Boşandıqdan sonra ilk dəfə münasibətə hazırlaşır
Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Dünyaca məşhur Hollivud aktrisası Ancelina Colinin yaxın dostu 51 yaşlı ulduzun tezliklə romantik görüşlərə çıxmağa başlayacağını bəyan edib.
“Qafqazinfo” “Daily Mail” nəşrinə istinadla xəbər verir ki, Coli Bred Pittdən boşandıqdan bir neçə il sonra nəhayət yeni münasibətlərə hazır olduğunu nümayiş etdirib.
Adının açıqlanmasını istəməyən insayder aktrisanın şəxsi həyatı ilə bağlı diqqətçəkən təfərrüatları bölüşüb:
“Ancelina hazırda heç kimlə görüşmədiyini deyir, lakin o, flört etməyi dəqiq bilir. O, yenidən cazibədar və incə ola bilir, buna görə də tezliklə romantik görüşlərə başlamağa hazırlaşır. Onun üçün yeni bir həyat başlayıb və o, azadlığını tapmağa tam hazırdır”.
Mənbə həmçinin əlavə edib ki, aktrisanın yeni seçimi qətiyyən kino aləmindən olan bir şəxs olmayacaq:
“Onun yeni sevgilisi mütləq səyahət etməyi sevməlidir və o, Bred Pittə heç bənzəməyəcək, kino ulduzu olmayacaq. Ancelina Beverli-Hillsdə kiçik bir mənzildə böyüyüb, orada hamı evdə nadir hallarda olan atası Con Voyta sitayiş edirdi. Bu səbəbdən kino ulduzlarının dünyasındakı bu qəribə atmosfer ona xoş gəlmir və narahatlıq yaradır”.
Xatırladaq ki, bundan əvvəl A. Coli ilə fransız aktyor Lui Qarrel arasında sevgi münasibətlərinin başlaması barədə şayiələr yayılmışdı. “The Playlist” nəşri xəbər vermişdi ki, aktyorlar baş rollarını ifa etdikləri “Couture” filminin çəkilişlərindən sonra görüşməyə başlayıblar. Lakin məşhurlar bu romantik xəbərləri rəsmi olaraq şərh etməmişdilər.
Baxış sayı:135
Bu xəbər 19 Sentyabr 2026 01:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















