Icma.az
close
up
RU
COP30 un sədrliyi qəti tədbirlər və əməkdaşlığa çağırış edib

COP30 un sədrliyi qəti tədbirlər və əməkdaşlığa çağırış edib

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 9 noyabr, AZƏRTAC

Elmi ictimaiyyətdə artan narahatlıq fonunda və Paris Sazişinin ruhuna uyğun olaraq, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP30) sədri, səfir Andre Korrea du Laqo qlobal ictimaiyyətə iqlim böhranına qarşı qəti və birgə şəkildə hərəkət etməyə çağıran doqquzuncu açıq məktubunu dərc edib.

AZƏRTAC COP30-un rəsmi saytına istinadla xəbər verir ki, Braziliyanın Belen şəhərində başlayacaq konfransa həsr olunan məktubda sədr hökumətləri, beynəlxalq institutları və qlobal tərəfdaşları “qlobal iqlim boşluqlarını transformasiya vasitələrinə çevirməyə” səsləyib.

“Bu gün əsas vəzifə təkcə çatışmazlıqları müəyyənləşdirmək deyil, həm də irəliləyişi təmin edə biləcək resursları səfərbər etməkdir, yəni ambisiyalar, maliyyə və texnologiya çatışmazlığını hərəkətverici qüvvəyə çevirmək lazımdır”, - deyə Andre Korrea du Laqo qeyd edib.

O vurğulayıb ki, Paris Sazişi öz effektivliyini sübut edib.

Məktubda qeyd olunur ki, milli səviyyədə müəyyən olunan töhfələr (NDCs), milli adaptasiya planları (NAPs), şəffaflıq üzrə ikiillik hesabatlar (BTRs) və Genişləndirilmiş Şəffaflıq Sistemi (ETF) artıq qlobal iqlim idarəçiliyinin əsas alətlərinə çevrilib.

Braziliyanın COP30-a sədrliyinin üç strateji prioriteti də məktubda təsdiqlənib:

1. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası (UNFCCC) çərçivəsində çoxtərəfli yanaşma və iqlim rejimini gücləndirmək;

2. İqlim gündəliyini real iqtisadiyyat və insanların gündəlik həyatı ilə əlaqələndirmək;

3. Paris Sazişinin həyata keçirilməsini sürətləndirmək.

Məktubun əsas ideyası “ambisiya” anlayışının yenidən dəyərləndirilməsidir: indi ambisiyalılığın əsas göstəricisi təmiz enerji, meşələrin bərpası, metan emissiyalarının azaldılması və rəqəmsal infrastruktur kimi zəruri tədbirlərin daha sürətlə həyata keçirilməsi olmalıdır. Dünyanın bu sahələrdə daha tez və ədalətli şəkildə hərəkət etməsi vacibdir.

Xüsusi diqqət “Fəaliyyət Gündəliyi”nə (Action Agenda) yönəlib. Bu təşəbbüs altı tematik istiqamət üzrə strukturlaşdırılıb və “canlı ekosistem mexanizmi” kimi fəaliyyət göstərəcək dünyadakı təşəbbüsləri və iştirakçıları birləşdirərək “müsbət dönüş nöqtələrinə” nail olmağı hədəfləyir.

Braziliyanın sədrliyi həmçinin Amazon meşələrinin qlobal iqlim həllərindəki aparıcı rolunu vurğulayıb. Ölkədə meşələrin qırılma səviyyəsinin ardıcıl üçüncü ildir azalması və “Tropical Forests Forever Fund” kimi yeni maliyyə mexanizmlərinin işə düşməsi fonunda, Andre Korrea du Laqo qeyd edib ki, ekosistemlərin və insanların qorunması yanaşı şəkildə aparılmalıdır.

“Belendə həqiqət transformasiya ilə qovuşmalıdır, elm isə həmrəyliyin tərkib hissəsinə çevrilməlidir. Biz iqlim mübarizəmizi böhrandan irəliləyişə çevirə bilərik”, - deyə o qeyd edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Noyabr 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri