Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

Boşanmalarda təşəbbüskar qadınlardır! Sosioloq ÜSYAN ETDİ

Boşanmalarda təşəbbüskar qadınlardır! Sosioloq ÜSYAN ETDİ

Icma.az bildirir, Modern.az saytına əsaslanaraq.

Son illər Azərbaycanda boşanmaların sayında artım müşahidə olunur. Rəsmi statistikaya baxdıqda boşanmaq üçün müraciət edənlərin əksəriyyətinin məhz qadınlar olduğunu görürük. Buna səbəb nədir?


Modern.az mövzu ilə bağlı Bakı Dövlət Univertsitetinin Sosial elmlər və psixologiya fakültəsinin Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyevlə həmsöhbət olub.


“Boşanmalarda əsas təşəbbüskar olaraq qadınlar rol oynayır. Belə ki, ərizə verənlərin 70%-i qadınlardır. Cəmiyyət olaraq düşüncə transformasiyası yaşayırıq. Azərbaycanda tarixən kişi mərkəzli cəmiyyət mövcud olub. Belə ənənəvi cəmiyyətlərdə çox vaxt cəmiyyət ailə institutuna, insanlara nəzarət edirdi. Sovet dövrünə qədər və sovet dövründə də bu belə olub. Amma müstəqillik əldə ediləndən sonra qlobal dünyaya açıldıq, açıq cəmiyyətə inteqrasiya olduq. Digər ölkələrə səyahətlər, filmlər və seriallarla insanlar artıq dünya ilə tanış oldular. Bir vaxtlar boşanma ailə dramı kimi qəbul olunurdusa, artıq bu adi hal alıb. Düşüncə transformasiyası burada ilkin səbəbdir”.


Müsahibimiz bildirib ki, digər səbəb qadınların iqtisadi məşğul əhaliyə çevrilməyə başlamasıdır:


“Əvvəllər qadınlar daha çox evdar olduqların üçün kişidən iqtisadi olaraq asılı idilər. Hətta müxtəlif çətinliklərə dözürdülər. Çünki bilirdilər ki, boşansalar həyatları çətin olacaq. Həm də ictimai qınağa görə kişilər və qadınlar boşanmamağa çalışırdılar. Qadınlar iqtisadi məşğul əhaliyə çevriləndən sonra daha eqoist, bəncil yaşamağa başladılar. Bunun bir səbəbi də Qərb tərəfdən Azərbaycan kimi ənənəvi cəmiyyətlərin əsaslarını sarsıtmaq üçün həyata keçirilən layihələr oldu. Yəni qadınları gender, hüquq bərabərliyi adı altında aqressiv dalğanın təsiri ilə “maarifləndirdilər”. Beləliklə də ölkəmizdə ailə böhranlarına şərait yaranmış oldu. Bəzi televerilişlərdə süni ailə dramlarının qoyulduğunu görürük. Bunun nəticəsində cəmiyyətdə qadın-kişi qarşıdurması körüklənir. Belə layihələrin hansı mənbədən qidalanması da sual altındadır. Bu verilişlərlə bağlı düşünmək lazımdır”.


Sosioloq qeyd edib ki, bu məsələdə digər bir məqam dünyada insanların, xüsilə qadınlarn uşaq qayğısı ilə yaşamaq istəməməsidir:


“Qadınlar artıq əvvəlki qaydalarla yaşamaq istəmir, kişilər də əvvəlki qayda ilə idarə edə bilmirlər. Qadınlar daha eqoist, hedonist, zövqə düşkün həyata meyillənirlər. Bu özünü həm boşanmaların statistikasında, həm də qadınların sərbəst həyata meyillərin artmasında göstərir. Cəmiyyətdə tütün və məmuatlarından istifadə edən, cinayət əməlləri törədən qadınların sayı çoxalıb. Yəni bütün bunlar nəticəyə gəlməyə imkan verir ki, qadınlar arasında eqoist və hedonist həyata maraq daha çoxalıb.
Bu gün Azərbaycanda qadınların neçə faizi təbii doğuş həyata keçirir?! Onlar müxtəlif bəhanələrlə, bədənlərini fit saxlamaq üçün təbii doğuş etmirlər. Bu da uşaqlar üçün travmatik situasiya yaradır. İkinci tərəfdən, görək qadınların neçə faizi uşaqları ana südü ilə qidalandırır?! Bütün bunlar o deməkdir ki, qadınlar daha eqoist, özünü düşünən olmağa başlayıb. Bizdə klassik ailə dəyərləri böyük ölçüdə böhran yaşayır. Ölkəmizdə mövcud arxetiplər zəifləyib”.


Ü.Şəfiyev sonda vurğulayıb ki, bu gün ölkəmizə baxılan serialların baş qəhrəmanları vətəndaş nikahından uşaq dünyaya gətirir:


“Əvvəllər bu kimi hallara çox pis yanaşılırdı. Amma bu gün seriallar vasaitəsilə sanki vətəndaş nikahı təbliğ olunur. Bütün bunlar neqativ tendensiyalardır. Bunun qarşısını almaq üçün ilk növbədə televiziyalar verilişlərində korrektələr edilməlidir. Məsələn, boşanmış qadınların təmtəraqlı həyatları təbliğ olunur. Bir dənə də olsun örnək evdar qadından bəhs edən veriliş yoxdur, amma hər gün boşanmış qadınların təmtəraqlı həyatı təbliğ olunu. Bu da şübhəsiz ki, qadınlara təsir göstərir. Təklif edərdim ki, verilişlərdə örnək ailələrin təbliğatı aparılsın, belə ailələr nümayiş olunsun. Eyni zamanda məşhur imzalar boşanmanı təbliğ edirlər, bu yolverilməzdir. Media haqqında qanunda bu məsələlər tənzimlənməlidir. Evdar xanımlarla bağlı dəstəkləyici tədbirlər görmək, ailəli qadınların nüfuzunu qaldırmaq lazımdır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:259
embedMənbə:https://modern.az
archiveBu xəbər 22 Mart 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see655

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see523

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see472

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see345

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see326

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see301

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see278

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see264

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see252

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see243

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see222

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see221

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see218

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see218

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see206

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see205

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see200

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see185

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see175

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri