Icma.az
close
up
RU
Qarabağın işğalı ilə əlaqədar “Bayraq günü”nü layiq olduğu kimi qeyd edə bilmirdik

Qarabağın işğalı ilə əlaqədar “Bayraq günü”nü layiq olduğu kimi qeyd edə bilmirdik

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


“Azərbaycan Prezidenti İlham Əliyevin 17.11.2009-cu il tarixli sərəncamına uyğun olaraq, hər il noyabr ayının 9-u Azərbaycanda “Bayraq günü” qeyd olunur. Bu gözəl gün münasibətilə başda Ali Baş Komandan olmaqla, dünya azərbaycanlılarını təbrik edirəm. Bayraq-hər bir millətin milli kimliyinin, dilinin, dininin, mədəniyyətinin, mənəviyyatının, əxlaqının ifadəsidir”.
Bayraq -milli, etnik, dini, irqi kimliyindən asılı olmayaraq, ölkədə və xaricdə yaşayan bütün azərbaycanlıları birləşdirən simvoldur: “Bayraq-siyasi-diplomatik tədbirlərdən tutmuş, döyüş meydanlarında, idman yarışlarında ən yüksəklərdə görmək istədiyimiz dövlət atributudur. Bayraq-müqəddəsdir. Harada, dünyanın hansı bölgəsində olmağımızdan asılı olmayaraq, üç rəngli bayrağımızı gördükdə, hər birimizin qəlbində doğma, qeyri-adi isti hisslər yaranır. Bu hisslər, ələlxüsus ölkə xaricində bir-birini tanımayan insanları doğmalaşdırır.
Nə qədər acı da olsa, Qarabağın işğalı ilə əlaqədar “Bayraq günü”nü layiq olduğu kimi qeyd edə bilmirdik. Ərazimizin 20%-nin erməni tapdağında olması natamamlıq kompleksi yaratmışdı. Çox şükürlər ki, müzəffər Azərbaycan Ordusu tərəfindən tarixi ədalətsizlik bərpa olunur. Ali Baş Komandan İlham Əliyev, Şuşanın azad olunması xəbəri ilə, bu ilki “Bayraq günü”nü əsl bayrama çevirməklə, ən böyük hədiyyəni etmiş oldu. Bu ilki özəlliklərdən biri də, bayrağımızın Şuşada dalğalandığından sonra milyonlarla insanın əllərində bayraq, Azərbaycanın şəhər və rayonlarında, kəndlərdə, xarici ölkələrdə küçələrə axışmasıdır.
İkinci məqam isə, üçrəngli bayrağımızla yanaşı, qardaş Türkiyənin, Pakistanın bayraqlarının dalğalanması da çətin anlarda xalqın göstərdiyi vəfa borcu kimi qiymətləndirilməlidir. Azərbaycan xalqı çətin, taleyüklü vəziyyətlərdə göstərdikləri dəstəyə görə digər ölkələri də daim minnətdarlıq hissi ilə xatırlayacaqdır. Əziz həmvətənlər, bir daha “Bayraq günü” münasibətilə hər birinizi təbrik edir, hər birinizə əmin-amalıq, xoşbəxt həyat arzulayıram. Müqəddəs Bayrağımız uğrunda həyatlarından keçmiş şəhidlərimizə Allah rəhmət eləsin. Bayrağımız hər zaman yüksəklərdə dalğalansın!!!”
Nəsib Məhəməliyev, Milli Məclisin deputatı
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 09 Noyabr 2025 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri