Icma.az
close
up
RU
“Botafoqo” üçün düşərli tur

“Botafoqo” üçün düşərli tur

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Artıq Braziliyada çempionluq uğrunda mübarizənin həlledici mərhələsi başlayıb. 31-ci tur “Botafoqo” üçün düşərli alındı. Lider qələbə qazandı, əsas izləyicisi isə iki xal itirdi. Nəticədə liderlə “Palmeyras” arasındakı xal fərqi 3-ə yüksəldi.

Artur Jorjenin komandasının “Braqantino” ilə səfər oyununda maksimum nəticə əldə etməsi gözlənilən idi. Rio de janeyroluların qələbə şansı rəqibin bu mövsüm zəif çıxışına görə yüksək idi. Gözlənildiyi kimi, matç “Botafoqo”nun üstünlüyü ilə keçdi. Buna baxmayaraq, qonaq komanda qapıya yalnız son dəqiqələrdə yol tapa bildi. “Ağ-qaralar”ı çempionluq yarışında xal itkisindən yarımmüdafiəçi Qreqore xilas etdi. Nəticədə 3 xal qazanan “Botafoqo” liderliyini möhkəmləndirdi.
“Botafoqo” indi əsas izləyicisini 3 xal qabaqlayır. Ona görə ki, “Palmeyras” turu xal itkisi ilə başa vurdu. Braziliyanın son çempionunun “Fortaleza” ilə görüşü turun mərkəzi oyunu sayılırdı. Fortalezalıların da çempionluğa iddia etməsi “Alyants Parke”dəki matça marağı birəbeş artırmışdı. Oyun, gözlənildiyi kimi, gərgin mübarizə şəraitində keçdi. Ev sahibləri iki dəfə hesabda önə keçsələr də, qonaqlar hər dəfə cavab qolunu vurmağa müvəffəq oldular. Nəticədə 2:2 hesablı heç-heçə hər iki tərəfə zərbə oldu. Abel Ferreyranın çalışdırdığı “Palmeyras” bu nəticə ilə liderdən 3 xal geri düşdü. Xuan Voyvodanın komandası isə indi “Botafoqo”dan 7 xal geri qalır.
Qeyri-qənaətbəxş nəticələrə görə istefaya göndərilən Titenin səlahiyyətlərini müvəqqəti icra edən Filipe Luisin “Flamenqo”un baş məşqçi vəzifəsində debütü uğursuz alınmışdı. Əvvəlki turda derbidə “Fluminense”yə 0:2 hesabıyla uduzan komanda çempionluq yarışından bir qədər geri düşmüşdü. 39 yaşlı Filipe Luisin növbəti iki sınağı ümumilikdə uğurlu alındı. “Flamenqo” əvvəlcə evdə “Juventude”yə 4:2 hesabı ilə qalib gəldi. Sonra isə17-ci turdan təxirə salınan səfər oyununda “İnternasyonal” ilə heç-heçəyə nail oldu. İki oyuna qazanılan 4 xal “qırmızı-qaralar”ın 4-cü pillədəki mövqeyinə təsir etmədi. “Flamenqo” indi liderdən 9 xal geri qalır.
31-ci tur
Braqantino - Botafoqo RJ 0:1
Qreqore, 86.
Palmeyras - Fortaleza 2:2
Rafael Veyqa, 29-p. Estevao, 57-p. – Erkules, 38. Moyses, 62.
Flamenqo - Juventude 4:2
Mikael, 8. Qabriel Barboza, 49-p. De Arraskaeta, 54. Plata, 90+5 – Jilberto, 24. Edson Karioka, 70.
Krisiuma - San Paulu 1:1
Felipe Vizeu, 22 – Liziero, 87.
Atletiko Mineyro - İnternasyonal 1:3
Varqas, 45+3-p. – Alan Patrik, 38-p. Bernabey, 40. Tabata, 88.
Qremio - Atletiko Qoyaniense 3:1
Soteldo, 40. Pepe, 59. Vilyasanti, 83 – Derek, 28.
Vitoriya – Fluminense 2:1
Neris, 45+1. Alerrandro, 90+1-p. – Lukas Arkanyo, 61-öz qapısına.
Atletiko Paranaense - Kruzeyro 3:0
Pablo, 25. Julimar, 46. Nikao, 80.
Kuyaba - Korintians 0:1
Depay, 44-p.
Vasku da Qama - Bayya 3:2
E.Rodriges, 12. Payet, 18-p.; 32 – L. Rodriges, 42. Ademir, 75.
17-ci turdan təxirə salınan oyun
İnternasyonal - Flamenqo 1:1
Valensiya, 89 – Alkaras, 45+3-p.
19-cu turdan təxirə salınan oyun
Vasku da Qama – Kuyaba 1:0
Uqo Moura, 53.
1. Botafoqo RJ 31 19 7 5 49-26 64
2. Palmeyras 31 18 7 6 53-25 61
3. Fortaleza 31 16 9 6 41-32 57
4. Flamenqo 31 16 7 8 50-37 55
5. İnternasyonal 31 14 11 6 42-28 53
6. San Paulu 31 15 6 10 42-33 51
7. Bayya 31 13 7 11 42-37 46
8. Kruzeyro 31 12 8 11 36-33 44
9. Vasku da Qama 31 12 7 12 36-43 43
10. Atletiko Mineyro 30 10 11 9 42- 45 41
11. Qremio 31 11 5 15 36-39 38
12. Krisiuma 31 9 10 12 38-44 37
13. Fluminense 31 10 6 15 26-32 36
14. Vitoriya 31 10 5 16 35-45 35
15. Korintians 31 8 11 12 35-40 35
16. Atletiko Paranaense 30 9 7 14 32-37 34
17. Braqantino 31 8 10 13 34-40 34
18. Juventude 31 8 10 13 38-48 34
19. Kuyaba 31 6 9 16 25-41 27
20. Atletiko Qoyaniense 31 5 7 19 23-50 22
Bombardirlər: Pedro (Flamenqo), Estevao (Palmeyras) - 11, Halk (Atletiko Mineyro) - 10.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Noyabr 2024 13:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see298

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see296

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see295

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see290

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see286

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see286

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see268

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see267

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see263

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see262

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see248

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see244

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see238

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see229

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see226

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see224

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see214

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see208

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see206

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri