Botaş və BP arasında LNG tədarükü haqqında üçillik müqavilə bağlanıb
Marja.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Türkiyənin "Botaş" dövlət şirkəti "BP plc" ilə mayeləşdirilmiş təbii qazın (LNG) tədarükü ilə bağlı müqavilə bağlayıb.
Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

İmzalanma Milanda keçirilən "Gastech" konfransı çərçivəsində baş tutub.
Üçillik müqavilə ildə 1,6 milyard kubmetr qazın (1,2 milyon ton) tədarükünü nəzərdə tutur.
"Bu əməkdaşlıq xüsusilə qış aylarında fasiləsiz təchizatın təmin edilməsi, mənbələrin şaxələndirilməsi və kommersiya çevikliyinin artırılması üçün vacibdir", - nazir əlavə edib.
2024-cü ildə Türkiyə LNG şəklində 12 milyard kubmetr qaz (9,3 milyon ton) idxal edib, 2025-ci ilin ilk 6 ayında tədarükün həcmi 7,3 milyon ton və ya 9,5 milyard kubmetr təşkil edib.
Baxış sayı:99
Bu xəbər 10 Sentyabr 2025 09:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















