Icma.az
close
up
RU
Boşanmaq istəyənlərə xəbərdarlıq: Bu halda birbaşa... VƏKİL

Boşanmaq istəyənlərə xəbərdarlıq: Bu halda birbaşa... VƏKİL

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son illər boşananların sayında artım müşahidə olunur. 

Buna görə də Azərbaycanda ailə münaqişələrinin həlli üçün mediasiya mexanizminin tətbiqi daha da genişlənib. Xüsusilə nikahın pozulması hallarında cütlüklərin məhkəməyə üz tutmazdan öncə mediasiya prosesinə cəlb olunması qanunla müəyyənləşdirilib. Lakin bütün boşanmaların mediasiya mərhələsindən keçmir, qanunvericilikdə müəyyən istisnalar da nəzərdə tutur. 

Elə hallar var ki, tərəflər birbaşa müraciət edərək nikahlarını mediasiyasız şəkildə bitirə bilirlər. Övladları olmayan və ya övladları yetkinlik yaşına çatmış şəxslərin digər məsələlərlə bağlı mübahisələri yoxdursa, birbaşa olaraq qeydiyyat şöbəsinə müraciət edərək nikahı ləğv edə bilərlər. 

“Cebheinfo.az” – a açıqlamasında vəkil Ruslan Mustafayev bildirdi ki, əmək və ailə mübahisələrində məhkəmədən əvvəl mediasiya tələbi mütləqdir:

“Bir müddət əvvəl qanunvericilikdə edilən dəyişiklikdən sonra müəyyən kateqoriya işlərə məhkəməyə müraciət edilməmişdən əvvəl mütləq şəkildə mediasiya mərhələsini keçmək tələbi qoyuldu. Bu işlər əmək hüququ, kommersiya mübahisələri və ailə münsibətləri ilə bağlı məsələlərdir. 

Sonradan kommersiya mübahisələri ilə bağlı məsələlər bu siyahıdan çıxarıldı. Artıq bu işlərlə bağlı məhkəmədən əvvəl mediasiya mərhələsi keçmək tələbi qoyulmur”. R.Mustafayev qeyd edib ki, mediasiya bir çox məsələlərin həllində mühüm rol oynayır: 

“Ailə münasibətləri ilə bağlı bütün məsələlər - nikahın ləğvi, alimentin miqdarının artırılması, dəyişdirilməsi kimi məsələr məhkəmədən əvvəl mediasiya mərhələsindən keçir. Mediasiayanın əsas məqədi mübahisəli məsələrin məhkəməyə qədər həlli yollarının axtarılmasıdır. 

Artıq son zamanlar mediasiya mərhələsində barışıq sazişi ilə işlərin həlli  kifayət qədər çoxalıb. Bu, təbii olaraq məhkəmənin də yükünü azaldır. Əgər tərəflər qarşılıqlı razılığa gələ bilirlərsə, məhkəmədə bu işlərlə bağlı araşdırılmanın aparılmasına ehtiyac qalmır. Bütün ailə münasibətləri ilə bağlı məsələlər mediasiya mərhələsindən keçməlidir. Qanunvericilikdə bu tip işlərin mediasiya mərhələsindən keçirilməməsi nəzərdə tutulmayıb”. 

Gülər
“Cebheinfo.az”

Açar sözlər: Boşanmaq Ruslan Mustafayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 09 İyul 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri