Bosniya Qəssabı ləqəbi ilə tanınan hərbi cinayətkar vəfat etdi
Turkstan.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
1995-ci ilin iyulunda Bosniya və Herseqovinanın şərqində yerləşən Srebrenitsada bosniyalılara qarşı törədilən soyqırımda və digər müharibə cinayətlərində təqsirli bilinən keçmiş serb generalı Ratko Mladiç 84 yaşında vəfat edib.
Turkustan.az xəbər verir ki, Bosniya və Herseqovinadakı Serb Respublikasının Radio və Televiziya Yayım Korporasiyasının (RTRS) məlumatına görə, uzun müddətdir səhhətində problemlər yaşayan Mladiç Haaqadakı həbsxanada ömürlük həbs cəzasını çəkirdi.
2017-ci ildə Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı (ICTY) Mladiçi soyqırım, insanlığa qarşı cinayətlər və müharibə qanunlarının pozulmasında təqsirli bilərək ömürlük həbs cəzasına məhkum edib. 2021-ci ildə apellyasiya məhkəməsi hökmü qüvvədə saxlayıb.
Mladiç Srebrenitsa soyqırımı, Sarayevo mühasirəsi zamanı mülki əhalinin snayper və artilleriya atəşinə tutulması, bosniyalıların təqib edilməsi, öldürülməsi və zorla köçürülməsi, həmçinin BMT əməkdaşlarının girov götürülməsi ilə bağlı cinayətlərə görə məhkum edilib.
Törətdiyi cinayətlərə görə “Bosniya qəssabı” kimi tanınan Mladiç beynəlxalq məhkəmənin qərarlarına baxmayaraq, Serbiyada və Bosniya və Herseqovinanın Serb Respublikasında bəzi çevrələr tərəfindən hələ də qəhrəman kimi təqdim edilirdi.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 27 Avqust 2026 19:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















