“Boşananlar parti keçirsinlər”
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Artıq mən də boşananlar üçün parti edəcəyəm. Yəni ki, ayrılanlar sivil şəkildə boşansınlar. Xoşbəxtliyin son gecəsi…”
"Cebheinfo.az" xəbər verir ki, bu sözləri müğənni Əbdül Xalid “Xəbərin var?” proqramında qonaq olarkən deyib.
O təklif edib ki, boşanan cütlüklər bu mərasimi dostları və rəfiqələrinin iştirakı ilə qeyd etsinlər:
“Belə bir məclisdə oxumuşam. Özüm də şoka düşmüşdüm ki, bu nədir belə?! Ansamblımla getmişdim. Məclisdə “Son gecə” mahnımı da ifa etmişdim. Hər şey çox yaxşı idi. Hər ikisi çox xoşbəxt idi, övladları da travma almır.
Məclisdən sonra qız atası, oğlan isə anası ilə getdi. Onlar dost olaraq ayrıldılar. Bu kimi partilərin keçirilməsi dəbə mindikdən sonra boşananlar sosial verilişlərə də getməyəcəklər”.
Əbdül Xalid bildirib ki, həmin məclisdən görüntülər də var və bununla bağlı paylaşım da edəcək.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:137
Bu xəbər 13 Noyabr 2024 11:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















