Boundless: ABŞ ilk dəfə olaraq yaşıl kart lotereyasına qatılacaq iştirakçılardan qeydiyyat haqqı alacaq
Xalqcebhesi saytına istinadən Icma.az xəbər verir.
ABŞ, ilk dəfə olaraq yaşıl kart lotereyasına qatılacaq iştirakçılardan qeydiyyat haqqı alacağını açıqlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Boundless yazıb.
2025-ci il oktyabrın 16-dan etibarən Diversity Visa (DV) lotereyasına (yaşıl kart lotereyası) qatılmaq istəyən hər bir şəxs, qeydiyyat haqqı olaraq bir ABŞ dollarını elektron formada ödəməli olacaq.
Yaşıl kart — ABŞ-da daimi yaşamaq və işləmək hüququnu təsdiq edən sənəddir. Siyasi vəziyyətə baxmayaraq, hər il minlərlə insan bu kartı almağa çalışır.
ABŞ Dövlət Departamenti hər il 50.000 belə kart çəkir.Lotereya təsadüfi şəkildə keçirilir, amma qalib gəlindikdən sonra immiqrasiya forması DS-260-ı doldurmaq və müsahibə və tibbi müayinədən keçmək lazım olacaq.
2025-ci ildə Rusiya Federasiyasındakı heç bir Amerika konsulluğu Rusiya vətəndaşlarının yaşıl kart müraciətlərini qəbul etməyəcək. Müraciətlər yalnız üçüncü ölkələrdə təqdim edilə bilər.
Məryəm Quliyeva

