Icma.az
close
up
RU
Boykotistanlı aktivistin stəkanda fırtına əməliyyatı

Boykotistanlı aktivistin stəkanda fırtına əməliyyatı

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İsveçli ekologiya fəalı Qreta Tunberqin COP29 konfransı haqqında dediklərini "The Washington Post" əlüstü başlığa çıxarıb. Tunberq bu konfransın Bakıda keçirilməsini "absurddan o yana" deyə şərh edib. Bu şəxs COP29-u "boykot edir".

Qəfildən Tiflisdə peyda olub. Orda COP29 əleyhinə "aksiya" keçirib. Bu aralar Tiflisdə etiraz aksiyası keçirmək trendədir. Birini də Tunberq öz "aktiv"inə yazıb. Hərçənd bu aktivistin Azərbaycanda ekologiyanın vəziyyəti, insan hüquqları haqqında subyektiv qışqırıqları Gürcüstanın prezidentli müxalifətinin siyasi boykot hayqırtıları içində eşidilməz oldu. Tiflis Bakının "bir addımlığında" olsa da, Tunberq COP29-a gəlmək, Azərbaycanda "ekologiyanın vəziyyəti" haqda gerçəkləri öz gözləri ilə görmək əvəzinə həmin o bir addımı Ermənistana atıb. Yəni absurddan da o yana gedib. Özü təfəkkürdə olan iqlim boykotçularının qonağıdır. Ermənistan-Gürcüstan sərhəddində onu Oleq Dülgəryan adlı stajlı qrant dəllalı qarşılayıb.

Qreta Tunberqin erməni "dostları" ekoaktivistin Azərbaycanı tənqid etməsindən ekstaza gəlib, ona "şaşlık" qonaqlığı veriblər. Qreta isə qonşularımızın bizdən oğurlayıb öz adına çıxdığı kababı həzm edəndən sonra daha da coşub və absurdun yeni bir janrını kəşf edib. Deyib: "Ölkə COP29-u "yaşıl" proqram çərçivəsində hakimiyyətə nəzarət və konsolidasiya üçün istifadə edir. Bu da regional gərginliyi artırır".

Özü demişkən, absurddan da o yana! (Qreta Tunberq "ölkə" deyəndə Azərbaycanı nəzərdə tutub).

Mən əminəm ki, onun bu cümləsini heç "Tarixi-Nadir"i axıra qədər oxuyanlar da anlamır. Çünki Qreta Tunberq özü də nə dediyini bilmir.

Əvvəla, "ölkə hakimiyyəti nəzarətə götürür" nə deməkdir? Belə bir leksika, ümumiyyətlə, mövcud deyil. Bəlkə İsveçdə, ya Ermənistanda var. Onu deyə bilmərəm. Amma heç bir dildə belə bir ifadə yoxdur.

Ölkədə hakimiyyət seçilir, formalaşır. Doğrusu, budur.

Konsolidasiya etməyə gəlincə, burda qəbahətli, qeyri-təbii nə var?! Nəhayət, "yaşıl enerji" proqramı, "yaşıl enerji" istehsalı, ixracı "bölgədə gərginliyi" niyə artırsın?! Azərbaycana açıqlanıb "şaşlıq" yeməyə getdiyi Ermənistana baxsın: bu ölkənin Azərbaycana qarşı silahlanması bölgədə gərginliyi artırmır, amma Azərbaycanın "yaşıl enerji" proqramı gərginliyi artırır, eləmi?!

Yaxud deyib ki, Azərbaycan "neft satmaqla regional konfliktlərə səbəb olur".

Bu yerdə bişmiş toyuq lap qəhqəhə çəkir.

Qreta Tunberq bəlkə də elə bilir ki, bütün dünyada neft satan ölkə təkcə Azərbaycandır. İsveçin qonşuluğunda Azərbaycandan böyük neft satan ölkəsi var -Norveç. Azərbaycanın neftini ən çox Avropa İttifaqı alır, heç bir konflikt-filan da yoxdur. Azərbaycan nefti dünya neft bazarının cəmi 0,7 faizini təşkil edir. Bu, necə konflikt yarada bilər?! Anlamadıq. Niyə də yaratsın?

"Etnik təmizləmə" və sair kimi ittihamlara gəlincə, bu, Azərbaycana yox, Ermənistana aid məsələdir. Bunu Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Ermənistana qarşı "etnik təmizləmə" iddiasını qəbul etməklə isbatlayıb.

Bir sözlə, Qreta Tunberqin "stəkanda fırtına" əməliyyatı alınmayıb. "The Washington Post" və "Armenpress" nə qədər canfəşanlıq eləsələr də...

Seyid Əhmədli, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 14 Noyabr 2024 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see271

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see209

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see209

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see170

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see160

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see160

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see160

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see158

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see157

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see152

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see149

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see147

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see146

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see145

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see144

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see142

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see139

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see139

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri