Icma.az
close
up
RU
Boşanandan sonra kredit borcları necə ödənilir? VACİB AÇIQLAMA KONKRET

Boşanandan sonra kredit borcları necə ödənilir? VACİB AÇIQLAMA KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

Boşanma hallarından sonra ailə birliyinin maddi öhdəlikləri, xüsusilə də kredit borcları məsələsi tərəflər arasında ciddi hüquqi mübahisələrə səbəb olur . Bəs, boşanmadan sonra kredit borcları necə bölünür?

Mövzu ilə bağlı bank üzrə mütəxəssis, hüquqşünas Əkrəm Həsənov KONKRET.az-a açıqlamasında bildirib ki, boşanma halında şəxslərin kredit öhdəliklərinə yanaşma fərqlənə bilər.

“Ümumi qaydaya görə, boşanmadan sonra hər kəs adına olan kreditlərə özü cavabdehdir. Lakin ipoteka krediti ilə alınmış daşınmaz əmlak, yəni ev məsələsində vəziyyət bir qədər fərqlidir.

Əgər ipoteka ilə alınmış ev birgə nikah dövründə əldə edilibsə və həmin müddətdə kreditin bir hissəsi ödənilibsə, bu ödənişlər hər iki tərəfin payına düşür. Məsələn, ipoteka məbləği 100 min manatdırsa və boşanma dövrünədək 20 min manat ödənilibsə, bu məbləğ 10 min manat qadına, 10 min manat isə kişiyə aid hesab olunur.

Boşanmadan sonra tərəflər razılaşma yolu ilə qərar verirlər: əgər krediti hər iki şəxs ödəməyə davam edərsə, evin sahibi də ortaq sayılır. Yox əgər tərəflərdən biri , məsələn, qadın ödənişdən imtina edir, kişi isə qalan 80 min manatı ödəyirsə, bu zaman evin 90%-i kişiyə, 10%-i isə qadına məxsus olur”

Hüquqşünas əlavə edib ki, əmlakın necə bölünəcəyi və kreditin kim tərəfindən ödəniləcəyi əsasən tərəflərin qarşılıqlı razılaşmasından asılıdır. Mübahisə yaranarsa, məsələ məhkəmə qaydasında həll edilir.

Aynurə İsmayıl

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:128
embedMənbə:https://konkret.az
archiveBu xəbər 21 İyun 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri