Icma.az
close
up
RU
Boşanma vaxtı qadını aldadıb 163 minlik ziyan vurdu Qərar

Boşanma vaxtı qadını aldadıb 163 minlik ziyan vurdu Qərar

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ali Məhkəmənin Cinayət kollegiyasında külli miqdarda ziyan vurmaqla törədilmiş dələduzluq cinayəti üzrə məhkum edilmiş şəxsin kassasiya şikayətinə baxılıb.

Bu barədə “Qafqazinfo”ya Ali Məhkəmədən məlumat verilib.

Bildirilib ki, işin hallarına əsasən, daşınmaz əmlakın alqı-satqısı ilə məşğul olmuş şəxs ər-arvad arasında yaranmış boşanma və əmlak mübahisəsindən istifadə edərək qadına məxsus mənzili, avtomobili və pul vəsaitlərini aldatma yolu ilə ələ keçirib.

Belə ki, 2021-ci ildə Bakı şəhərində yerləşən mənzilin satışına vasitəçilik etmək üçün ona müraciət edən şəxsin həyat yoldaşı ilə boşanma prosesində olduğunu və tərəflər arasında əmlak bölgüsü ilə bağlı mübahisə yarandığını öyrənib. Bundan sonra həmin şəxs qadınla ayrıca görüşərək guya ərinin onu aldadıb mənzilini və avtomobilini ələ keçirmək niyyətində olduğunu bildirib.

Qadının etimadını qazanan şəxs əmlakların məhkəmə mübahisəsi başa çatanadək müvəqqəti olaraq başqa şəxslərin adına rəsmiləşdirilməsini təklif edib. O, məhkəmə prosesi yekunlaşdıqdan sonra həmin əmlakların yenidən qadının mülkiyyətinə qaytarılacağını vəd edib.

Qadın bu vədlərə inanaraq mənzilin başqa şəxsin adına rəsmiləşdirilməsinə razılıq verib. Lakin sonradan həmin mənzil onun məlumatı və iştirakı olmadan üçüncü şəxsə 100 min manata satılıb. Mənzilin satışından əldə olunan vəsait isə qadına qaytarılmayıb.

Oxşar üsulla qadına məxsus, bazar dəyəri 26 min manat olan “Hyundai IX-35” markalı avtomobil də əvvəlcə yaxın qohumunun adına rəsmiləşdirilib, daha sonra etibarnamə əsasında başqa şəxsə satılıb. Avtomobilin satışından əldə olunan vəsait də mülkiyyətçiyə verilməyib.

Bundan əlavə, təqsirləndirilən şəxs mənzilin rəsmiləşdirilməsi, notariat xərcləri və məhkəmədə qadının xeyrinə qərar çıxarılmasına köməklik göstərilməsi adı ilə müxtəlif vaxtlarda ümumilikdə 9800 manat pul alıb. Nəticədə zərərçəkmiş şəxsə ümumilikdə 163 800 manat maddi ziyan vurulub.

Cinayət işi üzrə həmçinin müəyyən edilib ki, həmin şəxs digər vətəndaşdan torpaq sahəsinə çıxarış alınmasına köməklik göstərmək adı ilə 5000 manat, başqa bir vətəndaşın qızını işə düzəltmək vədi ilə 2000 manat, avtomobil satmaq adı ilə isə 1800 manat pul alaraq verdiyi vədləri yerinə yetirməyib.

Birinci instansiya məhkəməsinin hökmü ilə şəxs Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilib, əsas zərərçəkmiş şəxsin xeyrinə 163 800 manat maddi və 5000 manat mənəvi zərərin ödənilməsi qərara alınıb. Bakı Apellyasiya Məhkəməsi isə hökmü dəyişdirilmədən saxlayıb.

Məhkum kassasiya şikayətində əsas zərərçəkmiş şəxslə bağlı cinayət epizodu üzrə özünü təqsirli bilməyərək mənzilin qadının razılığı ilə faizli borc alınması məqsədilə başqa şəxsin adına rəsmiləşdirildiyini, mənzil və avtomobilin satışında isə yalnız vasitəçi kimi iştirak etdiyini bildirib. O, digər cinayət epizodları üzrə təqsirini qəbul edərək apellyasiya instansiyasının qərarının ləğv olunmasını və işə yenidən baxılmasını xahiş edib.

Ali Məhkəmənin Cinayət kollegiyası kassasiya şikayətinin dəlillərini araşdıraraq qeyd edib ki, dələduzluq cinayətinin əsas xüsusiyyəti zərərçəkmiş şəxsdə həqiqətə uyğun olmayan təsəvvür yaratmaqla və ya onun etimadından sui-istifadə etməklə əmlakın ələ keçirilməsidir.

Məhkəmə kollegiyasının mövqeyinə görə, zərərçəkmiş şəxsin əmlakın başqa şəxsin adına rəsmiləşdirilməsinə razılıq verməsi həmin əmlakın sonradan onun iradəsindən kənar satılmasına və satışdan əldə olunan vəsaitin başqaları tərəfindən götürülməsinə razılıq kimi qiymətləndirilə bilməz.

Hazırkı işdə qadının razılığı əmlakların müvəqqəti olaraq başqa şəxslərin adına keçirilməsi və sonradan geri qaytarılması barədə verilmiş vədlər əsasında formalaşıb. Buna görə də belə razılığın mövcudluğu aldatma və etibardan sui-istifadə yolu ilə əmlakın ələ keçirilməsini istisna etmir.

Ali Məhkəmə vurğulayıb ki, araşdırılmış sübutlar məhkumun rolunun yalnız vasitəçilik fəaliyyəti ilə məhdudlaşmadığını təsdiqləyir. O, mənzilin başqa şəxsin adına rəsmiləşdirilməsini təşkil edib, sonrakı satış prosesində iştirak edib və borc məbləği ilə faiz ödənişi çıxıldıqdan sonra qalan pul vəsaitini əldə edib.

Avtomobilin satılması ilə bağlı şahid ifadələri də məhkumun alıcı ilə əlaqə saxladığını, satış qiymətini müzakirə etdiyini, rəsmiləşdirməni təşkil etdiyini və satışdan əldə olunan vəsaiti götürdüyünü göstərib. Avtomobilin qadının tapşırığı və mənafeyi naminə satılmasını təsdiqləyən sübutlar isə müəyyən edilməyib.

Məhkəmə kollegiyası bildirib ki, əmlakların müvəqqəti olaraq başqa şəxslərin adına keçirilməsi barədə vədlər verilməsi, həmin vədlərlə zərərçəkmiş şəxsin etimadının qazanılması, əmlakların sonradan onun iradəsindən kənar özgəninkiləşdirilməsi və əldə olunan vəsaitin məhkum tərəfindən götürülməsi bir-biri ilə əlaqəli şəkildə qiymətləndirilməlidir.

Ali Məhkəmə hesab edib ki, aşağı instansiya məhkəmələri tərəfindən sübutlar qanunvericiliyin tələblərinə uyğun araşdırılıb və qiymətləndirilib, məhkumun hərəkətlərinin dələduzluq kimi tövsif edilməsi düzgün olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 04 Noyabr 2026 13:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see506

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see315

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see305

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see252

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see238

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see238

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see236

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see233

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see227

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see224

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see224

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see219

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see214

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see210

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see201

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see200

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see197

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see196

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri