Icma.az
close
up
RU
“Boşanma “partiləri” kimi təzahürlər Azərbaycan mədəniyyətinə ziddir” SOSİOLOQ KONKRET

“Boşanma “partiləri” kimi təzahürlər Azərbaycan mədəniyyətinə ziddir” SOSİOLOQ KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Hazırda Azərbaycan dövlətinin prioritet istiqamətlərindən biri ailə institutunun möhkəmləndirilməsidir. Ailənin qurulması, funksiyalarının icrası və idarə olunması bir çox hallarda cəmiyyətin sosial, iqtisadi və maliyyə vəziyyətindən asılı olur. Dövlət gender bərabərliyinin təmin olunması, qadınların cəmiyyətdə fəal iştirak etməsi və müxtəlif sahələrdə onların rolunun gücləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirir. Azərbaycanda qadına həmişə yüksək hörmət göstərilmişdir. Tarixə nəzər salsaq, Azərbaycan Şərqdə ilk dəfə olaraq qadınlara kişilərlə bərabər hüquqların, o cümlədən seçkilərdə iştirak etmək hüququnun verildiyi ölkədir. Dövlət ictimai, siyasi, iqtisadi və mədəni sahələrdə gender bərabərliyinin təmininə xüsusi diqqət yetirir, bu istiqamətdə maarifləndirmə işlərinə önəm verir. Bu yanaşma həm gender balansının qorunmasına, həm də gələcək nəslin sağlam və balanslı inkişafına zəmin yaradır. Cəmiyyətdə gender, ailə və demoqrafiya ilə bağlı məsələlərin işıqlandırılmasında və ictimai rəyə təsir göstərilməsində medianın rolu isə xüsusilə əhəmiyyətlidir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra, xüsusilə 1994-cü ildən başlayaraq ölkədə sabitliyin bərqərar olması qadınların ictimai-siyasi həyatda daha fəal iştirakına şərait yaratdı. Bu dövrdə dövlət səviyyəsində qadınların hüquqlarının müdafiəsi və gender bərabərliyinin təmin olunması istiqamətində bir sıra qanun və qərarlar qəbul olundu. Azərbaycan Konstitusiyası qadın və kişilərə bərabər hüquqlar tanıyır. Eyni zamanda, ölkə gender bərabərliyini təşviq edən bir sıra beynəlxalq sənədlərə qoşulub.

1995-ci ildə Azərbaycan BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyasını ratifikasiya edib. Bu sənəd 1979-cu ildə qəbul olunub və 1981-ci ildə qüvvəyə minib. Konvensiyanın əsas fərqi ondan ibarətdir ki, o, yalnız cinsi əsasda ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını hədəfləyir. Başqa sözlə, bu sənəd gender neytrallığı anlayışından fərqli olaraq, qadınların bərabərsizliyinə səbəb olan hər hansı fəaliyyəti qadağan edir.

2001-ci ildə Azərbaycan bu konvensiyanın Fakültativ Protokolunu da ratifikasiya edib. Hələ 1998-ci ildə mərhum Prezident Heydər Əliyev tərəfindən Qadın Problemləri üzrə Dövlət Komitəsinin (indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi) yaradılması və “Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlər haqqında” sərəncamlar imzalanmışdı. Bu addımlar gender siyasətinin dövlət üçün prioritet istiqamətlərdən biri olduğunu göstərirdi.

2000-ci ildə isə prezident “Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman imzalayıb. Bu fərman dövlət strukturlarında qadınların təmsilçiliyinin kişilərlə bərabər səviyyədə olmasını hədəfləyir. Sonradan Qadın Problemləri üzrə Dövlət Komitəsinin bazasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Hazırda nazirlik və digər dövlət qurumlarında gender siyasətinə məsul koordinatorlar fokal mərkəzlər fəaliyyət göstərir.

Mövzu ilə bağlı sosioloq Üzeyir Şəfiyev KONKRET.az-a açıqlamasında bildirib ki, bu gün mətbuatda gender, ailə və demoqrafiya məsələlərinə sağlam və məqsədyönlü yanaşma olduqca vacibdir.

“Təəssüf ki, bəzi mətbuat orqanlarında bu mövzularda qeyri-peşəkar və yanlış məlumatlara rast gəlinir. Xüsusilə də, Azərbaycanda gender bərabərliyi ilə bağlı ölkəyə qarşı əsassız ittihamların yayılması nə peşəkarlığa, nə də ədalətli yanaşmaya uyğun gəlir. Əslində, Azərbaycanda gender bərabərliyi sahəsində ciddi problemlər mövcud deyil. Ölkəmiz bu istiqamətdə nümunəvi dövlətlərdən biridir. Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi fəaliyyət göstərir. Qadınlar əmək bazarında kişilərlə bərabər mövqe tuturlar, eyni zamanda qərarların qəbul olunması prosesində də aktiv iştirak edirlər. Qadınların sağlamlığı üçün təhlükəli hesab edilən sahələrdə onların işləməsi qanunvericiliklə qadağan olunub. Səhiyyə və təhsil sahəsində çalışanların 70 faizdən çoxunu qadınlar təşkil edir. Bu fakt göstərir ki, qadınların nə məşğulluq, nə də təhsil sahəsində ciddi çətinlikləri yoxdur”.

Sosioloq vurğulayıb ki, gender bərabərliyi ilə bağlı mövzular KİV-də obyektiv və düzgün formada işıqlandırılmalıdır.

“Azərbaycanın ailə dəyərləri medianın diqqətində saxlanmalı, müsbət nümunələr cəmiyyətə təqdim olunmalıdır. Örnək ailələr haqqında televiziya verilişləri hazırlanmalı, ölkəmizə aid olmayan ailə böhranları Azərbaycan reallığı kimi təqdim olunmamalıdır. Məşhur şəxslər boşanma hallarını təbliğ etməməlidirlər. Bu, yolverilməzdir. Boşanma “partiləri” kimi təzahürlər Azərbaycan mədəniyyətinə ziddir. Ailə dəyərləri medianın diqqətlə və həssaslıqla yanaşmalı olduğu bir sahədir. Eyni zamanda, müvafiq dövlət qurumları münaqişəli ailələri müəyyənləşdirib onlarla sosial-psixoloji iş aparmalıdır. Demoqrafik məsələlərlə bağlı da son dövrlər müəyyən durğunluq müşahidə olunur. Bu sahəyə diqqət artırılmalı, dəqiq təhlillərə əsaslanan informasiyalar ictimaiyyətə təqdim olunmalıdır.

Aynurə İsmayıl

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması;” mövzusuna uyğun olaraq dərc edilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 May 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see184

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see144

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see142

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see142

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see140

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri