Icma.az
close
up
RU
Boşananda kimə daha çox əmlak düşür? Evdən geyimə qədər...

Boşananda kimə daha çox əmlak düşür? Evdən geyimə qədər...

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Boşanma zamanı əmlakların tərəflər arasında bölünməsi bir çox halda mübahisələrlə müşahidə olunur. Hesab edilir ki, istər daşınar, istərsə də daşınmaz əmlak kimin vəsaiti ilə alınıbsa və ya mülkiyyət hüququ kimdədirsə, əmlak da ona aiddir. Ən əsası isə tərəflər daha çox əmlaka sahiblənməyə çalışırlar.

Bəs qanunla boşanma zamanı əmlak ər və arvad arasında necə bölünür? 

“Qafqazinfo” xəbər verir ki, qanunvericiliyə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah müqaviləsində və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinə görə, buraya onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) aiddir.

Həmçinin ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər və digərləri əmlakın ər-arvaddan kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə əldə olunan birgə əmlaka daxildir.

Nikah dövründə üzrlü səbəblərdən (ev təsərrüfatının idarə olunması, uşağa qulluq və s.) qazancı olmayan ər və ya arvad da ümumi əmlak üzərində hüquqa malikdir.

Nikaha daxil olanadək onlara məxsus olan əmlak, eyni zamanda nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında əldə olunan əmlak isə ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir. Mülki Məcəlləyə görə, belə əmlaklar o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi və ya şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və s.) müəyyənləşdirilsin. Əgər nikah müqaviləsi və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.

Bundan başqa, zinət əşyaları istisna olmaqla, fərdi istifadə əyşaları (geyim, ayaqqabı və s.) evlilik zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsindədirsə, ona aiddir.

Ər-arvadın ümumi əmlakının bölünməsinə gəldikdə, bu təkcə nikah pozulduqdan sonra yox, həmçinin nikah dövründə, habelə borcverən ödəməni ər-arvadın birgə əmlakında onlardan birinin payına yönəltmək barədə ərizə verdikdə həyata keçirilir. Ümumi əmlak bölündükdə, nikah dövründə həmin əmlakın bölünməmiş hissəsi, eləcə də nikah dövründə sonradan qazanılmış əmlak ər və arvadın birgə mülkiyyətini təşkil edir.

Tərəflərin ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. Lakin mübahisə olduqda, ümumi əmlakın bölünməsi, eləcə də əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər.

Ayrı-ayrı hallarda isə məhkəmə yetkinlik yaşına çatmayan uşaqların, həmçinin ər və ya arvaddan birinin mənafeyini (o cümlədən ər-arvaddan biri üzrsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda) nəzərə alıb birgə mülkiyyəti onların arasında bərabər bölməyə bilər.

Yetkinlik yaşına çatmayan uşaqların tələbatını ödəmək üçün əldə olunan şeylər (geyim, paltar, ayaqqabı, məktəbli və idman ləvazimatları, musiqi alətləri, uşaq kitabxanası və s.) isə bölünmür və əvəzi ödənilmədən uşaqları ilə birgə yaşayan valideynə verilir. Həmçinin ər-arvadın ümumi əmlakı hesabına yetkinlik yaşına çatmayan ümumi uşaqların adına qoyulmuş əmanətlər həmin uşaqlara məxsus hesaba edilir və əmlakın bölünməsi zamanı nəzərə alınmır.

Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.

Ceyhun Həmid

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 07 Oktyabr 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see386

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see339

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see327

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see325

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see307

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see301

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see297

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see254

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see241

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see237

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see234

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see228

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see227

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see222

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see215

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see207

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see202

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see197

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see193

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri