Boykota qoşulan aktrisanın sevgilisi də TRT dən uzaqlaşdırıldı FOTO
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Aybüke Pusatın sevgilisi də TRT-dən uzaqlaşdırılıb.
Milli.Az xəbər verir ki, TRT-də yayımlanan "Teşkilat" serialından kənarlaşdırılan Aybüke Pusatın sevgilisi Furkan Andıç "Muhabir" serialının heyətindən çıxarılıb.
Furkan Andıç sosial mediada "Yanındayam, gülüm" paylaşımı edərək sevgilisinə dəstək göstərib. Bu paylaşımın ardından isə Andıç baş rolda olduğu TRT Tabii platformasının "Muhabir" serialından çıxarılıb. Onun yerinə yeni aktyor tapılması üçün çəkilişlər müvəqqəti dayandırılıb.
Qeyd edək ki, Aybüke Pusatın Cümhuriyyət Xalq Partiyasının (CHP) başladığı boykot çağırışına qoşulmasının ardından işinə son verilmişdi. Bundan başqa, Aybüke Pusata və boykot çağırışına dəstək verən aktyor Boran Kuzum da TRT Tabii platformasında yayımlanan "Bir Ruh Macerası" serialının heyətindən uzaqlaşdırılıb.
İsmayıl
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 03 Aprel 2025 10:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















