Icma.az
close
up
RU
Saxta botoks ölüm saçır: 2 3 həftə sonra ortaya çıxan kritik əlamətlər...

Saxta botoks ölüm saçır: 2 3 həftə sonra ortaya çıxan kritik əlamətlər...

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mütəxəssislər həkim olmayan şəxslər tərəfindən edilən botoks tətbiqlərində istifadə olunan toksinlərin təhlükəli fəsadlara yol açdığını bildirərək, saxta botoksların yaratdığı risklərlə bağlı vacib xəbərdarlıq edirlər.

Qaynarinfo "CNN Türk"ə istinadən xəbər verir ki, dermatologiya üzrə mütəxəssis Məhəmməd Burak Yücelin sözlərinə görə, saxta məhsullarda və həkim nəzarəti olmadan edilən tətbiqlərdə gözlənilməyən vəziyyətlərlə tez-tez rastlaşmaq mümkündür:

"Bu, çox vacib mövzudur. Xüsusilə son dövrlərdə populyarlığı artan iki mövzu var: botoks və dolğu. Toksin tətbiqləri daha çox dinamik qırışıqlıqlar üçün, yəni hələ tam oturmamış xəttlərin azaldılması üçün istifadə olunur və bir növ dərinin gələcəyinə edilən investisiya kimi qiymətləndirilə bilər. Pasiyentlər adətən 18 yaşdan sonra bu prosedurlara tələbat göstərirlər. Göz ətrafında, alında və üzdə müəyyən əzələlərə inyeksiya edilərək onların fəaliyyətinin müəyyən müddətə dayandırılmasına və ya azaldılmasına yönəlmiş bu prosedurlara toksin tətbiqləri deyirik. Hazırda Türkiyədə istifadə üçün lisenziyalaşdırılmış 4 hüquqi toksin mövcuddur. Lakin tətbiq edənlərin və qeyri-rəsmi yerlərin artması ilə yanaşı, saxta məhsullar və saxta tətbiqçilər də xeyli çoxalıb. Bu səbəbdən xüsusilə diqqətli olmaq lazımdır. Burada əsas təhlükə odur ki, saxta toksinlərin tərkibində nə olduğunu bilmirik. Təsdiqlənmiş toksinlərdə doza, tətbiq sahələri və prosedurun qaydaları təcrübəli həkimlər tərəfindən dəqiq bilinir. Amma saxta məhsullarda tərkib naməlum olduğu üçün steril olub-olmadığı belə şübhə altındadır və nəticədə gözlənilməz fəsadlarla qarşılaşmaq ehtimalı olduqca yüksəkdir".

Yücel bildirib ki, saxta toksinlərlə bir neçə fərqli vəziyyət ortaya çıxa bilər:

"Ən az qorxulandan başlasaq, toksin heç bir təsir göstərməyə bilər. Yəni eyni dozanı, eyni əzələ qrupuna tətbiq etdiyimiz halda heç bir nəticə görməyə bilərik. Bu, ən yüngül yan təsirdir. Amma steril şəraitə riayət olunmadıqda tətbiq yerində infeksiyalar, hətta toxuma itkisinə qədər gedə bilən ağırlaşmalar görülə bilər. 

Ən çox qorxduğumuz fəsad isə botulizm adlandırılan və xəstəni tənəffüs çatışmazlığı ilə reanimasiyaya qədər aparan ağır nəticələrdir. Son dövrlərdə bu hallara çox tez-tez rast gəlinir. Bunun əsas səbəbi həm həkim olmayan şəxslərin tətbiq sayının artması, həm də qeyri-qanuni məkanlarda saxta toksinlərin geniş istifadəsidir. Buna görə də həm həkim olmayan tətbiqçilərdən uzaq durmaq, həm də bazarın real qiymətləri ilə uyğun olmayan çox ucuz təkliflərə aldanmamaq ağırlaşmalardan qorunmaq üçün son dərəcə vacibdir".

Həkim bildirib ki, saxta toksinlə edilən botoks bəzən ölümə belə səbəb ola bilir:

"Bu tətbiqlər həqiqətən ölüm saçır. İnsan başına gəlmədikcə dərk etmir. Heç kim üçün arzulamırıq, amma tətbiqdən 2-3 həftə sonra bulanıq görmə, ikili görmə ilə başlayan şikayətlər nitq pozuntusu, udqunma çətinliyi və son mərhələdə tənəffüs çatışmazlığına qədər gedə bilər. Xəstə reanimasiyaya düşə, həftələrlə ağır müalicə ala bilər. Toksinin bədəndən təmizlənməsi belə ayrıca bir müalicə tələb edir. Buna görə də mütləq qeyd etmək lazımdır: saxta botoks həqiqətən ölüm saçır. Bu tətbiqləri yalnız etibarlı, nüfuzlu qurumlarda və təcrübəli mütəxəssislər tərəfindən etdirmək böyük fayda gətirir".

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 Noyabr 2025 09:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see357

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see297

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see296

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see296

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see288

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see280

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see273

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see271

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see271

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see259

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see253

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see252

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see252

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see249

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see248

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see244

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see239

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see238

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see227

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri