Icma.az
close
up
RU
Boşanma ərəfəsində satılan avtomobil: Ər arvadın icazəsini hansı halda almalıdır? HÜQUQŞÜNAS FOTO

Boşanma ərəfəsində satılan avtomobil: Ər arvadın icazəsini hansı halda almalıdır? HÜQUQŞÜNAS FOTO

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Boşanma qərarı alınan ailələrdə ən çox mübahisəyə səbəb olan məsələlərdən biri birgə əldə olunan əmlakın bölünməsidir.
Avtosfer.az xəbər veriri ki, xüsusən də, ər və arvad arasında etibarnamə ilə verilmiş avtomobil məsələsi çox zaman ciddi suallar doğurur. Məsələn, ər evlilik dövründə arvadına avtomobil idarəsi üçün etibarnamə verir. Boşanma ərəfəsində isə həmin avtomobili satır. Bəs bu zaman həyat yoldaşının etibarnamə ilə idarə etdiyi avtomobili boşanma ərəfəsində icazəsiz satmaq hüququ varmı? Hansı halda qadının razılığı tələb olunmalıdır?
Bəzən belə hallar ailə münasibətləri ilə yanaşı, etimadın da sarsılmasına səbəb olur. Çünki bir tərəf avtomobilini xəbərsiz satır, digər tərəf isə bu barədə yalnız boşanma prosesində xəbər tutur. Belə vəziyyətdə qadın artıq satılmış avtomobilin taleyini necə dəyişə bilər? 


Məsələ ilə bağlı hüquqşunas Nərmin Zülfüqarlı Avtosfer.az saytına açıqlamasında bildirib ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əmək, sahibkarlıq və digər qanuni fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlər, o cümlədən həmin gəlirlərlə əldə olunmuş əmlak onların ümumi birgə mülkiyyəti hesab edilir:
“Bu müddəaya uyğun olaraq, əmlakın ər və ya arvad tərəfindən əldə olunmasından və ya kimin adına rəsmiləşdirilməsindən asılı olmayaraq, əgər həmin əmlak nikah dövründə ümumi gəlirlər hesabına əldə olunubsa, o, birgə mülkiyyət statusuna malikdir. Bu hüquqi rejim daşınar əmlak hesab edilən avtomobillərə də şamil olunur. Belə ki, nikah müddətində tərəflərin ümumi vəsaiti hesabına əldə edilmiş avtomobil, istər ər, istərsə də arvadın adına rəsmiləşdirilsin, mülkiyyət hüququ baxımından bu əmlak ər-arvadın birgə mülkiyyəti hesab edilir. Ailə Məcəlləsinin müddəalarına əsasən, ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqları onların qarşılıqlı razılığı əsasında həyata keçirilməlidir. Əgər ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Lakin ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər”.
Hüquqşunas qeyd edib ki, bəzən praktikada ər-arvad arasında birgə mülkiyyətdə olan avtomobilin istifadəsi və ya idarə olunması məqsədilə digər tərəfə etibarnamə verilməsi hallarına tez-tez rast gəlinir: 
“Əgər təqdim olunan etibarnamədə avtomobil üzərində sərəncam vermək (məsələn, satmaq) səlahiyyəti də nəzərdə tutulubsa, bu zaman hüquqi baxımdan qarşılıqlı razılığın mövcudluğu sübuta yetirilmiş hesab olunur və həmin sərəncam qanuni sayılır. Qeyd edək ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin  359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Bu baxımdan, etibarnamənin qanuni qüvvəyə malik olduğu və müvafiq səlahiyyətləri ehtiva etdiyi hallarda, avtomobilin etibarnamə ilə satılması hüquqi baxımdan etibarlı sayılır. Əgər satışa razılığın verilmədiyi ər (və ya arvad) tərəfindən iddia edilirsə, bu halda həmin razılığın olmamasını sübut etmək həmin ərin (və ya arvadın) öhdəliyi hesab edilir”. 
Nərmin Zülfüqarlı vurğulayıb ki, tərəflərdən birinin razılığı olmadan digər tərəf əmlakı özgəninkiləşdiribsə, bu halda hüquqları pozulmuş ər (və ya arvad) tərəflər arasında bağlanmış əqdin etibarsız hesab edilməsi, əmlakın əvvəlki vəziyyətinə qaytarılması, əmlakı əldə edənin vicdanlılığının qorunduğu halarda isə əmlakın dəyərinin müvafiq hissəsinin ona ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır:
“Ər-arvad arasında əmlakla bağlı gələcəkdə yarana biləcək mübahisələrin qarşısını almaq və hüquqların qorunmasını təmin etmək məqsədilə nikah müqaviləsi bağlamaqla, əmlakın hüquqi rejimi əvvəlcədən tənzimləmək, etibarnamə verməzdən əvvəl onun məzmunu diqqətlə nəzərdən keçirilmək, sərəncam səlahiyyətlərinin nəzərdə tutulub-tutulmamasını müəyyən etmək tövsiyə olunur”.


Deputat Bəhruz Məhərrəmovun sözlərinə görə, birgə nikah dövründə əldə edilən əmlak Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, ər və arvadın birgə mülkiyyəti hesab olunur və boşanma zamanı həmin əmlak bərabər şəkildə bölünməlidir:
“Əgər avtomobil nikahdan əvvəl alınmışdırsa, bu halda həmin avtomobil şəxsi mülkiyyət sayılır və ər onun üzərində tam sahiblik və sərəncam hüququna malik olur. Belə olan halda, avtomobilin satılması üçün digər tərəfin (arvadın) razılığı tələb olunmur. Eyni qayda ilə, əgər əmlak, o cümlədən avtomobil və ya daşınmaz əmlak bağışlanma yolu ilə əldə edilmişdirsə, istər nikah dövründə, istərsə də nikahdan əvvəl bağışlansın, həmin əmlak bağışlanan şəxsin şəxsi mülkiyyəti hesab olunur və onun satışı və ya digər formada sərəncam verilməsi üçün həyat yoldaşının icazəsi tələb edilmir”.
Deputat qeyd edib ki, lakin avtomobil birgə nikah dövründə alınmış və ər-arvadın və ya istər şəxsi istərsə də birgə gəlirləri hesabına əldə edilmişdirsə, bu zaman avtomobil birgə mülkiyyətə daxil olur:
“Belə halda, ər həmin avtomobili boşanma ərəfəsində satmaq istədikdə, bu əməliyyat yalnız həyat yoldaşının yazılı razılığı ilə həyata keçirilməlidir. Etibarnamə isə mülkiyyət hüququ vermir. O, sadəcə olaraq, avtomobildən və ya hər hansı əmlakdan müvəqqəti istifadə və idarəetmə səlahiyyəti təqdim edir. Etibarnamə hüququnu verən şəxs istənilən vaxt bu etibarnaməni geri çəkə bilər və bu hüquqi baxımdan tam əsaslı sayılır”.


Fidan

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 Oktyabr 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see178

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see163

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see145

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see144

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri