qolkiperi satmağa razıdır. “Borussiya” isə qapıçıya görə tələb olunan 3 milyon avronu ödəməkdə maraqlı deyil.
Danışıqların qış fasiləsi zamamı davam edəcəyi gözlənilir.
saytlarin hazirlanmasi Bu mövzuda digər xəbərlər:
Bu mövzuda digər xəbərlər: Baxış sayı:81
Baxış sayı:81 Bu xəbər 31 Oktyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir
Bu xəbər 31 Oktyabr 2025 11:56 mənbədən arxivləşdirilmişdir



 Daxil ol
Daxil ol
 Xəbərlər
Xəbərlər Hava
Hava Maqnit qasırğaları
Maqnit qasırğaları Namaz təqvimi
Namaz təqvimi Qiymətli metallar
Qiymətli metallar Valyuta konvertoru
Valyuta konvertoru Kredit Kalkulyatoru
Kredit Kalkulyatoru Kriptovalyuta
Kriptovalyuta Bürclər
Bürclər Sual - Cavab
Sual - Cavab İnternet sürətini yoxla
İnternet sürətini yoxla Azərbaycan Radiosu
Azərbaycan Radiosu Azərbaycan televiziyası
Azərbaycan televiziyası Haqqımızda
Haqqımızda 
 
 
 
 TDSMedia © 2025 Bütün hüquqlar qorunur
TDSMedia © 2025 Bütün hüquqlar qorunur
 







 Günün ən çox oxunanları
Günün ən çox oxunanları



















