XİN: Üçrəngli bayrağımız Azərbaycanın zəngin tarixini və parlaq gələcəyini təcəssüm etdirir
Missiya.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi X səhifəsində 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə paylaşım edilib.
Missiya.Az paylaşımı təqdim edir:
"Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə vətəndaşlarımızı və bütün dünya azərbaycanlılarını səmimi qəlbdən təbrik edirik.
Milli müstəqilliyin, dövlət suverenliyinin və xalqımızın birliyinin əbədiləşmiş rəmzi olan üçrəngli bayrağımız Azərbaycanın zəngin tarixini və parlaq gələcəyini təcəssüm etdirir. Bu müqəddəs simvola olan məhəbbət və sədaqət nəsildən-nəslə keçərək davam edir.
Bayrağımızın rənglərində əksini tapan rəmzlər eyni zamanda Azərbaycanın beynəlxalq arenada ləyaqətlə təmsil olunmasının əsas prinsiplərini formalaşdırır.
Bu əziz və iftixarlı gündə, bayrağımızın Azərbaycanın hər yerində, o cümlədən azad edilmiş ərazilərimizdə ucadan dalğalanması üçün canlarını fəda vermiş vətən övladlarının əziz xatirəsini ehtiramla yad edirik. Qoy bayrağımız həmişə ucalarda dalğalansın!".
Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə vətəndaşlarımızı və bütün dünya azərbaycanlılarını səmimi qəlbdən təbrik edirik.
— MFA Azerbaijan ?? (@AzerbaijanMFA) November 9, 2025
Milli müstəqilliyin, dövlət suverenliyinin və xalqımızın birliyinin əbədiləşmiş rəmzi olan üçrəngli bayrağımız Azərbaycanın zəngin… pic.twitter.com/UfNg1MFJU2
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 09 Noyabr 2025 10:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















