Icma.az
close
up
RU
Menu

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

General mayor rütbəsi alan hərbçilər kimdir?

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Bu rayona yeni polis rəisi təyin edildi

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Liqa 1: Marsel darmadağına sevindi

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

Kamaləddin Qafarov: “Dövlət bayrağı milli birlik və həmrəylik rəmzidir”

Kamaləddin Qafarov: “Dövlət bayrağı milli birlik və həmrəylik rəmzidir”

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

“Artıq beşinci ildir ki, müqəddəs üçrəngli Bayrağımız işğaldan azad edilmiş Şuşa şəhərində, 2023-cü ildən isə həm də Xankəndidə, Xocalıda, Xocavənddə və Ağdərədə dalğalanmaqla bütün Azərbaycan xalqına sonsuz qürur hissi yaşadır”.
Bu sözləri 9 noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar Demokrat.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, bildirib ki, ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və həmin iclasın keçirildiyi AXC Nazirlər Şurasının binası üzərində qaldırılıb. “Bu bayraq 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub.
Dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilmişdir.
1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” Qanun qəbul edərək onu Dövlət bayrağı elan etmişdir. Sonralar Ulu Öndər bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsindən sonra məcburiyyət qarşısında qaldı.
Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etmişdir.”
Millət vəkili daha sonra qeyd edib ki, dövlətimizin özünütəsdiq simvolu olan bayraq hər bir Azərbaycan vətəndaşı üçün qürur və güvənc yeridir: “Ulu Öndər Heydər Əliyev bayrağa olan sevginin aliliyini vurğulayaraq demişdir: “Gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin.
Bu bayraq tək rəsmi yerlərdə yox, idarələrdə, küçələrdə, saraylarda, məktəblərdə yox, gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun”. Ümummilli Liderimiz dövlət bayrağının milli birlik və həmrəyliyimizi formalaşdıran əsas atributlardan biri oldunu hər zaman xüsusi qeyd etmişdir.
Xalqımızın birliyi, həmrəyliyi torpaqlarımızın işğalına son qoymuş tarixi Qələbəmizin əldə olunmasını şərtləndirən əsas amillərdən biri olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyev azad olunmuş bütün ərazilərimizdə Dövlət bayrağını şəxsən dalğalandırmaqla bizim bu torpaqlara qayıdışımızın əbədi olduğunu bir daha bütün dünyaya bəyan etdi”.
 
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:47
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 09 Noyabr 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see197

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see194

Mərhum atasından danışan Röya KÖVRƏLDİ EKSKLÜZİV VİDEO

08 Noyabr 2025 23:07see186

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see162

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see141

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see130

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see130

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see128

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see128

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see127

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see127

Elmar Baxşıyev: Bizdə əsas heyət anlayışı yoxdur

08 Noyabr 2025 19:18see126

“Son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir” Prezidentdən növbəti PAYLAŞIM VİDEO

07 Noyabr 2025 23:10see126

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see126

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see125

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see125

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see124

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri