Icma.az
close
up
RU
“Boşanma hallarının əsas səbəblərindən biri üçüncü şəxslərin müdaxiləsidir” Psixoloq

“Boşanma hallarının əsas səbəblərindən biri üçüncü şəxslərin müdaxiləsidir” Psixoloq

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2025-ci ilin yanvar-sentyabr aylarında ölkədə 36 332 nikah və 15 480 boşanma halı qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 4.8-dən 4.7-yə, boşanmaların sayı isə 2.1-dən 2-yə düşüb.

İqtisadi rayonlar üzrə nikah və boşanma göstəriciləri belə olub:

Bakı şəhərində 8 430 nikah (4.8) və 4 753 boşanma (2.7) qeydə alınıb, Naxçıvan Muxtar Respublikasında 1 538 nikah (4.4) və 644 boşanma (1.8), Abşeron-Xızı iqtisadi rayonunda 1 964 nikah (3.0) və 1 134 boşanma (1.7), Dağlıq Şirvan iqtisadi rayonunda 1 253 nikah (5.2) və 428 boşanma (1.8), Gəncə-Daşkəsən iqtisadi rayonunda 1 917 nikah (4.3) və 1 049 boşanma (2.3), Qarabağ iqtisadi rayonunda 3 199 nikah (5.7) və 1 163 boşanma (2.1), Qazax-Tovuz iqtisadi rayonunda 2 372 nikah (4.7) və 922 boşanma (1.8), Quba-Xaçmaz iqtisadi rayonunda 1 981 nikah (4.8) və 671 boşanma (1.6), Lənkəran-Astara iqtisadi rayonunda 3 678 nikah (5.2) və 974 boşanma (1.4), Mərkəzi Aran iqtisadi rayonunda 2 585 nikah (4.8) və 1 075 boşanma (2.0), Mil-Muğan iqtisadi rayonunda 2 060 nikah (5.2) və 646 boşanma (1.6), Şəki-Zaqatala iqtisadi rayonunda 2 122 nikah (4.5) və 836 boşanma (1.8), Şərqi Zəngəzur iqtisadi rayonunda 1 304 nikah (5.8) və 520 boşanma (2.3), Şirvan-Salyan iqtisadi rayonunda isə 1 929 nikah (5.2) və 665 boşanma (1.8) qeydə alınıb.

Statistikaya görə, ən yüksək nikah səviyyəsi Şərqi Zəngəzur (5.8), Qarabağ (5.7) və Dağlıq Şirvan ilə Lənkəran-Astara (5.2) iqtisadi rayonlarında müşahidə olunub, boşanma hallarının yüksək olduğu rayonlar isə Bakı şəhəri (2.7) və Şərqi Zəngəzur (2.3) iqtisadi rayonlarıdır.

Məsələ ilə bağlı Gununsesi.info -ya danışan psixoloq Sevinc Həbibova bildirib ki, boşanmaların əsas səbəblərindən biri münasibətlərdə üçüncü şəxslərin müdaxiləsidir:

“Hərçənd ki, üçüncü şəxslər hər zaman aydın görünməsələr də, onların varlığı münasibətlərə təsir göstərir. Oğlan və qız arasında bəzən dil tapıb yol gedə bilirlər, amma üçüncü şəxslər mane olur. Müdaxilənin təsiri üçüncü şəxsin kimliyindən asılı olaraq, ya oğlan, ya da qız tərəfinə yönələ bilər.

Digər tərəf isə münasibətlərin soyuması, iqtisadi problemlər və digər çətinliklərdir. Bu amillər ayrılıqların və boşanmaların əsas səbəblərindən biridir. İnsanlar bir-birini seçərkən, sosial şəbəkələrdə daha çox tanışlıq imkanları olduğu üçün, əvvəlki dövrlərdə olduğu kimi bir-birini yaxşı tanımadan, soruşmadan münasibətə girirlər. Qızların da bəzən tez və ya basqı ilə ərə getmələri və münasibətləri düzgün qiymətləndirməməsi boşanmalara səbəb olur”.

Psixoloq qeyd edib ki, boşanma çıxış yolu deyil.

“İnsan bacardığı qədər ailəsini qorumağa çalışmalıdır. Boşanan qadın və ya kişi nadir hallarda deyə bilər ki, çox xoşbəxtdir.

Uşaqların böyüyərkən ailələrinə diqqət göstərməsi vacibdir. Qadın həmişə öz ərinə arxalanmaq istəyir. Boşanma nə azadlıq, nə də xoşbəxtlik gətirir. Təəssüf ki, boşanma zamanı ən çox zərbəni qadınlar alır”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:36
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 17 Noyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see167

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see134

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see132

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri