Icma.az
close
up
RU
Botoks və dolğu CANLAR ALIR : Damar tıxanması, sinir zədələnməsi... Ölüm saçır!

Botoks və dolğu CANLAR ALIR : Damar tıxanması, sinir zədələnməsi... Ölüm saçır!

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Botoks və dolğu prosedurlarına maraq sürətlə artmaqdadır.

Sözügedən prosedurlar yalnız qadınlar arasında deyil, kişilər arasında da populyarlıq qazanıb.

Ancaq tez-tez onların zərərləri və yaratdığı qalıcı fəsadlar barədə insanlara xəbərdarlıq edilir.

Bəs, maraqlıdır, insanların gözəlləşmək üçün üz tutduğu bu müdaxilələr hansı hallarda təhlükəlidir?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən dermatoloq Mehdi Mahmudi bildirib ki, botoks və dolğu prosedurları ümumiyyətlə təhlükəsiz sayılsa da, düzgün şəraitdə və ixtisaslı həkim tərəfindən edilmədikdə ciddi fəsadlara yol aça bilər.

Mehdi Mahmudi:"Dolğunun yanlış texnika ilə damar içi vurulması görmə itkisinə səbəb ola bilər.

M.Mahmudi qeyd edib ki, botoks sinir uclarını müvəqqəti bloklayaraq əzələlərin yığılmasının qarşısını alır, lakin yanlış dozaj və düzgün olmayan yerə tətbiq edildikdə xoşagəlməz nəticələrə gətirib çıxara bilər:

“Ən çox rast gəlinən problemlər arasında əzələ iflici, üzün asimmetriyası, göz qapağında sallanma və təbii mimikanın itməsini göstərmək olar. Botulinum toksini çox yüksək dozada və ya yanlış yerə yayılarsa, sinir ötürülməsinə təsir edə bilər. Nadir hallarda başgicəllənmə, baş ağrısı, ümumi zəiflik müşahidə olunur. Bəzi hallarda isə allergik reaksiyalar yəni, qızartı, ödem, qaşınma və hətta anafilaksiya baş verə bilər”.

Bundan başqa dermatoloq söyləyib ki, toksin qan dövranına qarışarsa udqunma və ya nəfəs darlığı ola bilər.

Dolğuların dəri altına həcm vermək üçün istifadə olunduğunu deyən M.Mahmudi əlavə edib ki, bu zaman da ciddi risklər mövcuddur. Onun sözlərinə görə, dolğunun yanlış texnika ilə damar içi vurulması qan axınının bloklanmasına, nəticədə dəri nekrozuna və hətta görmə itkisinə səbəb ola bilər. Həmçinin asimmetriya, topalanma, iltihabi reaksiyalar və infeksiya halları da mümkündür.

“Ən təhlükəli fəsadlar damar tıxanması, sinir zədələnməsi və allergik reaksiyalardır. Bu risklər əsasən prosedurun ixtisası olmayan şəxslər tərəfindən, steril olmayan mühitdə, yüksək dozaj və keyfiyyətsiz preparatlarla aparılması zamanı yaranır. Həmçinin xəstənin gizli nevroloji və ya allergik xəstəlikləri nəzərə alınmadıqda da problem qaçılmaz olur”, – deyə Mehdi Mahmudi əlavə edib.

Dermatoloq vurğulayıb ki, botoks və dolğu prosedurlarının təhlükəsizliyi üçün onlar yalnız dermatoloq və ya estetik təbabət üzrə təcrübəli həkimlər tərəfindən aparılmalıdır.

Mina Mikayılova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 28 Avqust 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see250

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see195

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see155

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see140

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see137

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see135

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see135

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see131

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see131

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see130

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri