Botsvanada 6 mükafat
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Azərbaycan badmintonçuları Botsvanada keçirilən “Future” seriyalı “Botswana International 2024” turnirində 6 medal qazanıblar.
Kişilərin şəxsi yarışında Diki Pangestu, qoşa yarışında Aqil Qəbilov–Diki Pangestu, qarışıq qoşa kateqoriyasında isə Aqil Qəbilov–Era Maftuha tandemi Afrika və Avropa ölkələrinin təmsilçilərinin iştirak etdiyi beynəlxalq turnirdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qarışıq qoşa kateqoriyasında daha bir medalı Cahid Əlhəsənov–Həcər Nuriyeva cütü qazanıb. Yarımfinala kimi irəliləyən badmintonçular üçüncü yeri tutublar. Həcər Nuriyeva və Era Maftuha isə qadınların şəxsi yarışında bürünc mükafata layiq görülüblər.
L.QURBANOVA
XQ
Baxış sayı:153
Bu xəbər 26 Noyabr 2024 10:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















