Icma.az
close
up
RU
Boşanmış qadına cəmiyyət necə yanaşır?

Boşanmış qadına cəmiyyət necə yanaşır?

Icma.az, Sia Az saytına istinadən bildirir.

Ahəng psixologiya, reabilitasiya, inkişaf mərkəzinin rəhbəri Vüsalə Əmiraslanovanın SİA-ya müsahibəsini təqdim edirik:

- Son günlər aktual məsələlərdən biri də boşanmaların sayının artmasıdır. İstərdim buna psixoloji aspektdən yanaşaq. Maddiyyat, yoxsa başqa amillər burada rol oynayır?

- Əvvəlki statistikalara baxanda biz evlənənlərin sayındansa, boşananların sayının artdığını görürük. Düzdür, bəzən karantinə qədərki dövr və karantindən sonrakı dövrü nəzərə alırıq. Çox vaxt deyirdilər ki, karantinə qədər fərqli idi, karantindən sonra toy olmadı. "İnsanların arzuları ürəklərində qaldı" kimi fikirlər var idi. Amma mən bunlarla tam razı deyiləm. Düşünürəm ki, əvvəlki problemlər yenə də var. Sadəcə bir az daha da şiddətlənib. İnsanlarda aqressiya da artıb. Bəzən özgüvən deyəndə özündənrazılıqla səhv salırlar. Tələbkarlıq artıb. Bəzən xarici ölkələrin motivasiya videolarına baxıram. Görürəm ki, ancaq özünü düşünməyin təbliğatı gedir. Amma bunlar Azərbaycan mentalitetinə, dinimizə uyğun deyil. Artıq 16 ildir ki, psixoloq kimi fəaliyyət göstərirəm və cütlük terapistiyəm. Ona görə də rahatlıqla deyə bilirəm ki, kimin tərəfindən tanış olunsa belə, cütlük münasibəti önəmlidir. Biz yaxınlar vasitəsilə tanış olub düşünürük ki, mən bu insandan ayrılsam, onların xətrinə dəyər. Yaxud da, nişanım qayıtsa necə olar? Özlərini incidib sosial qınağı orada görürlər. Düşünmürlər ki, bəs ayrılanda necə olacaq? Niyə ayrılırıq, niyə boşanırıq? Birincisi, cütlük ola bilmədiyimizə görə, ikincisi, valideynlərin, qohumların müdaxiləsi çoxdur. Bir oğlan ailədə çətinlik, yavaş-yavaş qalxma prosesini görməyibsə, özü işləyib öz xərclərini ödəyə bilmirsə, ikinci adamı necə saxlasın? Amma qadınların saxlanılması söhbətinə görə bəzən qadınlar tərəfindən bəyənilmir. Amma əsas qüvvə kişidə olur. Qadın daha çox qazananda da kişini əzməyə çalışır. O zaman ailə dağılır. Səbəblər çoxdur. Düşünürəm ki, bir-birini anlamamaq, əsas da kamilləşməmək, kənar müdaxilə, maddiyyat boşanma səbəbləridir.

- Boşanmış qadına cəmiyyət necə yanaşır?

- Boşanmış qadın Azərbaycan cəmiyyəti üçün özünə görə ağır bir yükdür. Qadın travma yaşayır. Hamı onun üzərinə gəlməyə çalışır, incidirlər, suallar verirlər. Əsas da bu cümlələri eşidir: "Yoldaşın içmirsə, çəkmirsə, döymürsə, niyə boşandın?" Heç kim soruşmur ki, bu adam nə hiss edir? Boşanma çox dərin prosesdir. Bir psixoloq kimi həmişə deyirəm ki, boşanma hər zaman olur, ondan qorxmayın. Boşanana qədər "niyə boşanıram?" sualını özünüzə verin. Boşanandan sonrakı həyatı təsvir edək. Çox təəssüflər olsun ki, Azərbaycan cəmiyyətində boşanan qadına məsləhət verənlər çox olur. Mən həmişə qadınlara onu deyirəm ki, öz əxlaqınıza dəyər verirsinizsə, özünüzdən əminsinizsə, bu adamla yaşamaq, həqiqətən də, alınmırsa, o zaman qərar verin. Bəzən boşanmaq övladınız üçün lazım olur. Təəssüflər olsun ki, kənar müdaxilələr elə bilir ki, yaxşılıq edir, amma yaxşılıq etmir. Pis tərəfə yönləndirirlər. Cəmiyyətdə ailə dağıdan qadınlara çevrilirlər. Cəmiyyətdə çox mənfi məqamlar var. Cəmiyyət qəbul etməsə də, birinci özünüz özünüzü qəbul etməlisiniz. Əgər dayana bilməyəcəksinizsə, o zaman boşanmayın.

- Uzunömürlü ailələr niyə dağılır? Bunun kökündə nə dayanır?

- Səbəblər müxtəlifdir. Bəzən basdırılmış duyğular, maddi, boşana bilməmə səbəbləri, hədə-qorxular burada rol oynayır. Əgər atanın imkanı varsa, hədə-qorxu gəlir ki, uşaqlara baxmayacaq. Halbuki, bu, qanun çərçivəsində mümkün deyil. Qadınların bu barədə maariflənmələri lazımdır. Xəyanət məsələsi üstündə də çox gec ayrılan ailələr görmüşəm. Qadın sevəndə net sevir və bilir ki, nəyə görə sevir. Qadınlara deyirəm ki, nə üçün sevirsənsə, onun üçün də ayrılırsan. Məsələn, yoldaşının mərhəmətinə görə sevirsən, ayrılanda başqalarına çox mərhəmətlidir, deyə də ayrılırsan. Bəzən görürəm ki, qadınlar bir neçə xəyanəti bağışlayırlar, amma axırıncını bağışlaya bilmirlər. Hətta bir xanım mənə demişdi ki, gündə bir xanımla görsəm, mənə təsir etməz, amma illərlə bir xanımın yanındadırsa, deməli, məni sevmir. Bəzən qadına deyirlər ki, uşaqlar böyüsün, yerbəyer olsun, sonra ayrılarsan. Yenə kənar müdaxilə var. Özünün cəsarətsizliyi, ailəsinin arxasında dayanmaması da səbəblərdəndir. Həm də ailələr kişi evə gələndə qadının deyinməsi, üzünün ifadəsi, tələsməyinə görə də dağılır.

- Niyə bəzi gənclərimiz evlilikdən qorxur. Niyə evlənmədiyi haqqında sual verəndə də deyirlər ki, yaxşı qız tapmayıblar. Bu yaxşı qız anlayışı nədir?

- Biz gərək buna həm xanımlar, həm də bəylər tərəfdən baxaq. Əksər xanımlar "daha yaxşısı olsun, kariyera qurum" düşüncəsi ilə ailə qurmurlar. Son araşdırmama görə isə xanımlar istədiyi ixtisasa daxil ola bilməyəndə yenidən oxumaq istəyir, oxuduqdan sonra da baxır ki, artıq gecdir. Ailənin təsiri ilə peşəsini düzgün seçə bilmir. Ona görə də, özünü tapmır, belə də davam edir. İkinci əsas məqam isə həm kişilərə, həm də qadınlara aiddir. Kənardan eşitdikləri boşanma səbəbləri, xəyanət, qaynana-gəlin münasibətləri buraya aiddir. Regionlar məsələsi bu dəqiqə aktivdir, baxır, kim ilə, hara ilə evlənirsən. Bir də oğlanlar üçün ayrı evin olması məsələsidir. Oğlanlar ev aldıqdan sonra evlənmək istəyir. Əgər hər iki tərəf kamildirsə, evliliyin ilk müddətində ayrı yaşamaqda fayda var. Onsuz da, övlad olduqdan son özümüz qaynananın evinə köç edirik.

- Bəzən problemlərin kökündə qız anaları da dayanır. Bəzi qız anaları istəyir ki, qızı evləndikdən sonra kürəkəni də onlara köçsün. Bu nə dərəcədə düzgündür?

- Niyə sevgili dönəmində oğlanla qız çox yaxşı yola gedirlər, amma nişanlanandan sonra dalaşmağa başlayırlar? Çünki ailələr üz-üzə gəlir. Kim böyüklərə hörmət etmədi, kim az gətirdi, kim çox gətirdi kimi söhbətlər gedir. Oğlanın xarakteri olmalıdır, heç kimə ana söhbəti etməyə icazə verməməlidir. İnsanın beş tələbatı içində sevib-sevilmək tələbatı insanı hər şeyə vadar edir. Oğlanlar var ki, tələbatını ödəyir, el dilində desək, "gözü doyur" ondan sonra kamil qadınla ailə qurmaq istəyir. Kamil deyəndə ona, anasına hörmət edən, dəyərlərinə dəyər verən, özünə hörmət edən və özgüvənli bir qadınla ailə qurmaq istəyir. Kişilər ona görə güclü qadınlardan qorxur ki, anası da güclü, gələn qadın da güclü olanda arada dava olur. Ona görə də, istəyirlər ki, hətta təhsilsiz qadın olsun ki, anasına dözsün. Burada oğlanın sözünün kəsəri olmalıdır, niyə qızla evləndiyini bilməlidir. Oğlan qızla niyə evlənmək səbəbini tapıbsa, artıq nə oğlan anası, nə də qız anası o ailəyə müdaxilə edə bilmir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Dekabr 2024 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri