Icma.az
close
up
RU
Hanı ev? Rəvan Cavid yazır

Hanı ev? Rəvan Cavid yazır

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Rəvan CAVİD

"Özümüzü axtara-axtara bu ömürdə itkin düşüb gedəcəyik başqa ömrə..." - şərqli bir rahibin fikridir. Özünü tapmaq, ya da tapmamaq, bütün məsələ əslində axtarışın özündə imiş, rahiblər də çox sonralar anladılar. Tez-tez eşitdiyim bir sualla başlamaq istəyirəm: "Doğulduğun yerə aidsən, yoxsa doyduğun?" Kəndimizə gedəndə üç gündən artıq qala bilmirəm. Sosial həyat yoxdur, söhbət edəcəyim adamlar yoxdur, vaxtımı sərf edəcəyim heç nə yoxdur... yoxdur... və yoxdur. Bəs nə var? Həyatı bütün şərtlərdə qucaqlayan, hər şeyə ümid edən, bildiklərindən artığını öyrənmək istəməyən bir ovuc xoşbəxt insan. Torpaq, ağaclar, xırda marketlər, çayxanalar və bütün bunlara sahib olduqları üçün özlərini bəxtəvər hiss edən adamlar. Bu mənzərə birinci gün maraqlı gəlir, ikinci gün onları kəşf etməyə həvəsli olursan, üçüncü gün hər şey rəngini itirməyə başlayır və dördüncü gün özünü tək hiss etməyə başlayırsan. Bu mövzuda böyüklərə şikayətlənəndə həmişə deyirlər ki, böyüdükcə buraların qədrini biləcəksən.

O yaş hansı yaşdı, bilmirəm. Nə vaxt torpaq məni özünə çəkəcək, onu da bilmirəm. Hələ ki olduğum yerləri sürətlə dəyişmək istəyən, xoşbəxt yox, rahat olacağım yerləri axtaran birinin yaşındayam. Heç bir yer içimdəki boşluğu doldura bilmir. Nə kənd, nə paytaxt şəhər, nə də indi küçələrini əzbərləyib bitirdiyim bu balaca sahil qəsəbəsi. Hələ də axtarışdayam. Aid olduğum yerlər, elə bilirəm ki, məndən çox uzaqda qalıb. Yəni hələ oralara tərəf getməliyəm. Arxama baxanda daha çox şey görürəm.

On yeddi ilin hənirini hələ də özündə saxlayan quru, tozlu bir kənd, gəncliyimin ehtirasını, cığallığını küçələrinə sındırmış liman şəhəri və hər şeyi təzədən başlamaq üçün gəldiyim, amma heç nəyi dəyişə bilmədiyim balaca şəhər. İrəlidə isə hər şey məchuldu. Növbəti dayanacağın hələ anonsu verilməyib. Əmin olduğum həqiqət isə odur ki, buraya da aid deyiləm. Böyüklər deyirlər ki, axırda doğulduğun yerə, həmin o evə aid olduğunu anlayacaqsan.

"Ev sənin doğulduğun yer deyil, bütün qaçış cəhdlərinin bitdiyi yerdir" - Nəcip Məhfuz yazır. Hələ də aidlik hissinin mahiyyətinə tam hakim ola bilməsəm də, məhz bu iki sözü - ev və aidlik hissini bir az yozmağa çalışacam.

Ev bir yer deyil, bir hissdir: aidiyyət hissi, deyilənə görə... Mən bu hissi kəşf edə bilmirəm. Onların dediyi isə xarici aləmə aidlik hiss etməmək kimi görünsə də, bəzən insanın özündən uzaqlaşması, xarici aləmə aid olmamasına çevrilir. Yəni fərdiyyətçiliyə. Mənə elə gəlir ki, harada olmalarından asılı olmayaraq, özlərini heç bir yerə aid etmədiklərini deyənlər özlərinə yad ola bilərlər. Çünki özünü tanımayanlar hara aid olduqlarını görə bilmirlər. Əslində, bu hiss o həddə çatır ki, aidiyyəti hiss etmək istəyi başqasına çevrilir və onu digərindən asılı vəziyyətə salır. "Mən boşam və içimdəki boşluğu kiminləsə doldurmaq istəyirəm..." Özümü tanımadığım üçün bu solaxay hiss bəzən bütün bədənimi yay bürküsü kimi yorur.

Aidiyyət hissi özünütanıma prosesinin nəticəsidir. Mütəsəvviflərə görə ki, məkan da, zaman da bizim içimizdədir. Öncə içimizdə baş verənləri kəşf etməliyik ki, həmin "evin" tərifini də özümüz üçün müəyyən edə bilək. Özünüzü tanımaq üçün çəkindiyiniz və etmədiyiniz və ya çox etdiyiniz, lakin sizin üçün yaxşı olmayan davranış və düşüncələrə nəzər salın. Çünki bu nümunələr bəzən bizə öyrədilən şeylərin qədim bir əzbərdən başqa heç nə olmadığını sübut edir. Qədim bir korluqdu bu. Oğuz Atayın "Tutunamayanlar" romanında insanın özünə qarşı korluğu belə təsvir edilir: "Yatağımın qarşısında pəncərə var. Otağın divarları boşdur. On il bu evdə necə yaşadım? Bir gün divardan şəkil asmaq istəmədimmi? Mən nə etdim? Heç kim mənə xəbərdarlıq etmədi. Sonda mənasız bir insan oldum. Bu, mənim sonumdur. Pis şəkil asmaqdan qorxduğum üçün heç vaxt şəkil asmadım. Axı mən heç vaxt pis yaşamaq qorxusu ilə yaşamamışam".

Natamam və ya qüsurlu olmaq heç də mövcud olmamağı tələb etmir. Əgər belə olsaydı, heç birimiz mövcud olmazdıq. Əgər o şəkli asmaq istəyirsənsə, hətta pis olsa belə, bunu etməyə çalış. "Pis" deyilən şey əsasən seçici korluqdur. Əksəriyyət tərəfindən qəbul edilən subyektiv dəyərlər belə real olmaya bilər. Ona görə də insan heç olmasa özünün hiss etdiyi kimi yaşamağa çalışmalıdır. Bilirəm, bir az şəxsi inkişaf kitablarındakı sicilləmələrə bənzədi, amma hərdən onlar da yaxşı nələrsə deyir: xarab saat misalı.

Yalom "Nitsşe ağlayanda" kitabında yazır: "Yaşadığınız müddətdə yaşayın. İnsan doğru zamanda yaşamırsa, heç vaxt doğru zamanda ölə bilməz..."

Doğru zamanda, doğru yerdə ölmək... Qəribə ifadədir. Kənddəki adamlar mənə deyirdilər ki, doğru yer elə evindir. Bəs doğru zamanı, həmin o final saatını haradan bilməliyik? "Ölməyə vətən yaxşı?!" Yox, əvvəlcə özünü tapmağa vətən yaxşı. Vətən - yəni evimiz, yəni içimiz, yəni əvvəl-axır qayıdacağımız yer.

Bunlar haqqında hər gün düşünə bilmirəm. Bir az yaşımın verdiyi məsuliyyətsizlik haqqıdır bu. Yaşamağı iliklərimə qədər hiss etmək istəyirəm. Pandemiya, müharibələr, sosial-ictimai məsələlər, iqtisadiyyat və bizim dəyişə bilmədiyimiz onlarca şey gəncliyimizin böyük bir hissəsini alıb aparanda "ev haradı, boşluğu kim doldurur" suallarına cavab axtarmırıq. Çabalamadan bataqlıqdan çıxmağın yolunu tapmağa çalışırıq. Təbii ki, bir gün gözümüzü açanda hər şeyə, hər kəsə gecikməyək deyə.

O ki qaldı doyduğumuz yerə... Marksist bir ifadədir: yeni dünyada doyduğumuz yerlər bizi xoşbəxt edəcək yerlər deyil. Və bu yerlər aid olacağımız yerlər heç deyil. Doyduğumuz yer həm də yorulduğumuz yerdir çünki. Kapitalizmin və sənayeləşmənin dəmir çarxları arasında on bir ay əzilib, on ikinci ay tətil planı qurub aidlik hissinə çatmaq, onu yaşamaq mümkünsüzdür, əlbəttə. Aidlik, bir gün doyduğun yerin mahiyyətinə varmaq, onu rədd etməklə başa gələcək yəqin. Nə vaxt, harada? Bilmirik!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Dekabr 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see354

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see229

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see226

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see222

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see220

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see220

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see215

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see210

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see209

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see206

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see191

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see188

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see188

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see187

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see186

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see185

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see183

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see182

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see177

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri