Icma.az
close
up
RU
Boşanma uşaqlar üçün çətin və həssas bir dövrdür ŞƏRH EDİLDİ

Boşanma uşaqlar üçün çətin və həssas bir dövrdür ŞƏRH EDİLDİ

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Son illərdə boşanma hallarının artması cəmiyyətin sosial və psixoloji mühitində ciddi dəyişikliklərin göstəricisidir. Boşanma yalnız iki insanın ayrılması deyil, eyni zamanda uşağın həyatında emosional, sosial və davranış səviyyəsində mühüm təsirlər yaradan bir prosesdir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Aytən Ələkbərova deyib.

Onun sözlərinə görə, uşaq üçün ailə təhlükəsizlik, sabitlik və sevgi mənbəyidir: "Valideynlərin ayrılması isə bu sabitliyin pozulması kimi qəbul edilir və bu vəziyyət onun daxili dünyasında narahatlıq yarada bilər. Boşanma prosesində uşaqlar tez-tez qorxu, kədər, günahkarlıq və tərk edilmə hissləri yaşayırlar. Xüsusilə kiçik yaşlı uşaqlar valideynlərin ayrılmasına özlərinin səbəb olduğunu düşünə bilirlər. Bu isə özünə inamın azalmasına və emosional gərginliyə səbəb olur. Məktəb yaşlı uşaqlarda diqqət dağınıqlığı, dərs göstəricilərinin aşağı düşməsi, aqressiv davranış və ya əksinə, qapanıqlıq kimi hallar müşahidə oluna bilər. Yeniyetmələrdə isə valideynlərə qarşı inciklik, etibar problemləri və gələcək münasibətlərə qarşı mənfi baxış formalaşa bilər. Lakin burada ən vacib məqam boşanmanın özü deyil, bu prosesin necə idarə olunmasıdır. Əgər valideynlər qarşılıqlı hörmət çərçivəsində münasibət saxlayır, uşağı münaqişələrin mərkəzinə çəkmir və hər iki tərəf onun həyatında aktiv iştirak etməyə davam edirsə, psixoloji təsirlər minimuma endirilə bilər. Uşağın hər iki valideyn tərəfindən sevildiyini hiss etməsi, onunla açıq və yaşına uyğun şəkildə danışılması, gündəlik həyatında sabitliyin qorunması bu dövrün daha sağlam keçməsinə kömək edir.

Eyni zamanda, valideynlərin uşağı tərəf seçməyə məcbur etməsi, digər valideyn haqqında mənfi fikirlər söyləməsi və ya görüşlərə mane olması uşağın emosional vəziyyətini daha da ağırlaşdırır. Belə hallarda uşağın daxili konfliktləri artır və bu, uzunmüddətli psixoloji problemlərə səbəb ola bilər. Zərurət yarandıqda psixoloq dəstəyi almaq uşağın hisslərini düzgün ifadə etməsinə və vəziyyətə uyğunlaşmasına kömək edir. Boşanma uşaqlar üçün çətin və həssas bir dövr olsa da, düzgün yanaşma, emosional dəstək və sağlam valideyn əməkdaşlığı sayəsində bu proses onların psixoloji inkişafına ciddi zərər vermədən idarə oluna bilər".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:84
embedMənbə:https://sia.az
archiveBu xəbər 16 Fevral 2026 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see329

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see319

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see288

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see288

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see277

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see275

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see250

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see250

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see239

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see233

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see227

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see223

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see223

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see218

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see217

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see212

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see210

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see207

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see195

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri